Media Reyestrinə hansı jurnalistlər daxil ediləcək və nə kimi güzəştlər ediləcək?
28 Sentyabr 2022, 17:32
28 Sentyabr
2022
17:32
371
Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova "Trend”in suallarını cavablandırıb.
- Pərvanə xanım, artıq Media Reyestrinin aparılması Qaydaları təsdiq olundu. Sizcə, Reyestrin əhəmiyyəti nədən ibarət olacaq?
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti "Media Reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” Fərman imzalayıb. "Media haqqında” Qanunun 73.6-cı maddəsinin icrası məqsədilə təsdiq olunmuş Qaydaların məqsədi Media Reyestrinin aparılmasının təşkilati və hüquqi aspektlərini tənzimləməkdən ibarətdir.
2022-ci il 8 fevral tarixində "Media haqqında” Qanunun təsdiqindən sonra Media Reyestrinin aparılması üçün həm hüquqi, həm də proqram təminatı baxımından müəyyən işlər həyata keçirilib. Qaydaların təsdiq edilməsi ilə hüquqi təminatın ilkin mərhələsi istiqamətində növbəti mərhələ yekunlaşıb və hazırda Reyestrin proqram təminatının hazırlanması üzrə işlər başa çatmaq üzrədir.
Fərmana əsasən, elektron informasiya ehtiyatı kimi Media Reyestri yaradılır və media subyektləri, onların redaksiyaları, jurnalistlər haqqında məlumatlar reyestrə daxil edilir. Reyestrə daxil edilmiş media subyektlərinə Media Reyestri Şəhadətnaməsi, jurnalistlərə isə vəsiqə veriləcək.
Şəhadətnamənin müddətsiz, jurnalist vəsiqəsinin isə 3 il müddətinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, jurnalist vəsiqəsinin verilməsi media subyektlərinin özləri tərəfindən əməkdaşlarına vəsiqə vermək hüququnu istisna etmir və jurnalistlərin reyestrə daxil edilməsi tamamilə könüllü xarakter daşıyır.
- Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər üçün hansısa güzəşt və imtiyazlar nəzərdə tutulurmu?
Öncəliklə vurğulamaq istərdim ki, Media Reyestrinin formalaşması müvafiq sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına töhfə verəcək. Sizin də qeyd etdiyiniz kimi, Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Yəni Media Reyestri jurnalistlərin informasiya təminatını yaxşılaşdıracaq, akkreditasiya prosesini asanlaşdıracaq və informasiyanı onlar üçün daha əlçatan edəcək, media subyekti və jurnalistlərin əhatə dairəsi müəyyən olunduqca güzəştli kreditlər də daxil olmaqla dövlətin tətbiq etdiyi digər imtiyazlardan da faydalana biləcəklər. Ümumiyyətlə, Media Reyestrinin aparılması gələcəkdə media subyektləri və jurnalistlər üçün müxtəlif layihələrin həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslandırılmasını formalaşdırmağa imkan verəcək, media sahəsində keyfiyyətli xəbər istehsalının təmin olumasına, müəllif hüquqlarının qorunmasına, sağlam rəqabət mühitinin yaranmasına təsirsiz ötüşməyəcəkdir.
- Media Reyestrinə daxil edilmək üçün nəzərdə tutulan tələblərə də aydınlıq gətirərdiniz…
Bəli, jurnalistlər Media Reyestrinə daxil edilmək üçün qanunla nəzərdə tutulan bir sıra tələblərə cavab verməlidirlər. Həmin tələblərdən biri də jurnalistin ali təhsilinin olmasıdır. Ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Bir daha qeyd etmək istərdik ki, Media Reyestri jurnalistlər üçün könüllüdür və Reyestrə daxil edilmək üçün müraciət etməyən, o cümlədən orta təhsilli jurnalistlər də öz peşə fəaliyyətini sərbəst şəkildə davam etdirə biləcək.
Media Reyestrinə daxil edilmək üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il staja malik olmaqdır. Bu təcrübə əmək müqaviləsi əsasında fəaliyyət göstərilən illəri əhatə edir. Ümumiyyətlə, staj anlayışı məhz əmək müqaviləsi ilə rəsmiləşdirimiş münasibətləriə şamil olunan anlayışdır.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
SİYASƏT
“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
SİYASƏT
Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR