“Media və təhsil dialoqu” çərçivəsində təlim

“Media və təhsil dialoqu” çərçivəsində təlim
16-17 sentyabr 2021-ci il tarixlərində Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyi tərəfindən media nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək.

Xəbər sentyabrın 15-də Təhsil Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Təlimlərdə Nazirliyin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə yeni tədris ilinə dair təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaq.

Xəbər lenti