Əli Həsənovdan Ata Abdullayevlə bağlı açıqlama: “O cür səviyyəsiz...”
"Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan Baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz "dialoqu” təşkil etsin”.
"Yeni Sabah” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Prezidentin köməkçisi Əli Həsənov ictimai fəal olduğu iddia edilən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki bir kilsədə tərəfdarları ilə görüş keçirən Ermənistan Baş naziri Nikol Paşinyanın tədbirinə qatılmasına münasibət bildirərkən deyib.
Ə.Həsənov sosial şəbəkələrdə və bəzi media orqanlarında A.Abdullayevin guya Azərbaycan hakimiyyətindəki şəxslər tərəfindən Milana düşünülmüş şəkildə göndərildiyi haqda iddiaları qəti şəkildə təkzib edib:
"Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib:
"Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib.
Təsadüfi deyil ki, cənab Prezidentimizin qarşımıza qoyduğu hədəflərə uyğun olaraq, erməni yalanlarının beynəlxalq miqyasda ifşa olunması sahəsində son illər necə qətiyyətli addımlar atılır. Təkcə Prezidentimizin "Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda, MDB dövlət başçılarının toplantısında erməni faşizminin təbliğinə qarşı kəskin və qarşı tərəfi susduran çıxışlarını xatırlamaq kifayətdir.
Böyük dövlət xadimi və peşəkar siyasətçi olan Prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir?”
Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunu düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib:
"Kimsə, hardasa, hansısa təşəbbüsdə bulunursa, bunu Azərbaycan hakimiyyətinin adına yamamaq cəhdləri qətiyyən yolverilməzdir. Azərbaycan hakimiyyəti düşmənə qarşı siyasətini sərt milli iradə, yüksək intellekt, beynəlxalq hüquq müstəvisində aparır və hansısa erməni kilsəsində deyil, ən yüksək beynəlxalq tribunalardan səsləndirir və qəbul etdirir”.
LOBBI.AzXəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET
“Azərsığorta” ləğv edildi –FƏRMAN
-
MANŞET
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı