“Bu, hərtərəfli müzakirələr üçün münbit şərait yaradan bir təşəbbüsdür” - DEPUTAT

“Bu, hərtərəfli müzakirələr üçün münbit şərait yaradan bir təşəbbüsdür” - DEPUTAT
"Parlamentdə büdcə müzakirələri çox maraqlı keçir və deputatlar öz fikirlərini hörmətli hökümət üzvlərinin diqqətinə çatdırırlar. Hesab edirəm ki, həmin müzakirələrin sonunda ideal bir nəticə hasil olacaq və büdcə layihəsi yüksək səs çoxluğu ilə qəbul ediləcək” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Büdcə müzakirələri ilə bağlı bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Keçən ildən etibarən Milli Məclisin Sədri, çox hörmətli Sahibə xanımın tövsiyyəsi ilə Parlamentdə təmsil olunan partiya sədrləri profil komitənin iclaslarına da dəvət alırlar. Bu, həm siyasi partiyalara ayrılan diqqətdir, həm də hərtərəfli müzakirələr üçün münbit şərait yaradan bir təşəbbüsdür. Mən, məlum təşəbbüsdən dolayı Milli Məclis rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti