“Bu gün aparılan islahatlar Azərbaycan Ordusunu gücləndirir”

“Bu gün aparılan islahatlar Azərbaycan Ordusunu gücləndirir”

"Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir".

Bunu "MediaPost"a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O bildirib ki, əsgər və zabitlərimizin silsilə təlimlər keçməsi onların döyüş qabiliyyətini yüksəltməyə xidmət edir:

"Bu gün aparılan islahatlar Azərbaycan Ordusunu gücləndirir. Ən müasir silahlarla təminat və təlimlərdə yüksək rütbəli zabitlərin iştirakı şəxsi heyəti ruhlandırır. Hazırda Azərbaycan Ordusu beynəlxalq əlaqələri genişləndirir və NATO ilə yaxından əməkdaşlıq edir. Hərbçilərimizin bir sıra xarici ölkələrin, o cümlədən Türkiyənin hərbi təyinatlı təhsil müəssisələrində təhsil alması ordumuzun bilikli, peşəkar kadrlarla komplektləşdirilməsi məsələsinə ordu rəhbərliyi tərəfindən göstərilən diqqətdən xəbər verir".

 

LOBBI.Az

Xəbər lenti