Mingəçevir İcra Hakimiyyəti ittihamlara cavab verdi - MƏTN
"Dogruxeber.az” portalında 2 aprel 2012-ci il tarixdə "Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır - VİDEO” başlıqlı məqaləyə əlavə olunmuş videogörüntülərdə bir sıra vətəndaşlar, həmçinin şəhid ailəsinin üzvlərinin şikayətləri yer almışdır.
Məsələyə aydınlıq gətirilməsi üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etdik və qurumun məsul nümayəndəsi Tofiq Əsgərov məqələdə səsləndirilən hər fikrə dair İcra Hakimiyyətinin mövqeyini açıqladı.
O qeyd etdi ki, məqalədə həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapmış, Şəhər İcra Hakimiyyətinin kollektivi və rəhbərinin ictimai və işgüzar nüfuzuna xələl yetirən fikirlər yer almışdır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin adıçəkilən məqalədə səsləndirilən hər bir fikir və irada dair mövqeyini diqqətinizə çatdırırıq.
1- Şəhərin M.Ə.Rəsulzadə küçəsindəki 8 nömrəli binanın 3 nömrəli mənzilində yaşayan vətəndaşın tələbləri ilə əlaqədar bildiririk ki, həmin ünvanda yerləşən binanın zirzəmisi mövcud olmadığı üçün kanalizasiya xətləri birbaşa olaraq yeraltı əsas kanalizasiya xətlərinə birləşdirilmişdir. Mövcud kanalizasiya xətlərinin istismar müddəti başa çatdığı üçün, borularda tez-tez tutulmalar baş verir və bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Belə halların qarşısının alınması üçün Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən kanalizasiya boruları mütəmadi olaraq yüksək təzyiqli xüsusi yuyucu qurğular vasitəsilə təmizlənir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2011-ci ildən "Azərsu”ASC tərəfindən Mingəçevir şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işinə başlanmış, aparılmış işlər nəticəsində əhalinin içməli su ilə təminatı sistemi tam olaraq yenidən qurulmuşdur. Kanalizasiya sisteminin yenidən qurulması işləri isə başa çatmamış, bu işlər yekunlaşdıqdan sonra qeyd olunan problemlər də tam olaraq aradan qaldırılacaq.
2- Şəhər ərazisində məhəllələrin abadlaşdırılması təsdiq olunmuş plana uyğun mərhələli şəkildə və texnoloji ardıcıllıqla həyata keçirilir. Qeyd olunan ünvanda binanın dam örtüyü yenidən qurulmuş, ərazidə mütəmadi sanitar təmizlik işləri aparılır. Məhəllənin bütövlükdə abadlaşdırlması isə növbəti ilin müvafiq planı hazırlanarkən nəzərə alınacaq.
Məlumat üçün bildiririk ki, 2019-cu il ərzində şəhərdə 21 nümunəvi məhəllə yaradılmış, 35 yaşayış binasının giriş və fasad hissələrində əsaslı təmir işləri görülmüşdür. 2020-ci il ərzində isə, 11 ədəd doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə yerləri, fasadı təmir olunmuşdur. Küçələrə, məhəllədaxili yollara və səkilərə, ümumilikdə 151077 m2 sahəyə yeni asfalt örtük salınmış, 34249 metr səki daşı qoyulmuş, ümumilikdə 20.4 km uzunluqda yol və səkilərə asfalt örtüyü çəkilmişdir. Cari ildə də, bu istiqamətdə işlər davam etdirilir.
Foto: Yeni qurulan məhəllə
Foto:Təmir olunmuş binalar
1- Vətəndaşın binanın konstruksiyasında dəyişiklik edilərək eyvanının artırılmasına icazə verilməsi tələbi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 2012-ci ildə qüvvəyə mindikdən sonra şəhər ərazisində aparılan abadlıq və tikinti işləri adıçəkilən məcəllənin müddəalarına uyğun həyata keçirilməkdədir. Eyvan artırılmanın heç bir hüquqi əsası olmadığı, həmçinin, artırmaların binanın konstruksiyası və memarlıq görkəminə xələl yetirməsi səbəbindən belə tikililərin aparılması artıq tam qadağan olunub.
2- Şəhərin H.Əliyev prospektindəki 84 nömrəli binanın sakininin şikayəti ilə əlaqədar, bildiririk ki, vaxtilə Toxuculuq Kombinatının işçilərinin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş yataqxana tipli bu binalar 2000-ci ildən etibarən İcra Hakimiyyətinin balansına verimişdir. Cəmi 8 binadan ibarət olan yatqxanaların yerləşdiyi məhəllə tam asfaltlanmış, dam örtükləri yenidən qurulmuşdur. Hal-hazırda binaların daxili kommunikasiya sistemlərinin təmiri həyata keçirilməkdədir və ərazidə abadlaşma işləri aparılır. Yataqxana tipli bu binalarda hər mərtəbə üçün bir sanitar qovşaq nəzərdə tutulduğuna görə mənzil başına su sayğacı qoyulması mümkün olmamışdır. Buna baxmayaraq içməli su və kanalizasiya xidmətləri ilə təmin olunan yataqxana sakinləri xidmət haqqı ödəməkdən imtina edirlər.
3- Həmin yataqxanada məskunlaşmış şəhid Rzayev Əli Nəsib oğlunun həyat yoldaşı Rzayeva Gülü Sərdar qızının videoda səsləndirrdiyi fikirləri ilə əlaqədar bildiririk ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ müharibəsində qələbəni bizlərə yaşadan qazi və şəhid ailələrinin sosial problemlərinin həlli hər zaman Mingəçevir şəhər rəhbərliyinin gündəliyində ön sırada olub. Məlumat üçün bildiririk ki, Şəhər İcra Hakimiyyəti keçən il ərzində 2 dəfə - 18 oktyabr – Müstəqillik günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə 233 şəhid ailəsinə, 245 nəfər Qarabağ müharibəsi əlilinə 187600 manat, 49 nəfər 2-ci Qarabağ müharibəsi şəhidlərin ailələrinə 58400 manat, 43 nəfər 2-ci Qarabağ müharibəsi qazilərinə 8600 manat olmaqla, ümumilikdə 253000 manat məbləğində vəsait ayrılmışdır. Bundan başqa 2-ci Qarabağ müharibəsində həlak olmuş 47 şəhid ailəsinə, 52 nəfər Qarabağ müharibəsi qazisinə ərzaq yardımı edilmiş, 1 şəhid ailəsinin evi əsaslı təmir olunmuş, 1 şəhid ailəsi və 3 nəfər qazinin mənzilinə istilik sistemi çəkilmişdir.
Şəhid Rzayev Əli Nəsib oğlunun ailəsinə digər dövlət orqanları və ictimai təşkilatların göstərdiyi yardım və dəstəkdən əlavə İcra Hakimiyyəti tərəfindən ilkin olaraq 1000 manat, sonradan isə, əlavə 200 manat miqdarında maddi yardım verilmişdir. Şəhid ailəsinə bayram və əlamətdar günlərdə mütəmadi olaraq ərzaq sovqatları göndərilir. Şəhidin azyaşlı övladının müayinə və müalicəsi İcra Hakimiyyətinin diqqətində saxlanılmış, bunun üçün Şəhər Mərkəzi Xəstəxanasına müvafiq məktub ünvanlanmışdır. Rzayeva Gülü mənzillə təmin olunmaq üçün tərəfimizdən mənzil növbəliliyinə götürülmüş və sənədləri aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. O, növbəlilik əsasında Nazirlik tərəfindən mənzillə təmin olunacaq
Foto:İcra Hakimiyyətinin başçısı II Qarabağ müharibəsi qazilərini ziyarət edərkən
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...