"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT

Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib: "İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycanda "sionist qüvvələrin" olması,  ikinci Qarabağ savaşında guya "Suriyadan gətirilən İŞİD-çilərin" hələ də ölkədə qalması haqda sərsəmləməsi Tehran rejiminin, fars şovinistlərinin iftirada, riyakarlıq və bizə düşmənçilikdə hay nasistlərindən nəinki fərqlənmədiklərini, hətta onları kölgədə qoyduqlarını göstərir. İkincisi, İranda rejimə qarşı narazılıqların təhlükəli həddə çatdığı təqdirdə onun yönünü dəyişmək üçün gedə biləcəkləri avantüraya haqq qazandırmaq məqsədi daşıyır.  Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması da hayları revanşizmə həvəsləndirməklə yanaşı, yuxarıda qeyd etdiyimizi təsdiqləyir."

Xəbər lenti