"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....

27 Fevral 2025, 18:13
27 Fevral
2025
18:13
223
Son günlər dövri mətbuatda "casus” və "xəyanətkar” mövzusu ciddi müzakirə predmetinə çevrilib. Hansı ki, cəmiyyətin də yetərincə diqqət mərkəzindədir və paralel fonda bir çox iri maskaların yırtılmasına, əsl həqiqətlərin üzə çıxmasına rəvac verir.
Bir zamanlar hüquq-mühafizə, təhlükəsizlik orqanları bənzər hadisələr üzərindən ifşa prosesini çox da açıb-ağartmırdı. Daha dəqiq desəm: cinayət əməli öz mahiyyəti üzrə tövsif olunurdu, cəza verilirdi, qurtarıb gedirdi. Yaxşı bəs indi niyə fərqli təzahüratlarla qarşı-qarşıyayıq? Səbəb çox sadədir: Hazırki vəziyyətdə məlum şəbəkənin radiusu, hüdudları o qədər böyükdür və qalın zəncirbəndlərlə pərçimlənib ki, məsələ o qədər siyasiləşib ki, süni intellekt dediyimiz nəsnə və sosial şəbəkələrdəki xaos təxribatçı ünsürlərin imitasiya imkanlarını o qədər artırıb ki, artıq bu durumda qətiyyən susmaq olmaz.
Və dövlət də ən düz olanı edir!
Şahnaz Bəylərqızının ifadəsi hələ yayınlanmayıb. Sadəcə anonsu gedib. Amma baxın, qaragüruh necə vəlvələdədir. Niyə görəsən?
Mediada Rusiyaya "işləyənlərin” siyahısı açıqlandı. Fəqət, ittiham olunan bir adamın tutarlı açıqlamasını görmədik, adları çəkilənlərdən kimsə özünü təmizə çıxarmaq üçün cidd-cəhd göstərmədi, məhkəməyə müraciət etmədi. Niyə görəsən?
"Rus Evi”ni Azərbaycandakı evindən üstün tutanlar, yerdəyişmə əməliyyatı üçün basabas ofis axtaranlar, alnında damğa gəzənlər, başqa ölkənin vətəndaşı ola-ola öz qohumu tərəfindən vəzifəyə soxuşdurulanlar, hardasınız? Səsiniz çıxmır. Niyə görəsən?!
Hikmət Hacıyevin bütün şəcərəsini hədəf seçdiniz. Müxtəlif cəbhələrdən. Riyakarcasına! Namərdcəsinə! Nə var-nə var, yerindədir, təmizdir, dürüstdür deyə. Bir qalmışdı, "rus dili kursuna getməyi”, onu da son dərəcə bəsit, kustar və əbləh üsullarla özünüzdən uydurmağa çalışdınız. Fəqət, alındımı?! Alınmadı.
Hələ o gün başıpozuğun biri qayıdıb ki, Prezident Türkiyənin ölkəmizə yeni təyin olunan səfirini şəxsən qəbul etməyib, çünki ölkədə yoxdur. Hərgah, bu adama deyən gərək: Ay kitabdan, elmdən, mütaliədən uzaq binəva, veriliş, süjet hazırlayırsansa, barı onu ərsəyə gətirmədən öncə kimdənsə məsləhət al, araşdırma apar, proseduru öyrən. Və gör, bil ki, səfirlərin Prezidentdən öncə xarici işlər naziri tərəfindən qəbul olunması illərdir formalaşan ənənədir, legitimliyin ilk addımıdır, diplomatik protokolun qaydasıdır.
Baxıram, 44 günlük müharibədə Azərbaycana qarşı ermənidən artıq təbliğat aparanlara, blok şəklində dezo yayanlara, Şuşanın işğaldan azad edildiyi gün dədəsinin yasından betər yasa batanlara. Hamısı anidən dönüb olublar demokrat, millətsevər, insanpərvər. Biri "Meydan TV”nin əməkdaşlarının "şərlənməsindən” (?) danışır, o biri "Toplum TV”nin "saf” təəssübkeşlərindən.
Heyhat! Sizin o "şərlənmişlərinizin”, "saf”larınızın yazışmalarında bilirsinizmi hansı mətnlər keçir?! İcazənizlə bir neçəsini isti-isti sadalayım:
1) "COP29 öncəsi elə edin, Bakıda sabitlik tam pozulsun. İnsanları inandırmağa çalışın ki, bu tədbir bizə lazım deyil. Hətta imkan olsa süni qarşıdurmalar yaradın.”
2) "Hər səmərəli təxribatın öz miqyasına uyğun qonorarı olacaq. Yetər ki, dayanmayın, Azərbaycanı gözdən salın.”
Və siz, müstəqil, qərəzsiz jurnalistsiz, hə?!
***
Ən böyük casus kimdir? Və ya ümumiyyətlə casusun "ən”i, "daha ən”i, balacası, böyüyü olurmu? Olmur! Pisin daha pisi olur. Şərəfsizin daha şərəfsizi olur. Amma casusun daha casusu olmur! Casus elə casusdur! Casus dibin dibidir. Casus - namərdliyin, rəzilliyin ən dərin köşəsində çabalayan biridir. Və...bu yolu tutan hər kəs – ha üzü Rusiyayadı, ha Fransaya, ha başqa yerə, fərq etməz - əcdadı və nəsli ilə bərabər daim "yad edilməlidir”!
Ən sonda. Dünən mətbuatdan oxudum ki, "Azad Söz” kanalının aparıcısı Tural Sadıqlı keçmiş arvadını döyüb və qarşı tərəf şikayətçidir.
Anındaca bir şey düşündüm: Arvad döymək tələbə yoldaşına təcavüz etməyin yanında nə mənədir ki?
Tural, yəqin anladın, hansı hadisəyə eyham vururam.
İstəsən, təfsilatlı da danışa bilərəm.
Amma hələ ki, ipucu verim: Naxçıvan Dövlət Universiteti. 1-ci kurs. M.Z.
Düşünürəm, həyatını məhv etdiyin bu misirli qızı unutmamısan...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər lenti
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
Digər xəbərlər
-
SİYASƏT
Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
SİYASƏT
Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
SİYASƏT, GÜNDƏM
“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
SİYASƏT
Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
SİYASƏT
“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
SİYASƏT
Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
SİYASƏT
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
SİYASƏT, GÜNDƏM
“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur