“Ölkə xaricində yaşayan və məzun olmuş azərbaycanlı gənclərin Şəbəkələşmə Forumu” öz işini yekunlaşdırıb

“Ölkə xaricində yaşayan və məzun olmuş azərbaycanlı gənclərin Şəbəkələşmə Forumu” öz işini yekunlaşdırıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ASAP-Azerbaijani Students and Alumni Platform təşkilatçılığı ilə Şamaxı şəhərində keçirilən "Ölkə xaricində yaşayan və məzun olmuş azərbaycanlı gənclərin Şəbəkələşmə Forumu” öz işini yekunlaşdırıb.
Tədbirdə rəsmilər, ictimai xadimlər, tanınmış simalar, bloqerlər və məzun gənclərin iştirakı ilə müxtəlif görüşlər keçirilib, gənclərin sahibkarlıq fəaliyyəti, ölkə xaricində təhsil alan gənclərin diaspora fəaliyyəti və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb, 
Tədbir çərçivəsində iştirakçıların Şamaxı Cümə məscidinə, Tarix Diyarşünaslıq Muzeyinə, Yeddi Günbəz türbəsinə və Narın qalaya ekskursiyaları təşkil olunub.
Ölkə xaricində yaşayan və məzun olmuş azərbaycanlı gənclərin ilk Şəbəkələşmə Forumunun təşkil olunmasında əsas məqsəd ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən, informasiya mübadiləsində aktiv olan, nüfuzlu universitetlərdə təhsil alan və məzun olmuş vətənpərvər azərbaycanlı gəncləri bir araya gətirmək və onların şəbəkələşmə prosesinə dəstək olmaqdır.
100-dən çox qonaq və iştirakçıların bir araya gəldiyi, 5 gün davam edən forumda 17 müxtəlif ölkədə təhsil alan və məzun olmuş gənclər iştirak edib.
 
 


 

Xəbər lenti