Medianın İnkişafı Agentliyində Media könüllüləri ilə görüş keçirilib - FOTOLAR

Medianın İnkişafı Agentliyində Media könüllüləri ilə görüş keçirilib - FOTOLAR
Sentyabrın 15-də Medianın İnkişafı Agentliyində Media könüllüləri ilə görüş keçirilib.
 
Agentliyin struktur bölmə rəhbərlərinin iştirak etdiyi tədbirdə bildirilib ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, media sahəsində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə "Media könüllüləri” proqramına başlanılıb. 
Sonra MEDİA Agentliyinin fəaliyyətindən, könüllülərlə birlikdə icra ediləcək layihələrdən danışılıb.
Görüşdə həmçinin "Media könüllüləri” proqramı barədə ətraflı məlumat verilib. Tədbir iştirakçıları könüllülərə uğurlar arzulayıblar.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

Xəbər lenti