“Müstəsnalıq ideyası başqa mədəniyyətlərdə olub, amma...”
Sonuncu Ukrayna hadisələri ilə bağlı insanların bir-birinə verdiyi sualların çoxu təxminən bu cür ümumiləşdirilə bilər: Rusiya durduğu yerdə niyə Ukraynaya hücum etdi?
Məlum olur ki, milyonlarla auditoriyası olan blogerlərdən tutmuş, BMT-nin baş katibinə qədər, çoxları son anacan Rusiyanın Ukraynaya girəcəyinə inanmırmış. Onları qınamalı deyil, çünki Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü iddialar, həqiqətən də, mənasız, hətta absurd görünürdü. NATO təhdidi, rusların sıxışdırılması, millətçilərin meydan sulaması və s. kimi əsassız bəyanlara söykənib qanlı müharibəyə başlamaq ağıl karıdırmı? Borşu rus mətbəxinə aid edən kulinariya kitabını yasaqladığına görə Ukraynanı faşist dövləti elan edib, türklər demiş, özünü qaza gətirməyin adı nədir?
Amma və lakin, bilməliyik ki, səbəb və nəticə sadəcə fəlsəfi kateqoriyalar deyil və səbəbiyyət prinsipi bütün zamanlar üçün keçərlidir. Elə isə, Rusiyanın Ukraynaya hücumunu şərtləndirən nədir? Əsl səbəbdən söhbət gedir, Solovyov və Skobeyeva kimi propaqanda bülbüllərinin söylədiklərindən yox.
Məsələnin kökü dərindədir, dostlar!
Hər şey 16-cı əsrdə yaşamış pskovlu keşiş Filofeydən başlayıb. Həmin Filofeydən ki, İvan Qroznının atası III Vasiliyə yazdığı məktubla tarixdə qalıb. III Vasili, bildiyimizi kimi, «rus torpaqlarını toplayan» çar epiteti ilə məşhurdur.
Filofeyin çara yazdığı məktubu internetdən tapıb oxumaq olar, belə dini mistisizm janrında yazılmış adi məktubdur. Amma şeytan təfərrüatda gizlənir: maraqlıdır ki, Moskva çarına yazılan məktubda nə Moskvanın adı keçir, nə Rusiyanın. Əvəzində «Romey (yəni Roma» çarlığı» ifadəsi işlənir.
Rahib Filofey rusları «erməni xəstəliyi»nə yoluxdurmuş adam, Rusiyanın bütün fəlakətlərinin banisi sayıla bilər. O, «Müqəddəs Roma» analogiyasından çıxış edərək rus dövlətini üçüncü Roma çarlığı elan edir, tamamilə cəfəng mülahizələrə söykənərək, ruslara yer üzündə xüsusi missiya yerinə yetirdikləri barədə yalan-palan təlqin edir, müstəsnalıq hissləri aşılayır. Nəticə etibarilə bu ideyalar rus dövlətinin rəsmi idelogiyasına çevrilir.
Müstəsnalıq ideyası başqa mədəniyyətlərdə olub, amma heç yerdə Rusiyadakı qədər ifrat şəkil almayıb, bütün hallarda özünü apriori doğru sayan bir zehniyyətə çevrilməyib.
Rus ədəbiyyatında, folklorunda, xüsusən də, dini kəsimin dilində bir «Müqəddəs Rusiya» ibarəsi var ki, hər yerdə işlədirlər. «Müqəddəs Rusiya» dedikdə Tanrının seçdiyi metafizik məkan nəzərdə tutulur, belə Avalon və ya Çənlibel kimi bir yer. «Yeni Yerusəlim», «Yeni İsrail», «Məsih çarlığı», «Səma Yerusəlimi» – bütün bunlar «Müqəddəs Rusiya»nın hər fürsətdə zikr edilən adlarıdır. Yəni təvazökarlıqdan əziyyət çəkmir «müqəddəs məkan»ın «seçilmiş» insanları. Heç bir xalqda, heç bir mədəniyyətdə bu cür qeyri-rasional diskursun analoqu yoxdur.
«Böyük xalq inanmalıdır ki, dünyanı yalnız və yalnız o xilas edə bilər; xalqlara rəhbərlik etməli, onları özündə birləşdirib, son hədəfə doğru aparmalıdır» – İstanbulu almaq arzusu gözündə qalan Dostoyevskinin sözləridir. Dostoyevski də «rusçuluq» dininin adeptlərindəndir, özünü yer üzünün əşrəfi sayan zehniyyətin yetirməsidir.
İş bununla bitmir.
«III Roma» ideyası iflasa uğrayandan sonra yeni simulyakr axtarışına çıxan «yeniyerusəlimlilər» bu dəfə «slavyanofilçilik» ideyasına tapınmağa qərar verdi. İçlərində tatardan azma Aksakovun və Dostoyevskinin də yer aldığı slayanofillər «xüsusi mədəniyyət tipi», «Rusiyanın öz yolu», «ayrıca sivilizasiya», «icma şüuru», «rus ruhunun dirçəlişi», «slavyan birliyi» və s. kimi ibarələrlə dolu bir ritorikadan istifadə edirdilər.
Amma çox keçmədi, hər yerdə hər şeyə müdaxilə edən, «səni sevəcəyəm sən sevməsən də» prinsipi ilə xalqları zorla xoşbəxt eləməyə çalışan Rusiya, demək olar, bütün slavyan xalqlarını özünə düşmən elədi. Slavyanofilçilik ideyası, istər-istəməz, öz məntiqi sonluğuna çatdı.
Sözügedən zehniyyətin sonuncu fişkası «russkiy mir» ideyasıdır. «Russkiy mir» – yüz illərə dayananan müstəsnalıq zehniyyətinin yeni şəkli, xortlamış variantıdır. Hər şeydən əli üzülmüşlüyün ifadəsi, bütün dünyanı atom bombası ilə təhdid edən aqressiv təzahürüdür. Qatı millətçilik, konspirologiya, qərb düşmənçiliyi, çox zaman özlərinin də izah edə bilmədiyi doqmatizm və fetişizm – bu ideyanın tapındığı dəyərlər bunlardır. Mahiyyəti etibarilə «russkiy mir» ideyası zaman-zaman şəkildən-şəklə düşən əvvəlki müstəsnalıq ideyalarından heç nəylə fərqlənmir, eyni nəqaratı başqa-başqa havalarda çalmaq praktikasını davam etdirir.
Məlumunuz olsun ki, «russkiy mir» konsepti Rusiya Federasiyası dövlətinin rəsmi doktrinasıdır. Bu ideyaya görə «rus dünyası» sivilizasiyasının mayasını rus, belorus və ukrain xalqlarının birliyi təşkil edir. Bu üç komponentdən bir olmadan «rus dünyası» konsepti mənasını itirir.
Ona görə, Rusiyanın Ukraynaya hücum etməsi yalnız zaman məsələsi idi. Yəni bu, baş verməyə bilməzdi. Hər şey Çexovun dəfələrlə sınaqdan çıxmış məşhur formulu əsasında oldu. Xatırladaq: «Pyesin əvvəlində divardan tüfəng asılıbsa, sonunda mütləq atəş açacaq».
Yeri gəlmişkən, sözügedən anlayış – müxtəlif dövrlərdə necə adlanmasından asılı olmayaraq – öz daxili strukturu etibarilə bir dini inanc sistemi, hətta sekta kimi formalaşdırılıb. Göründüyü kimi, bu sistemin öz abstrakt idealı, öz peyğəmbəri, həvariləri, imamları və adeptləri var. Və bu adeptlərdən bizdə də var. Onları tez-tez görürük, hər vəchlə təcavüzə, irticaya haqq qazandırmağa, haqsız tərəfin əl-üzünü yumağa çalışan, Roma papasından daha çox xristian olmağa həvəs göstərən sənətkarlardır bunlar. Mən hələ 5-ci kolon və muzdla mövqe sərgiləməli olanlar haqqında danışmıram. Onları dərdi başqadır və bu barədə ayrıca danışmaq lazım. Hələlik isə, həşəmətli Toynbidən misal gətirməklə kifayətlənmək istəyirəm, çünki mövzumuz başqadır. Toynbi «Sivilizasiya tarix məhkəməsi qarşısında» əsərində dolaysı ıilə onlardan söz açır. O, yazır ki, özündən güclü dövlətin hərbi və itisadi basqısına məruz qalan istənilən cəmiyyətdə iki cərəyan formalaşır: İrodizm və zelotizm. İkincilər ənənəvi həyat tərzini qoruyub-saxlamağa çalışanlardır. İrodçular isə, Bibliyadan tanıdığımız İrod (Herod) kimi yadellilərə qucaq açan, öz qövmünün maraqlarını satan kollaborasionistlərdir.
Dediyim kimi, bu ayrı söhbətin mövzusudur. Ona görə, Ukrayna ətrafında baş verənlərlə bağlı sadəcə sonuncu ştrixi əlavə etmək istəyirəm.
Ukraynanı xarabazara çevirib, «denasifikasiya» işləri aparmaq istəyənlər kimdir? Onların ilhamçısı, ideya dəstəkçisi kimdir? Eşitməmiş olmazsınız – İvan İlyin, müasir Rusiyanın Filofeyi.
Bu həmin İvan İlyindir ki, ismi qonşu ölkənin bütün isteblişmentinin dilinin əzbəridir. Hər il Peterburqda «İlyin oxu günləri» keçirilir, heykəlləri qoyulur, adına medallar, mükafatlar təsis edilir. Ən üst səviyyədə «Russkiy mir»dən söhbət düşəndə mütləq İlyindən sitatlar gətirilir. Bu, həmin İlyindir ki, faşistlər Almaniyada hakimiyyətə gələndə onlara elmi üslubda «Nasional-sosializm. Ruhun dirçəlişi» adlı böyük bir mədhiyyə, Hitlerə təmtəraqlı bir təbriknamə yazmışdı. Xatırladım ki, bu sənətkar Rusiyadan savayı heç yerdə böyük hörmət sahibi deyil. Yerin altından da, üstündən də xəbər verən «Britannik»də ümumiyyətlə adı keçmir.
İndi denasifikasiya aparılmalı olan yer Ukraynadımı sizcə?
Etimad Başkeçid
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!