Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL

"Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. İndi Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır. Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan xarici siyasəti bənzərsiz və qüsursuzdur. 2011-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzvlük üçün keçirilən seçkilərdə Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq böyük tarixi uğura imza atmışdır. Ölkəmizin 26 illik müstəqilliyi dövründə bu cür böyük nailiyyətin əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk, bütün MDB məkanında isə ikinci ölkədir. Bu tarixi hadisə onu deməyə əsas verir ki, Azərbaycan dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunmuş, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktyorlarından birinə çevrilmişdir. Dünyada iqtisadi və siyasi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycan tarixi köklərindən qaynaqlanan və həyat tərzinə çevrilmiş multikulturalizm ideyalarını ortaya qoyaraq bu siyasətin alternativinin olmadığını əyani şəkildə sübuta yetirmiş, dünyada sülhün və təhlükəsizliyin qarantına çevrilmişdir. Dunyada inkişaf etmiş ən güclü dövlətlərdən biri məhz Almaniyadır. Azərbaycan Almaniya münasibətləri bugün hərtərəfli şəkildə böyük inkişaf xəttindədir. Azərbaycan Prezidentinin bir neçə gün əvvəl Almaniyaya səfəri və ölkə rəhbərlərinin bəyanatla çıxışları əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir. Eyni zamanda Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Qarabağın Azərbaycan torpağı olması faktını qəbul edir. Cari ilin martın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Möhtərəm Prezident öz çıxışında bir daha vurğulayıb ki, Azərbaycan daim verdiyi sözün icrasını təmin edir və ölkəmiz etibarlı tərəfdaşdır. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik. Bu isə təbii ki, onu göstərir ki, sadəcə Almaniya deyil bütün dünya dövlətləri məhz öz vədlərinə zamanında əməl etdiyi və daim sülh prinsiplərinə əsaslandığı üçün Azərbaycanı dost və ən etibarlı tərəfdaş ölkə kimi tanıyır və qəbul edir. Möhtərəm Prezidentimizin apardığı düzgün və məqsədyönlü siyasəti ilə Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir.”
"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır"
"Almaniya və Azərbaycan arasındakı münasibətlər hər zaman müsbət dinamika xətti ilə inkişaf edib və hazırda da ən yüksək səviyyədədir. Möhtərəm cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və orada keçirilən görüşlər də bir daha sübut etdi ki, Avropanın aparıcı ölkələrindən biri olan Almaniya Azərbaycanla tərəfdaşlıqda və strateji əməkdaşlıqda maraqlıdır". Bu sözləri saytımıza açıqlamasında deputat Elşən Musayev deyib.
Onun sözlərinə görə, ölkəmiz bu gün nəinki Avropa, eyni zamanda bütün dünya üçün cəlbedici dövlətlərdən biridir: "Üstəlik, enerji, qaz və tranzit mövzularında liderliyimiz ondan xəbər verir ki, qlobal iqtisadi platformalarda bizimlə əməkdaşlıq hər kəs üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan günü-gündən inkişaf edir, Azərbaycanda sabit bir biznes mühiti var, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan bölgənin lider dövlətlərindən biridir. Bir daha qeyd etmək istəyirəm ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və məlum səfər ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir".
Daha sonra millət vəkili qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş olan plenar iclasda cənab Prezident İlham Əliyevin iştirakı və dövlət başçımız tərəfindən Azərbaycanın maraqlarının ən yüksək şəkildə qorunması diplomatiyamızın növbəti uğurudur: ""Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş olan plenar iclasda cənab Prezident İlham Əliyevin iştirakı və dövlət başçımız tərəfindən Azərbaycanın maraqlarının ən yüksək şəkildə qorunması diplomatiyamızın növbəti uğurudur. Möhtərəm Prezident öz çıxışında bir çox məsələlərə toxundu, sülhlə bağlı fikirlərini açıqladı, qarşı tərəfin və dünyadakı güclərin bölgədəki sabitliyin bərpası üçün nə etməli olduğunu söylədi və ən nəhayət bir sıra mövzularla bağlı konkret, tutarlı iradlarını bildirdi. Bir az obrazlı desək, Münxen Təhlükəsizlik Konfransı İlham Əliyevin parlaq qələbəsi və Paşinyanın növbəti nakautu idı və məlum Konfrans bir daha sübut etdi ki, Ermənistanın aylardır, illərdir sərgilədiyi imitasiya, spekulyasiya heç bir işə yaramır. Bölgəyə mütləq sülh lazımdır. Fəqət, gerçək bir sülh! Həmin sülhün bərqərar olması üçünsə Ermənistan tərəfi reallıqları gözə almalı, Avropanın üst qurumları və həmin qurumların nümayəndələri faydalı cəhdlər etməli və Azərbaycanın diqtə etdiyi şərtlər yerinə yetirilməlidir. Eyni zamanda Qarabağda məskunlaşan erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağın mümkünlüyü ilk növbədə Qarabağa xüsusi missiyalarla göndərilmiş Vardanyanın bölgədəki separat fəaliyyətinə son qoymaqdan keçir. Çünki bu adam xəstə təfəkkürdədir, bu adam cinayətkardır, Avropada çirkli pulların yuyulmasında adı keçən canidir, missionerdir, saxtakardır və kimlərin sifarişi ilə ortada olduğu da məlumdur. Cənab Prezident İlham Əliyev də öz mükəmməl çıxışında cinayətkar Vardanyanı ifşa etdi və eyni zamanda Dağlıq Qarabağ inzibati vahidinin olmadığını hər kəsin diqqətinə çatdırdı. Heç şübhəsiz ki, Konfransda bərqərar olan diplomatik üstünlüyümüz Azərbaycanın mövqeyini daha da gücləndirəcək və növbəti uğurlarımız üçün vəsilə olacaq.” - deyə Partiya sədri fikirlərinə davam edib.
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.6

Xəbər lenti
-
13:55Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi
-
12:13“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
-
10:44Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
23:05“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
17:51Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
15:56Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
15:36"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
12:44Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
15:25İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi
-
12:25Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir
-
11:19Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
-
09:52“MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib
-
17:25XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
16:56“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
15:42“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
14:22Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
11:38Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
-
11:31“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
17:04"İnci" sirketler qrupu ve "KHURSIDE" restoranı Şəhid ailələri və Qazilər üçün iftar süfrəsi açdı
-
15:52"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
11:23PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib
-
11:12Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
-
12:14"Goranboy Meliorasiyya su təsərufatı idarəsinin “rəisi” İlqar Məhərrəmov əhaliyə zülm edir" - ŞİKAYƏT
-
12:07Deputatın təşəbbüsü ilə başlayan “Novruz” yardım aksiyası davam edir
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:22Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:02“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:05PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:22AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:44Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:35Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
SİYASƏT, GÜNDƏM
“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
SİYASƏT, GÜNDƏM
"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
SİYASƏT, GÜNDƏM
Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
SİYASƏT, GÜNDƏM
“Ərdoğan çox böyük siyasi liderdir” - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
"Onlar ya reinteqrasiya təklifini qəbul edəcək ya da torpaqlarımızdan rədd olub gedəcəklər" - Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
"Paşinyan bunun anonsunu verirsə..." - DEPUTAT
-
SİYASƏT, GÜNDƏM
Qlobal Bakı Forumu ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir