Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı

Ermənilər Ağcabədi rayonunu atəşə tutdu, 1 nəfər yaralandı

Erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

ShushaPost.az-ın məlumatına görə, nəticədə rayonun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti