İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi

İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi
İNCİ şirkətlər qrupunun tərkibində olan KHUR SIDE restoranı yeni il qabağı xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib.

KHUR SIDE ailəsi daha bir sosial layihəni və xeyirxahlıq borcunu yerinə yetirdi. Onlar, Mingəçevir Şəhər Uşaq nevroloji sanatoriyasında məskunlaşmış kimsəsiz və əlil uşaqlar üçün bayram tədbiri təşkil edib.

Tədbirdə bayram süfrəsi ilə yanaşı şən klounlar da uşaqların sevincinə səbəb olub. KHUR SIDE ailəsi Ofisait mağazalar şəbəkəsindən hədiyyə paketlərini uşaqlara təqdim edib. KHUR SIDE ailəsi bu kimi xeyirxah, sosial aksiyaları reallaşdırmaqdan qürur hissi duyur.
 



Xəbər lenti