“Ölümü öldürən adam...”
12 Dekabr 2024, 13:26
12 Dekabr
2024
13:26
84
Heydər Əliyevi lap yaxından həyatımda cəmi bircə dəfə görmüşəm.
Mərhum Səfiyar Musayevlə BDU-da təşkil edilən vida mərasimində. Lap dəqiqi, həmin mərasim öncəsi. Biz, 1-ci kurs tələbələri əsas korpusun qarşısında dayanmışdıq. Ulu Öndər onu gətirən uzun və yaraşıqlı maşından düşdü, dağınıq saçlarını barmaqları ilə arxaya doğru daradı, ətrafdakılara baş hərəkəti ilə salam verdi və dərhal Səfiyar müəllimin nəşi qoyulan zala doğru irəlilədi.
Mərasimə müəllim heyəti ilə bərabər yalnız yuxarı kurs tələbələri qatılmışdı.
Biz isə Heydər Əliyevin bayırda qalan tək müşayiətçisini – sürücünü və maşının özünü qəribə baxışlarla süzürdük: "Görəsən oturacaqlar necədir?”, "Sürət göstəricisində maksimum hədd nə qədərdir?”, "İçində şəhər telefonu varmı, yoxmu?” - kimi səssiz sualların fonunda.
Hə, 16 yaşımız vardı. Gənc də yox, uşaq idik və özünüdərkin bu mərhələsində Heydər Əliyevin maşını bəlkə də Heydər Əliyevin özündən daha maraqlı görünürdü bizə və ən əsası, fərqində belə deyildik ki, o maşının zaman-zaman yüz və ya min bənzəri qarşımıza çıxsa da bənzərsiz Heydər Əliyevdən bir də heç vaxt çıxmayacaq!
Mən Heydər Əliyevlə çalışanlara, həmsöhbət olanlara hər zaman həsəd aparmışam. Bəzən müsahibə və açıqlamalarında "Onu öz "jiquli”mlə aeroporta apardım”, "bərabər sup içdik”, "səhərə qədər söhbət elədik”, - tipli fikirlər səsləndirən insanlara, bu qədər özəl və yaxın münasibətin yiyələrinə isə sözün gerçək anlamında paxıllıq etmişəm. Hətta yuxarıda ötəri təsvirini verdiyim və bəlkə də ömrü boyunca susqun qalan sürücüsünə belə. Özümdən asılı olmadan...
Heydər Əliyev sıfırdan dövlət qurub. Məhz sıfırdan! Heydər Əliyev bütün resursları məhv edilmiş bir məmləkəti qısa zaman kəsiyində dünya çapına çıxarıb, onun bütövlüyünü, suverenliyini bütün yad və iç təhdidlərdən qoruyub. Tək gücü ilə! Heydər Əliyev Azərbaycanı əlikramların, surətlərin, rövşənlərin, "sadval”çıların, 1 illik hakimiyyətləri dövründə Azərbaycanı viran günə qoyan quldurbaşıların caynağından xilas edib və sadəcə Tanrı bilir, nələrin bahasına!
"Gəncə hadisələri” ilə bağlı videolara hər dəfə nəzər yetirdiyimdə içim sızlayır. Mirşahinin Heydər Əliyevdən açıqlama aldığı məqama lütfən diqqətlə baxın. Yorğunluq və əsəb pik həddədir! Bu nəhəng adam Surətlə nə danışa, nə müzakirə edə bilərdi ki? – Əlbət, heç nə! Amma Surəti dəyərindən milyon qat artıq şişirdənlər, "Surət Gəncədən Bakıya doğru yol alıb, gizlənin”- anonsunu verənlər vəziyyəti elə bir həddə gətirmişdilər ki, Surət az qala ideologiya "dəngə”sinə çevrilmişdi, baş prokuroru, səlahiyyətli şəxsləri həbs edirdi, prezident Elçibəyin həbsinə sanksiya imzalatdırırdı. Ona görə onunla üzbəüz oturub müzakirə aparmaq məhkumiyyəti yaranmışdı.
Bax, bu səbəbdən içim sızlayır ki, Ulu Öndər kimi şəxsiyyət Surət kimi gədə ilə bir masa arxasında + kiminsə səhvlərini sığortalamaq və Azərbaycanı qorumaq üçün müzakirə aparmağa məcbur olub. Səbrini sınağa çəkərək. Əsəblərinə min bir əziyyətlə hakim kəsilərək. "Lənət sənə şeytan”, - deyərək...
Heydər Əliyev ölümdən qorxmadığı üçün bütün sui-qəsdlərdən xilas olub. O, prezidentliyi özünə prioritet seçmədiyi üçün Prezident olub.
General Şahin Musayevin zirehli texnikası Heydər Əliyevi səfərdən gətirən təyyarəyə tuşlanıır. Bir tətik çəkimi yetərlidir ki, sui-qəsd reallaşsın. Amma hava anidən dəyişir və təyyarə məcburən Mərdəkan deyil, Buzovna üzərindən eniş etməli olur və beləcə təbiət Heydər Əliyevi ölümdən qurtarır! – Budur, Tanrının əli!
Prezidentin korteji keçən məkanlarda ard-arda 11 terror düzənlənir. Amma hər dəfəsində ya 10 addım, ya da 2 dəqiqə qala kəşfiyyat məlumatı əldə edilir və möcüzə nəticəsində məkrli planlar fiaskoya uğrayır! – Budur, düz adamın həyatdakı sığortası!
Üç dəfə tribunada huşunu itirir, yıxılır. Həkim korpusu, mühafizə xidməti səhnəyə çıxacağı halda 99 deyil, 100 faizlik ölüm halının baş verəcəyini qətiyyətlə bildirir, "Hərbçi, kursant qarşısına şux formada çıxmadan, onlara öz əzəmətimlə "sağ ol” demədən bu məkandan getmərəm, mən ölümdən qorxsam, Heydər Əliyev olmaram!” - israrını bütün ətraf səngitməyə çalışır. Alınmır! O inadla qayıdır. Hər şeyi dediyindən də gözəl edir. Əcələ meydan oxuyur. Ölümü öldürür! Və yaşayır! Budur, cəsarətin mükafatı!
Heydər Əliyevin Parlamentdəki çıxışını əngəlləmək, ona mane olmaq üçün ayaqlarını yerə döyəcləyənlər, Ulu Öndərin Naxçıvandakı iş otağınının şüşələrini 1 ayda 5 dəfə sındıranlar, cəbhədə yaratmalı, qurmalı olduqları blokadanı, istehkamı ümummilli liderə, onun ətrafına, silahdaşlarına qarşı quranlar indi hardadırlar?! – Tarixin zibilliyində!
Bəs Heydər Əliyev? - Qəlblərdə, yaddaşlarda və ən gözəl xatirələrdə!
Hər zaman da belə olacaq!
Belə olacaq və belə qalacaq!
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev
Xəbər lenti
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
20 Dekabr 2024
19 Dekabr 2024
14 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
Digər xəbərlər
-
MANŞET
ABŞ Ərdoğandan kömək istəyib
-
MANŞET
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
MANŞET
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
MANŞET, SİYASƏT
Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
MANŞET
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
MANŞET
"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
MANŞET
“Ölümü öldürən adam...”
-
MANŞET, SİYASƏT
Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
MANŞET
Heydər Əliyevin vəfatından 21 il ötür