Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
Çinin paytaxtında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forum dünyanın 69 ölkəsindən 500-ə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika gənclər festivalı çərçivəsində həyata keçirilir. Tədbirdə tarixi İpək Yolunun əhatə etdiyi ölkələrdən gənc sahibkarlar, inkubator yaradıcıları, startapçılar və dövlət qurumları nümayəndələri iştirak edirlər. Layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar təklif etməkdir.
Açılış mərasimində çıxış edən Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin rəhbəri Xı Cunkı bildirib ki, Asiya-Afrika Gənc Sahibkarlar Forumu sülh və inkişaf üçün mühüm rol oynayır. Bu layihə gənclər üçün əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır.
"Ümid edirəm ki, bu layihə həm Asiya, həm də Afrika ölkələrinin gəncləri üçün maraqlı və vacib layihəyə çevriləcək. Bizim üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri xüsusi önəm daşıyır və bu layihənin həmin məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini düşünürük”, - deyən Xı Cunkı əlavə edib ki, iqtisadiyyat və sənaye bizim üçün xüsusi önəm daşıyır və bu mənada gəncləri dəstəkləmək vacibdir.
"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Aytən Əliyeva Azərbaycan dövlətinin gənclər siyasətindən, ölkəmizdə gənclərə olan qayğıdan danışıb. Azərbaycanın İpək Yolu üzərində vacib tərəfdaş olduğunu bildirən Aytən Əliyeva forumun region ölkələrindən olan gənclər üçün önəmini qeyd edib.
İttifaqın sədri dayanıqlı inkişafın və iqtisadiyyatın bütün dünya dövlətləri üçün vacib məsələ olduğunu vurğulayaraq, müxtəlif xarakterli münaqişələrin, qarşıdurmaların inkişaf proseslərinə mənfi təsir göstərdiyini deyib. "Təəssüflə qeyd etməliyəm ki, mənim ölkəm də uzunmüddətli münaqişədən əziyyət çəkənlər sırasındadır. Düşünürəm ki, gəncləri sahibkarlıq, mədəniyyət, idman və digər fəaliyyətlərə cəlb etmək dünyada və regionda sülh, sabitlik və inkişaf üçün zəmin yaratmaq olar”, - deyə Aytən Əliyeva bildirib.
Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə çinli tərəfdaşları təbrik edən Aytən Əliyeva layihənin reallaşmasına verdiyi böyük dəstək üçün Azərbaycan və Çin dövlətlərinə təşəkkürünü bildirib.
Tədbir "Asiya-Afrika gənc sahibkarları üçün yeni imkanlar və təcrübələr”, "Sahibkarlığın təbliği üçün tərəfdaşlığı gücləndirmək”, "İpək Yolu regionunda gənc sahibkarlığın inkişafı: təşəbbüslər və layihələr” mövzuları üzrə panel müzakirələri ilə davam edib.
Festival çərçivəsində Çinin Xarici İşlər Nazirliyi, Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsi, Pekin Universiteti, Pekin Beynəlxalq Gənclər Universiteti, Çin Gənclərinin İnkişaf Fondu, Pekin Könüllük Xidməti Mərkəzi, Pekin Gənclər Mərkəzi, müxtəlif qlobal şirkətlər və sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsultasiya mərkəzlərində görüşlər keçirilməsi də nəzərdə tutulub.
Forumun hər il keçirilməsi və gənc sahibkarlar şəbəkəsinin yaradılması əsas hədəflərdəndir.
LOBBI.Az
Xəbər lenti
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Digər xəbərlər
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI