"Biz 50 milyonluq xalq olaraq bu sınaqdan da üzü ağ çıxacağıq" - DEPUTAT

03 Fevral 2023, 11:32
03 Fevral
2023
11:32
64
""GALLUP International Association" şirkətinin Ermənistanda keçirdiyi rəy sorğusunun nəticələrini burada paylaşmışdım.
Sorğuda qoyulan suallardan birinə verilən cavabdan belə bəlli olur ki, revanşizm haqqında düşünən hay respondentlərin 40%-i İranın, 34,2%-i Fransanın, 30%-i Rusiyanın, 27,8%-i isə ABŞ-ın onlara hərbi-siyasi dəstək göstərəcəklərinə ümid edirlər."
7NEWS.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev məlumat verib: "Amma Ermənistanın kimin qanadının altında yaşamasına, hansı dövlətə forpostluq etməyə üstünlük verməli olduqlarına gəldikdə rəyi öyrənilənlərin cəmisi 4,8 faizi İranın adını çəkir.
Maraqlıdır deyilmi, göründüyü kimi bizə düşməncəsinə yanaşanların bir dövlət olaraq İrandan elə də xoşları gəlmir, onların arasında Tehrandakı dinsiz rejimdənsə Rusiyaya xidmət etməli olduqlarını düşünənlər təqribən 5 dəfə çoxdular. Ancaq Azərbaycanla savaş başlayarsa, hərbi-siyasi dəstəyi daha çox İrandan gözləyirlər.
Niyəsi sirr deyil. Birincisi, onlar görürlər ki, İran Azərbaycana Ermənistandan da düşməncəsinə yanaşır. İkinsi, Qarabağ uğrunda gedən savaşlarda dinsiz rejimdən hərtəfli yardım alıblar. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu yaxınlarda hətta ötən ilin sentyabr döyüşlərində də İranın onlara kəşfiyyat və hərbi-texniki dəstək verdiyini etiraf etdi. Yəni bu reallıqlardır revanşizm üzərində düşünən hayları İranı özlərinin ən yaxın müttəfiqi gözündə görməyə vadar edən.
İndi sizdən soruşmaq istərdim, Azərbaycanda belə bir rejimə qulluq edənlər necə adlanmalıdırlar? Biz aramızda elələrinin varlığına dözməliyikmi? Güc sturukturlarımız bizə qarşı qatı düşmənçilik siyasəti yeridən rejimə xidmət edən o cür yaramazları bir-bir, yaxud dəsətə halında üzə çıxarıb hara lazımdır ora da göndərir. Və mən bunu alqışlayıram!
Ancaq cəmiyyət olaraq biz nə edirik? Xeyli dindarlarımız var ki, İrana bağlıların təsiri altında xüms verirlər. Onlar anlayırlarmı ki, verdikləri o pullar, hərbi-texniki dəstək şəkilində haylara ötürülür. Azərbaycan dövlətinin, bütövlükdə millətimizin əleyhinə yönələn məqsədlərə sərf edilir. Pulun var, qonşuluğundakı kasıba əl tut, digər xeyirxyahlıqlar et, yağlı sifət, yüngülsaqqal birinə niyə verirsən?
Daha bir neçə sual-yanvarın 27-də Tehrandakı səfirliyimizə qarşı terror aktı törədiləndə həm İrana bağlı təbliğat resurslarında gedən materialları, həm də hazırda qərbdə əyləşən reklamın pisini də özləri üçün qənimət bildiklərindən adlarını çəkmədiyim 3-4 yaramazın bu haqda ağ yalanlara dolu "xəbər"lərini, "şərh"lərini, "təhlil"lərini bəyənənlərin arsında heçmi tanıdıqlarımız yoxdur?Neçəmiz onlardan "bu nə hərəkətdir edirsən, sən öz dövlətinin, millətinin əleyhinə yönələn belə iftiranı necə, hansı məntiqlə bəyənirsən",- deyə soruşduq? Onalrdan neçəsinə bu cür davranışlarını davam etdirəcəkləri halda bütün əlaqələrəmizi kəsəcəyimizi bildirdik?
Cəmiyyət olraq bizim belə məsələlərdə barışmaz mövqe sərgiləməmiz güc strukturlarımızın Azərbaycanın düşmənlərinə casusluq edən şərəfsizləri tutub həbsə atmalarından heç də az önəmli deyil.
Biz görmürükmü ki, Laçın yolunda aksiya keçirən, vətəndaş mövqeyi ortaya qoyan çoxu gənclərdən ibarət soydaşlarımızın təəssübkeşlikləri kimləri, necə böyük çevrələri qıcıqlandırır? Niyə, bilirsinizmi? Ona görə ki, burada təkcə dövlətimizin deyil, bütövlükdə xalqmızın torpaqlarımız üzərində suverenliyimizin təmini üçün hər şeyə hazır olduğumuzu, əzmimizi görürlər.
Dünyanın hazırda gərginliklər, toqquşmlara dolu bir mərhələdən keçdiyi dönəmdə təkcə dövlətin güclü olması bəs etmir. Hər bir ölkənin gələcəyini ordakı cəmiyyətin vətənpərvərlik, dövlətə bağlılıq, yetkinlik dərəcəsi, öz milli maraqlarının təmini uğrunda təşkilatlanmaq bacarıqları müəyyənləşdirəcək. Mən ümid edirəm ki, biz 50 milyonluq xalq olaraq bu sınaqdan da üzü ağ çıxacağıq. İrandakı dinsiz rejimə bağlı ünüsürlərin, ideloji virusların ölkəmizdə sosial epidemiya yaratmalarının qarşısnı alacağıq. Burada peyvənd rolunda mən bizim elərinə qarşı barışmaz və prinsipal mövqeyimizi görürəm.
Əzizi dostlar, ortaya mövqe qoyun, dinsiz rejimə ideloji doqmalarını bizim cəmiyyətə sırımağının, Azərbaycanı öz yolundan döndərməyin mümkünsüzlüyünü göstərin. Sözü gedən rejimə qarşı bizə ən böyük dəstək, ilk növbədə cəmiyyətimizin dövlətimizə, özümüzün özümümzə verəcəyimiz dəstəkdir, unutmayın!"
Xəbər lenti
-
13:55Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi
-
12:13“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
-
10:44Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
23:05“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
17:51Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
15:56Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
15:36"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
12:44Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
15:25İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi
-
12:25Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir
-
11:19Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
-
09:52“MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib
-
17:25XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
16:56“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
15:42“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
14:22Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
11:38Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
-
11:31“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
17:04"İnci" sirketler qrupu ve "KHURSIDE" restoranı Şəhid ailələri və Qazilər üçün iftar süfrəsi açdı
-
15:52"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
11:23PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib
-
11:12Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
-
12:14"Goranboy Meliorasiyya su təsərufatı idarəsinin “rəisi” İlqar Məhərrəmov əhaliyə zülm edir" - ŞİKAYƏT
-
12:07Deputatın təşəbbüsü ilə başlayan “Novruz” yardım aksiyası davam edir
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:22Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:02“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:05PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:22AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:44Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:35Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023
27 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
19 Mart 2023
18 Mart 2023
17 Mart 2023
16 Mart 2023
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
SİYASƏT, GÜNDƏM
“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
SİYASƏT, GÜNDƏM
"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
SİYASƏT, GÜNDƏM
Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
SİYASƏT, GÜNDƏM
“Ərdoğan çox böyük siyasi liderdir” - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
"Onlar ya reinteqrasiya təklifini qəbul edəcək ya da torpaqlarımızdan rədd olub gedəcəklər" - Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
"Paşinyan bunun anonsunu verirsə..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Qlobal Bakı Forumu ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir