Ermənilərin kabusuna çevrilmiş 39 yaşlı Polkovnik: NƏSİB MİRZƏYEV ÜÇÜN ÖZƏL GÜN

Ermənilərin kabusuna çevrilmiş 39 yaşlı Polkovnik: NƏSİB MİRZƏYEV ÜÇÜN ÖZƏL GÜN

Çağdaş tariximizə silnməz izlərlə yazılan, son 30 ildə işğal olunmuş torpaqlarımıza qayıdışı təmin edən 44 günlük haqq savaşı… Bu o, savaşdır ki,Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi iləMüzəffər Milli Ordumuzhərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə etməklə bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Nəticədə ordumuz həm sürətlə irəlilədi, həm işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

 

Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətə saldı. Müasir texnoloji silahlar ordumuzun güc alətlərindən yalnız biri idi. Əsl qəhrəmanlar Ali Baş Komandan başda olmaqla Azərbaycan əsgəri idi.

Belə qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrininpolkovniki,Vətən müharibəsininiştirakçısı."Zəfər ordeni”laureatı Nəsib Tahir oğlu Mirzəyevdir. Nəsib Mirzəyev 29 noyabr 1983-cü ildə Cəlilabas rayonu Ləkin kəndində anadan olub. 44 günlük Vətən Savaşında ermənilərə qan udduran polkovnik göstərdiyi şücaətə görə hər zmaan ölkə rəhbərliyi və müvafiq qurumlar tərəfindən yüksək dəyərləndirilib. Beləliklə Nəsib Mirzəyevin təltif siyahısını təqdim edirik:

 

(09.12.2020) —"Zəfər" ordeni

(24.12.2020) —"Cəbrayılın azad olunmasına görə" medalı

(25.12.2020) —"Zəngilanın azad olunmasına görə" medalı

(2018)Hərbi xidmətlərə görə medalı

(2019)2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

(2014)3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

(2012)Igidliyə görə medalı

(2009)vətən uğrunda medalı

(09.12.2020) —"Zəfər" ordeni

(24.12.2020) —"Cəbrayılın azad olunmasına görə" medalı

(25.12.2020) —"Zəngilanın azad olunmasına görə" medalı

(2018)Hərbi xidmətlərə görə medalı

(2019)2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

(2014)3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

(2012)Igidliyə görə medalı

(2009)vətən uğrunda medalı

 

DSX-nin polkovniki "Zəfər" ordenli Nəsib Mirzəyev Qarabağa səfər edən bir sıra media nümayəndələri üçün Soltanlı-Əmirvarlı əməliyyatından danışır, prosesi əhəmiyyətini diqqətə gətirir. Sitat: "Soltanlı-Əmirvarlı uğrunda gedən döyüşlər Silahlı Qüvvələrin həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub. Çünki DSX-nin xüsusi təyinatlı bölmələrinə Araz çayı boyunca - Cənub-Qərb istiqamətlərini düşməndən təmizləmək tapşırığı verilmişdi. Döyüşlərdə düşmənin birinci və ikinci dayanaq nöqtələri əllərindən çıxmışdı. Həmin sədlər Silahlı Qüvvələrimiz tərəfindən yarılmışdı. Soltanlı-Əmirvarlı səddi ermənilər üçün son möhkəm nöqtə idi. Düşmən bu dayanaq nöqtələrini Araz çayından Cəbrayıl şəhərinə qədər xüsusi təyinatlı bölmələri ilə mühafizə edirdi. Onlar bilirdilər ki, bu ərazinin də - üçüncü səddin də əllərindən çıxması Azərbaycan-İran sərhədinin bərpası olacaq. Həmin yüksəklikdən 8-10 km məsafə düzəngahlıqdır. Düşmən elə başa düşürdü ki, biz bura texnika və canlı qüvvə ilə gələcəyik. Amma sözsüz ki, bizim təminat və silah-sursatımız buna imkan verirdi. Əməliyyat zamanı gecəgörmə və termal cihazlardan istifadə olundu. Bildiyiniz kimi, xüsusi təyinatlılar heç vaxt rahat yoldan hərəkət etmir. Düşmən isə bunu bilmirdi. Biz Cəbrayıl rayonunun Sarıcallı kəndi istiqamətində özümüz üçün daldalanacaq nöqtə seçdik. Daha sonra gecə vaxtı ermənilərin arxasına sızdıq, səngər boyu irəlilədik və onları məhv etdik. Düşmənin meyitlərindən görünürdü ki, onların əksəriyyəti xüsusi təyinatlılardır. Ermənilər bizim qarşımızda tab gətirə bilməyib geri çəkilməyə başladılar.

Soltanlı-Əmirvarlı istiqamətlərində üçüncü müdafiə səddinin alınması uğrunda qızğın döyüşlər getdi. Ərazi və relyef baxımından ermənilərin mühəndis maneələri geniş formada və minalı sahələri həddindən artıq çox idi. Düşmən tərəfindən basdırılmış hər hansı zavod üsulu olmayan minalar bizim qarşımıza çıxırdı. Peşəkar istehkamçılar tərəfindən həmin minalar aşkar olunaraq, zərərsizləşdirilirdi".

Polkovnik deyib ki, düşmənin Soltanlı-Əmirvarlı istiqamətlərindəki mövqelərinin ələ keçirilməsi digər bütün uğurlara yol açıb:

"Bu ərazilərin azad edilməsi Zəngilanın düşməndən təmizlənməsi üçün maneələri aradan qaldırdı. Düşmən çalışırdı ki, bu sədd yarılmasın. Daha sonra biz iti sürətlə Zəngilan istiqamətinə hərəkət etdik. Əlbəttə, döyüşlərdə itkilərimiz də oldu. Burada hərbi qulluqçularımız - mayor Malik Əliyev, baş leytenant Elçin Əzizov və gizir Tofiq Əmirli qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Sözsüz ki, qan tökülmədən torpaq azad edilə bilməz. Bu istiqamətdə bizim rəhbərlərimiz tərəfindən, dayanaqlı rabitələrimizin idarə olunması əsasında demək olar ki, şəhid və yaralılarımızın sayı, itkilərimiz az oldu. Onu da bildirmək istəyirəm ki, Ali Baş Komandan və cənab general-polkovnik Elçin Quliyevin bizə diqqət və qayğısı çox böyük idi. Bu da hərbçilərimiz arasında ruh yüksəkliyini artırırdı. Çalışırdıq ki, döyüşlərdən sonra xalqımızın və cənab Prezidentimizin qarşısına alnıaçıq, üzü ağ qayıdaq".

Bu Nəsib Mirzəyevin sadəcə 44 Günlük Savaşda ortaya qoymuş olduğu igidliyin sadəcə bir nümunəsidir. 7NEWS.az olaraq Polkovniki doğum günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

7NEWS.az redaksiyası














Xəbər lenti