“Narkomaniya ilə mübarizədə innovativ alətlərdən istifadə etmək lazımdır” - EKSPERT

“Narkomaniya ilə mübarizədə innovativ alətlərdən istifadə etmək lazımdır” - EKSPERT

Narkomaniya və narkobiznes müasir dünyanın ən böyük bəlası və faciəsidir. Bu bəlanın qurbanları narkomanlar, qazananları isə narkobiznesmenlərdir. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə illərdir bu istiqamətdə ciddi işlər, tədbirlər, layihələr, konfranslar keçirilir. Məsələ burasındadır ki, narkomaniya ilə mübarizədə hər ölkə, hər təşkilat özünəməxsus şəkildə mübarizə aparır. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, artıq 26 ildir dünya əhalisi 26 iyunu "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd etməkdədir. Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək sahəsində səylərini artırıb, insanları sağalmaz xəstəliklərə düçar edib, onları son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxaran bu faciə sindromuna qarşı istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniyaya düçar olanların sayı ilbəil artmaqdadır.

Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narkomaniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cəmiyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etibarı ilə asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli xəstəliyin yayılmasına səbəb olub. Narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və kütləvi informasiya vasitələrindən qapalı saxlanılıb.

Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Hər il dünyada milyonlarla gənc bu bəladaya düçar olur, elə bir o qədər gənc də dünyasını dəyişir.

Bu mənada narkomaniya ilə mübarizədə Gənclər Təşkilatlarının rolu xüsusi qiymətlərndirilməldir. İllərdir Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası (red. İndi Agentlikdir) bu istiqamətdə silsilə tədbirlər həyata keçirir, QHT-lər üçün yeni mübarizə imkanları açırlar. Bəs indiki halda qarşıda hansıişlər durur? Bu bəla ilə mübarizədə biz nələri etmişik və nələri etməliyik? Azərbaycan Dövləti bu istiqamətdə hansıişləri görüb? Gəncləri bu bəladan qorumağın ən yaxşı yolu nədir?


7NEWS.az olaraq mövzu ilə bağlı bu sahədə ciddi təcrübəsi olan, ekspert Ramiz Alıyevlə söhbətləşdik: "Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə belə bir yanaşma var ki, mütləq şəkildə narkomaniya və insan alveri ilə mübarizəni ancaq polis, hüquq mühavizə orqanları aparmalıdır! Əlbətdə ki, bu yanaşma yalnışdır və belə düşüncə təhlükəlidir. Hər bir ailə kiçik dövlətdir, ona görə də ailələrdə valideynlər və yaşca böyük olan insanlar yaşca kiçik ailə üzvlərinə güclü nəzarət etməlidir. Eyni zamanda, bu gün təəssüflər olsun ki, bir çox televiziya kanalları həm insan alveri, həm də, narkomaniya ilə bağlı sanballı, təsiredici maarifləndirmə işləri apara bilmirlər. Tez-tez veriliş təşkil edib, bu sahəyə yaxından və uzaqdan heç bir əlaqəsi olmayan "ekpertləri” dəvət edərək "maarifləndirmə” aparmaq görüntüsü yaratmaq göyərçinlə məktub göndərməyə bənzəyir. Eyni ilə bəzi vətəndaş cəmiyyətinin üzvlərinin və gənclər təşkilatlarının "capy-paste” edib hazırlatdığı buklet və braşurlar kimi. Artıq o dövrlər bitib. Bu gün Daxili İşlər Naziriliyinin sosial şəbəkəkələrdə olan səhfələrinin narkomaniya və insan alveri ilə bağlı apardığı maarifləndirmə işləri bəzi televiziyaların apardığı "maarifləndirmə” işlərindən qat-qat yaxşıdır və müasirdir. Maraqlıdır ki, dövlət tərəfindən maliyələşən televiziyalar bu gün yenə də 10 il öncə necə maarifləndirmə işləri aparırdısa, indi də o cür davam edirlər. Daha yaxşı olardı ki, insanlara təsir edən, gəncləri maarifləndirən video-çarxlar, bədii filmlər, seriallar çəkilsin, bu sahələrlə bağlı. Kim deyirsə ki, bu cür video-çarxlara və filmlərə baxan yoxdur, onlar yalan deyirlər! Bu il ATV kanalı ilə birlikdə biz narkomaniya və insan alveri ilə bağlı 6 bölümdən ibarət "İFŞA” adlı serial çəkdirdik və demək olar ki, bütün ölkənin bu serialdan xəbəri oldu. Televizayaların reytinq cədvəlində də ən reytinqli seriallardan biri oldu. Ölkə mətbuatı mütamadi olaraq bu serial haqqında yazılar yazdı, diqqətdə saxladı. Hətta qardaş Türkiyənin 30-dan artıq mediasında bununla bağlı yazılar getdi və türk seriallarına bənzədildiyi yazılırdı. Doğrudur, bu Azərbaycanda ilk polis serialı idi və belə layihələr etmək digər seriallar kimi asan deyil, ancaq bu cür film, serial və video-çarxlar çəkmək, sosial şəbəkələrdə müasir dövrə uyğun formada bununla bağlı maarifləndirmə işləri aparmaq mütləq lazımdır! Standart və keçmişdən qalan təbliğat formalarından televiziya kanalları çəkinməlidir. Bu gün Azərbaycanın hüquq mühafizə orqanları və xüsusən də, Azərbaycan polisi gündəlik olaraq narkomaniya və insan alveri ilə bağlı apardıqları əməliyyat tədbirləri haqqında məlumat verir, istər televizayalarda, istərsə də Nazirliyin sosial şəbəkədəki hesablarında. Düşünürəm ki, maarifləndirmə işi ilə məşğul olmalı olan sahələr daha müasir formalardan istifadə etsələr və televiziyalar da o, mənasız verilişlərdən uzaq olub daha müasir verilişlər, bu sahə ilə bağlı video-çarxlar, filmlər, seriallar etsələr yaxşı nəticələr olar. Narkomaniya ilə mübarizədə innovativ alətlərdən istifadəetmək lazımdır. Bu gün həqiqətən Azərbaycan polisi çox böyük əziyyət çəkir və gərgin iş rejimində çalışır ki, bu bəladan ölkəmizi və xalqımızı xüsusən də gənclərimizi qorusun. Maarifləndirmə işləri ilə məşğul olmalı olan sahələr də bu qayda ilə çalışmalıdır ki, ölkəmizi və gənclərimizi bu bəladan xilas edə bilək.”

7NEWS.az

Mənsur Mustafayev


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.3


 


Xəbər lenti