“Cənub Qaz Dəhlizi layihəsində aktiv iştirakçılıq Azərbaycanın nüfuzunu və mövqeyini daha da gücləndirir” – Elşən Musayev

“Cənub Qaz Dəhlizi layihəsində aktiv iştirakçılıq Azərbaycanın nüfuzunu və mövqeyini daha da gücləndirir” – Elşən Musayev
"Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasının və Yaşıl enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclasının ölkəmizdə keçirilməsi Azərbaycana olan diqqətin və bütün dünya tərəfindən verilən önəmin bariz nümunəsidir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Həqiqətən də bu gün Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib. Ölkəmizin iştirak etdiyi geniş miqyaslı layihələr, həmin layihələrdəki üstün rolumuz, xüsusən də təbii qaz nəqlinin tədarükündə və tranzitində iştirakçılığımız və eyni adlı kontekstdə tərəfdaşlarımızın artması ondan xəbər verir ki, Azərbaycanın önəmi nəinki Avropa üçün, ümumilikdə bütün dünya üçün böyükdür.

Təbii, məlum istiqamətdə əsas prioritetlərdən biri də Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsidir. Xüsusən son dönəmlərdə olan yaxınlaşmanı qeyd etmək yerinə düşər. Beləki, bəlli istiqamətdə bir sıra memorandumların imzalanması, Avropa ölkələrinin Azərbaycana müraciəti, qarşılıqlı səfərlər, aparılan danışıqlar, Bolqarıstanda interkonnektorun açılışı, Rumıniyada dördlü sazişin imzalanması və s bu kimi hadisələr həmin qəbildəndir.

Ölkəmizin nüfuzunun günbəgün artması heç şübhəsiz ki, hər birimizdə qürur hissi yaradır. Həmin nüfuzun artmasının, davamlı inkişafımızın səbəbi isə aparılan düzgün və məqsədyönlü siyasətdir” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti