Jurnalistlər və tanınmışlar arasında, "İlhamlı qələbələr" adlı velosiped idman növü üzrə "Zəfər kuboku" keçiriləcək

Jurnalistlər və tanınmışlar arasında,
Jurnalistlər və tanınmışlar arasında, "İlhamlı qələbələr" adlı velosiped idman növü üzrə "Zəfər kuboku" keçiriləcəAzərbaycan Gənclər və İdman nazirliyi, Azərbaycan Velosiped İdman Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, İdman Jurnalistləri  Federasiyası, "Gənc Velosipedçilər” İçtimai Birliyi, "Azərbaycan Əlil Velosipedçilərə dəstək" İctimai Birliyi və BrendSport.az saytının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş "İlhamlı Qələbələr”  adlı idman festivalı çərçivəsində jurnalistlər və tanınmış ictimaiyyətnümayəndələri arasında velosiped idman növü üzrə "Zəfər kuboku" keçiriləcəkdir. 

Qeyd edək ki, xanımlar və bəylər ayrı-ayrılıqda yarışacaqlar. I, ll və lll yerlərin qaliblərinə diplomlar və medallar, eyni zamanda baş sponsorlar "Natural Halı” -dan xalçalar və "TOBA”-dan velosiped hədiyyə olunacaq. Mükafatçılara digər sponsorlarımız "Həyat Aptek", "Soel Parfum", "İslamoğlu un məmulatları"-ından hədiyyələr təqdim ediləcəkdir.
Yarışın rəsmi açılışı 31 avqust 2021-ci il saat 10:00-da başlayır. Açılışdan sonra velosiped yarışına start verilir. 

Ünvan: Respublika Velotreki
(20 yanvar metro stansiyası).

Yarışda iştirak üçün əlaqə telefonu: (070) 286 86 29 (whatsapp)

Xəbər lenti