Deputat: Bəzi insanlar cibində 5-6 siyasi partiyanın vəsiqəsini daşıyırlar

Deputat: Bəzi insanlar cibində 5-6 siyasi partiyanın vəsiqəsini daşıyırlar
"Bəzi insanlar var ki, cibində 5-6 siyasi partiyanın vəsiqəsini daşıyırlar”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsində deputat Elşən Musayev bildirib.
Deputat qeyd edib ki, həmin insanlar harada hansı sərf edirsə, o vəsiqəni çıxardır: "Mən elə siyasi partiya rəhbəri tanıyıram klii, partiyanın möhürünü hara qoyubsa, xəbəri yoxdur. Elə siyasi partiya var ki, onun adındakı hərflərin sayı üzvlərin sayından çoxdur. Elə siyasi partiya rəhbəri var ki, heç onun həyat yoldaşı bilmir ki, o, hansı partiyanın sədridir. Reyestrin yaradılması məsələsi ona görə çox yaxşıdır. Siyasi partiyanı 5 nəfərlə yaratmaq istəyənlər var. Sənin əgər 5 nəfər üzvün varsa, get üstünə 5 nəfər də qoy, futbol komandası yarat. Siyasi partiya anlayışına ciddi yanaşmaq lazımdır”.

Xəbər lenti