Deputat Ramil Həsən Ucarda seçiciləri ilə görüşüb

Deputat Ramil Həsən Ucarda seçiciləri ilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 01 dekabr 2022-ci il tarixində müxtəlif vaxtlarda Ucar rayon Rəstəcə kənd bələdiyyəsinin inzibati binasında Rəstəcə, Gəraybəyli kəndlərindən olan seçiciləri və Alpı kənd tam orta məktəbinin binasında Alpı, Qulabənd, Bağırbəyli kəndlərindən olan seçiciləri qəbul edib. 

Səfər çərçivəsində millət vəkili Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Füzuli Paşa oğlunun doğum günü münasibətilə Quləbənd kənd qəbiristanlığında məzarını ziyarət edib, önünə çiçəklər qoyub və ruhuna dualar oxunub.

Görüşlərdə vətəndaşlar tərəfindən kənd yollarının asfaltlanması, elektrik dirəklərində yaranmış problem, kəndlərdə elektrik enerjisi təminatında yaranan problemlər, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, yol infrastrukturu, müalicə ilə bağlı müraciətlər və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Onuda qeyd edək ki, seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.



Xəbər lenti