“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR.

Amerikanın gələcək yeni prezidentinin açıqlamalarından sonra Amerika iqtisadiyyatı fonunda nikbinliyin artması, EURUSD məzənnəsi ucuzlaşmasına səbəb olmuşdur. Amerikanın keçmiş hökümətı altında korona böhranı ərzində iqtisadi inkişafın və faizlərin Avrozonada daha erkən artacağı proqnozları, avroya olan etimadı artırmışdı. Təhlillər isə məzənnənin 1.20$-a kimi ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

 

GBP.

GBPUSD məzənnəsi də keçən həftə ərzində 1.37$-da müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb, Beləliklə, qiymət 1.36$-ın altında qaldıqca, 1.3457 səviyyələrinə kimi ucuzlaşa bilər.

 

TRY.

Maliyyə bazarlarında TCMB-nin əlavə faiz artımına getməyəcəyi proqnozları, lirədə də bahalaşması fonunda korreksiyaya səbəb olub. USDTRY məzənnəsi hazırda 7.46TL-nin üzərində ticarət edilir və 7.48TL-nin qırılması ilə 7.58 və 7.63TL-yə kimi də bahalaşa bilər.

 

OIL.

Foreks bazarlarında dolların bahalaşması və Amerikada neft platformalarının sayında artım xəbərləri qiymətlərdə korreksiyalara səbəb olub. Cari həftə ərzində Brent neftinin bir barel qiymətinin 54 - 56$ aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

 

GOLD.

Foreks bazarlarında dolların bahalaşması, əlvan metallar bazarlarında qızılın dəyər itirməsinə səbəb olsa da 1802$-ın (57.9 $/qram) üzərində yenidən dəstək görüb. Növbəti istiqamət, dəstək səviyyəsinin qorunub-qorunmamasından asılı olacaqdır. Qorunacağı təqdirdə, 1840$-ın (59.2 $/qram) yuxarı istiqamətdə qırılması növbəti bahalaşma dalğası üçün önəmli hadisə olacaqdır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.


 

Xəbər lenti