KİV: "Donald Tramp ABŞ-nin prezidenti oldu"
06 Noyabr 2024, 11:36
06 Noyabr
2024
11:36
79
Respublikaçılar partıyasından Donald Tramp ABŞ-nin seçilmiş prezidenti oldu.
7News.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Consona bildirib.
10:28
ABŞ-də səsvermə başa çatıb, ölkədə son seçki məntəqəsi də bağlanıb.
7News.Az-ın RTVI-yə istinadən verdiyi məlumata görə, ölkədə son səsvermə Havay və Alyaskada keçirilib.
Havayda Harris qalib gəlib və ştatın dörd seçici səsini qazanıb. Alyaska üzrə nəticələr isə hələ tam hesablanmayıb.
Hazırkı nəticələrə görə, Donald Tramp 247, Kamala Harris isə 214 səs toplayıb.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
10:02
Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
7News.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 247 səs, Kamala Harris isə 210 səs toplayıb.
08:40
ABŞ prezident seçkisində Demokratlar Partiyasından olan Kamala Harrisin səsləri artmağa davam edir.
7News.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, o artıq 205 səs toplayıb.
Bununla belə, 230 səsi olan Donald Tramp seçki yarışında qabaqdadır.
08:22
Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 230 səs, Kamala Harris isə 187 səs toplayıb.
08:13
Ən son məlumatlara görə, ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
7News.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Donald Tramp 214 səs, Kamala Harris isə 179 səs toplayıb.
07:55
Bu dəqiqələrə olan məlumata görə, ABŞ-də keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrisi qabaqlayır.
Oxu.Az "Associated Press"ə istinadən bildirir ki, hazıradək Donald Tramp 210, Kamala Harris 113 səs toplayıb.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
07:00
Apaçi dairəsinin Ali Məhkəməsinin qərarı ilə Arizona ştatının şərq hissəsindəki doqquz seçki dairəsində seçki məntəqələri əlavə iki saat açıq qalacaq. Səbəb seçki günü avadanlıq nasazlığı və çap olunmuş bülletenlərin çatışmazlığı kimi problemlərdir.
Bildirilir ki, məntəqələrin iş saatlarının uzadılması barədə qərar Navaxo xalqının müraciəti əsasında verilib.
Eyni zamanda, bomba hədələri səbəbindən Navaxo dairəsindəki məktəblərdə yerləşən seçki məntəqələrindən bəziləri müvəqqəti olaraq bağlanıb, biri isə təxliyə edilib.
Hakimiyyət orqanları Navaxo dairəsində ən azı üç seçki məntəqəsi olmaqla dörd yerdə bomba hədəsi ilə bağlı elektron mesajlar aldıqlarını bildiriblər. Onlar təhdidlərin həqiqi olmadığını müəyyən ediblər.
06:17
ABŞ-də keçirilən prezident seçkisində bu saata qədər respublikaçıların namizədi Donald Tramp 101, demokratların namizədi Kamala Harris isə 71 seçici səsi alıb.
7News.Az bildirir ki, bu barədə "Associated Press" ilkin hesablamalara və "exit-poll"ların ilkin nəticələrinə əsasən xəbər verib.
Tramp Alabama, Florida, İndiana, Arkanzas, Kentukki, Missisipi, Tennessi, Oklahoma, Cənubi Karolina, Qərbi Virciniya və ehtimal ki, Texasda qalib gəlib.
Harris Vermont, Rod-Aylend, İllinoys, Massaçusets, Konnektikut, Nyu-Cersi, Delaver, Merilend ştatlarında qalib gəlib. Həmçinin, onun Miçiqan, Şimali Karolina və Virciniya ştatlarından da yüksək səs alacağı gözlənilir.
Qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.
05 noyabr, 22:48
ABŞ prezident seçkisində seçicilərin üçdə birindən çoxu vaxtından əvvəl səs verib.
7News.Az xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası məlumat yayıb.
Onun məlumatına görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub.
Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir.
Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.
05 noyabr, 14:28
ABŞ-də 60-cı prezident seçkisi başlayıb.
Əsas səsvermə bu günə - noyabrın 5-nə təyin edilib.
Bu barədə 7News.Az İnterfaks.ru-ya istinadən xəbər verir.
Məlumata görə, ilk seçki məntəqələri Vermont ştatında yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtı ilə 14:00) açılıb.
Men, Nyu-Cersi, Nyu-York və Virciniya kimi ştatlardakı seçki məntəqələri seçiciləri səhər saat 6:00-dan (Bakı vaxtı ilə 15:00) qəbul edəcək. ABŞ-nin paytaxtı Vaşinqtonda isə səsvermə saat 7:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.
Vaşinqton ştatında və Alyaskada məntəqələr saat 11:00-da (Bakı vaxtı ilə 20:00), Havayda isə 12:00-da (Bakı vaxtı ilə 21:00) açılacaq.
05 noyabr, 11:08
ABŞ-də 60-cı prezident seçkisi başlayacaq.
Əsas səsvermə günü noyabrın 5-nə təyin edilib.
Bu barədə 7News.Az Interfax.ru-ya istinadən xəbər verir.
Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi və vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparırlar.
Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək. Demokratlardan bu vəzifəyə Minnesota ştatının qubernatoru Tim Uolz, Respublikaçılar Partiyasından isə Ohayo ştatının senatoru Cey Di Vens namizəddir.
Bundan başqa, ABŞ prezidentliyi uğrunda Libertarian Partiyasının namizədi Çeyz Oliver, Yaşıllar Partiyasının nümayəndəsi Cill Stayn, eləcə də daha az tanınan partiyaların nümayəndələri və müstəqil namizədlər də mübarizə aparırlar.
Noyabrın 5-də, həmçinin prezident seçkisi ilə yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri və ABŞ Senatı üzvlərinin üçdəbiri üçün seçkilər keçiriləcək.
Xəbər lenti
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
-
12:42“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid
-
12:40“Media landşaftı beynəlxalq standartlara uyğun hazırlanıb” - Müşfiq Ələsgərli
-
13:11Ordubadın dağlarında meşə zolağı salınıb
-
11:54Premium təmirli mənzil axtaranların nəzərinə: Nərimanovda faizsiz kreditlə mənzillər!
-
18:41COP29 Sədrliyi bəyanat yaydı
-
13:49Könül Abdulrəşidova: "GİKM olaraq ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"
-
16:11Deputat Ramil Həsən Milli Məclisdə vətəndaşları qəbul edib
-
10:37COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
-
10:32İstanbulda “Türkiyə-Azərbaycan Gənclərinin Qardaşlıq Forumu” keçirilib – FOTO/VİDEO
-
16:05Özbəkistan, Seneqal, Misir və Qambiya rəsmiləri “ASAN xidmət”də
-
15:23Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
13:30ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb
-
12:52COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
-
12:52COP28, COP29, COP30 ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
-
13:21İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşdü — YENİLƏNDİ
-
10:29Şəhid Tural və Musa qardaşlarına həsr olunmuş tanıtım filmi və şeirlər kitabı təqdim edildi - MİNGƏÇEVİRDƏ
-
15:57Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
-
15:52Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı
-
10:47Bakıda toplaşan dünya və İlham Əliyevdən Qərbin "baykot siyasəti"nə "tərs şillə"
-
10:11“Azərbaycan Konstitusiyası Ulu Öndərin dövlətçilik qarşısında ən böyük tarixi xidmətlərindən biridir” - RƏY
-
17:04Keniya Baş naziri "ASAN xidmət”də
-
10:25Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib
-
10:23Zimbabve Prezidenti "ASAN xidmət"də
-
10:46Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür
-
10:34Azərbaycan və Afrika QHT-ləri COP29 mövzusunda birgə konfrans keçirib
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
23 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
10 Noyabr 2024
Digər xəbərlər
-
DÜNYA
KİV: "Donald Tramp ABŞ-nin prezidenti oldu"
-
DÜNYA
“Bu xain təşkilata (FETO) qarşı hamımız ayıq olmalıyıq”
-
DÜNYA, SİYASƏT
Araik Arutunyan istefa verdi
-
DÜNYA
SON DƏQİQƏ: Sinan Oğan qərarını açıqladı
-
DÜNYA, SİYASƏT
“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş
-
DÜNYA, SİYASƏT
Kosovoda nə baş verir? Və yaxud Balkanlarda yeni müharibə başlayacaqmı? (TƏHLİL)
-
DÜNYA
Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan edib
-
DÜNYA, SİYASƏT
Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
-
DÜNYA, SİYASƏT
“Fransa senatının qətnaməsi beynəlxalq hüquqa ziddir” – TƏHLİL