Pakistan mətbuatı Xocalı soyqırımından yazıb (FOTO)

Pakistanda nəşr olunan "Parliament times” qəzetində və qəzetin internet səhifəsində, həmçinin "The Fortress” veb səhifəsində jurnalist Zaman Bacvanın "İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə 25 fevral 1992-ci ildə Ermənistan qoşunları tərəfindən keçmiş SSRİ-nin 366-cı batalyonunun köməyi ilə törədilmiş və tarixin ən dəhşətli insan faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı törədilmiş soyqırım aktı olduğu vurğulanaraq, şəhərin Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində bütün insanlığın itkisi olduğu öz əksini tapıb.
Müəllif həyat yoldaşı və 3 övladını itirən Xocalı soyqırımının şahidlərindən Elxan Hüseynovun hər dəfə yazın gəlməsi ilə öz ailəsi barədə hansısa xəbər alacağına ümid etdiyini yazaraq, onun, 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini tapa bilmədiyini çatdırıb.
Ermənilər tərəfindən 613 azərbaycanlının həlak, 487 nəfərin şikəst edildiyi və 1275 nəfərin əsir götürüldüyü bu qəddar soyqırımın dünya mediasında geniş əks-səda doğurduğu, "The New York Times”, "Sunday Times”, "Washington Times” və "the Times” kimi qlobal miqyaslı qəzet və jurnallar öz nəşrlərində ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş Azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyini, dərisinin soyulduğunu və üzlərinin tanınmaz hala salındığını bəyan etdiyi məqalədə vurğulanıb.
Ermənistan prezidenti Serj Sargsyanın britaniyalı jurnalistlə müsahibəsi zamanı dediyi "Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”-sözlərindən sitat gətirən müəllif, başqa şərhə ehtiyac qalmadığını qeyd edib.
Yazıda həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımının dünya gündəminə gətirildiyi, faciəyə Azərbaycanın Milli Məclisi tərəfindən siyasi və hüquqi qiymət verildiyi bildirilərək, Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və s. dövlətlərin Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etdikləri oxucuların diqqətinə çatdırılıb.
Xəbər lenti
-
19:35Mingəçevir Dövlət Universiteti “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur
-
22:31AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
16:24"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
14:40Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
14:36Çinarə Ağayeva
-
14:34Ali Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirilib
-
18:33Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
17:24Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
22:45Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
17:57“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
-
12:33"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:18Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası BƏYANAT yaydı: RUSİYA DƏRHAL ÜZR İSTƏMƏLİDİR
-
15:40ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTO+VİDEO
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub