Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
21 İyun 2022, 19:23
21 İyun
2022
19:23
684
Bolonya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Raffaella Kampaner və Beynəlxalq əlaqələr departamentinin direktoru Covanna Filippinin rəhbərliyi ilə Universitetin Kənd təssərrüfatı və qida elmi fakültəsinin dörd mütəxəssisi 14-18 iyun tarixlərində Azərbaycanda səfərdə olub. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində Kənd təssərrüfatı və Qida elmi fakültəsini təsis etmək üçün ilkin araşdırmanın aparılmasıdır.
Nümayəndə heyəti ölkənin kənd təsərüfatı üzrə strateji inkişaf planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların müəyyən olunması üçün müxtəlif bölgələrə araşdırma səfərləri həyata keçirib. Səfərlər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil edilib. Təsis edilən akademik proqramların sözügedən sahənin inkişafına töhvə verməsi üçün Kənd Təssərrüfatı Nazirliyi və Təhsil Nazirliyi ilə sıx məşvərət aparılıb, əhəmiyyət kəsb edən mövzular müzakirə edilib. Eyni zamanda, həmin akademik proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün bəhs edilən sahə üzrə fəaliyyət göstərən şirkətlərlə də ətraflı müzakirələr aparılıb.
İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi hər iki dövlət üçün strateji maraq kəsb etdiyindən səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Belə ki, ADA Universitetində rektor Hafiz Paşayevlə görüşlə yanaşı, nümayəndə heyəti kənd təssərrüfatı naziri İnam Kərimov, təhsil naziri Emin Əmrullayev və İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə aidiyyəti mövzu üzrə müzakirələr aparıb.
İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, yüksək ixtisaslı kadrların yetişdirilməsi İtaliya-Azərbaycan Universitetinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, heyvandarlıq, bitkiçilik, qida elmi və texnologiyası kimi strateji sahələr üzrə akademik proqramlar təsis olunacaq. Sözügedən proqramlar Bolonya Universiteti ilə birgə tədris olunacaq.
Bolonya Universitetinin nümayəndə heyəti bildirib ki, bu əməkdaşlığın məqsədi yalnız fakültə və akademik proqramlar yaratmaq yox, eyni zamanda qida sisteminə yeni baxış formalaşdırmaqdır. Qida sisteminin araşdırılması və tədrisi üzrə İtaliya, xüsusən Bolonya Universiteti müstəsna peşəkarlıq və təcrübəyə malikdir.
Qeyd edək ki, Bolonya Universitetini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfəri yekunlaşıb. Hazırda Memarlıq və Dizayn fakültəsinin təsis edilməsi üçün Milan Politexnik Universitetinin komandasının ilkin araşdırma məqsədilə ölkəmizə səfəri başlayıb.
Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov, Energetika naziri Pərviz Şahbazov və Təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SİYASƏT
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR