İlham Məmmədov: "Prezident İlham Əliyevin təşəbüsü ilə BMT-nin 31-ci xüsusi sessiyasının çağrılması bütün dünya üçün mühüm hadisədir"

İlham Məmmədov:
7NEWS.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsü BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da xeyli sayda çox dövlət tərəfindən dəstəklənib. BMT-nin Baş katibi Antonio Quterreş iyunun 30-da bütün üzv dövlətlərə nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini bildirib. Baş Assambleyanın 74-cü sessiyasının sədrini təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.
Məsələyə münasibət bildirən millət vəkili İlham Məmmədov təşəbbüsün dünya miqyaslı siyasi hadisə olduğunu dedi: "Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağrılması bütün dünya üçün mühüm və nadir hadisədir. Bu günə qədər bu kimi sessiyalar çox az sayda olmuş və mühüm hadisələrlə nəticələnmişdir. Bilirsiniz ki, bu gün bütün dünya COVİD 19-la mübarizə aparır, dövlətlər sərhədləri bağlayırlar, özlərinə qapanıblar. Global ağır geosiyasi şəraitdə Prezident İlham Əliyevin COVİD 19-la bağlı BMT-nin xüsusi sessiyasının çağrılması təşəbbüsündə bulunması, həm də, dövlətimizin siyasi gücünün göstəricisidir. BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyasının ilkin gündəliyi də dərc olunub. Gündəliyə nəzər salsaq görərik ki, sessiya dünya üçün yeni imkanlarlar açmaqla yanaşı, qlobal təhlükələrdən qorunma mexanizmlərinin hazırlanmasına hesablanıb. Artıq ilkin işlər tamamlanıb, ilkin proqram hazırlanıb, yaxın günlərdə bu barədə geniş açıqlama veriləcəkdir. Ümumilikdə, dünya həmrəyliyini özündə təcəssüm elətdirən təşəbbüsün Azərbaycandan gəlməsi dövlətimizin və onun liderinin nüfuzundan xəbər verir"
7NEWS.az

Xəbər lenti