Parlamentdə mühüm müzakirələr - səfirliklərin mühafizəsinin gücləndirilməsi təklifi

02 Fevral 2023, 11:43
02 Fevral
2023
11:43
57
Milli Məclis "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliklər etdi, yoxlamalar daha bir il...
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirildi. Dövlət himnimizin səsləndirilməsindən sonra spiker Sahibə Qafarova ilk olaraq İrandakı səfirliyimizdə törədilən terror aktından bəhs etdi. Bildirdi ki, Milli Məclis bu xain hücumu şiddətlə qınayıb, terror hadisəsində əli olanların cəzalandırılmasını tələb edib. Eyni zamanda Milli Məclis üzvləri mediada çıxış edərək Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını qəti şəkildə pisləyiblər, cinayətkarların cəzalandırılması tələbini səsləndiriblər. S.Qafarova şəhid Orxan Əsgərova rəhmət dilədi, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verdi, yaralılara şəfa dilədi.
MM sədri daha sonra parlamentin nümayəndə heyətinin yanvar ayı ərzində xarici ölkələrə etdiyi səfərlər, keçirdiyi görüşlər barədə məlumat verdi. S.Qafarova bildirdi ki, yaz sessiyasında parlamentarları gərgin fəaliyyət gözləyir. Sessiya ərzində konstitusiyanın tələblərinə uyğun olaraq hökumətin hesabatı, həmçinin Milli Koordinatorun, Ombudsmanın hesabatları və digər mühüm məsələlər olacaq. Spiker 2023-cü ilin Heydər Əliyev ili elan olunduğunu xatırladaraq bildirdi ki, bu il H.Əliyevlə bağlı yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. S.Qafarova əlavə etdi ki, bu il H.Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclası keçiriləcək.
Cari məsələlərə ayrılan vaxtda çıxış edən deputatlar Tehrandakı səfirliyimizdə törədilən terror aktından danışdılar, etirazlarını səsləndirdilər.
Deputat Qüdrət Həsənquliyev öncə qeyd etdi ki, parlamentin yaz sessiyasının qanunvericilik işləri planında çox ciddi qanun layihələrinin müzakirə olunması nəzərdə tutulub: "Amma bir vacib məsələ də parlamentin müzakirəsinə çıxarılmalıdır. Bu da baş vermiş son hadisələrlə, xüsusilə Tehranda səfirliyimizə qarşı qorxaqca və xaincə edilmiş basqınla əlaqədardır”.
Q.Həsənquliyev bildirdi ki, Milli Məclisin bir iclası səfirliklərimizin təhlükəsizlik məsələlərinə həsr olunmalıdır. Deputat xatırlatdı ki, son vaxtlar xaricdə 5 səfirliyimizə basqın olub: "Livanda, Fransada, Londonda, indi də Tehranda. Biz bilirik ki, Ermənistan və İran bizə qarşı düşmənçilik fəaliyyəti aparır. Ona görə də səfirliklərimizin təhlükəsizlik sistemi yenidən qurulmalıdır. Adi vətəndaşlar da söyləyirlər ki, məsələn, olmazdımı bir nəfər səfirlikdə içəridə monitorun qarşısında oturub, səfirliyin ətrafında baş verən prosesləri müşahidə eləsin? Onda görərdi ki, kimsə əlində avtomat səfirliyə yaxınlaşır, kimsə ağır çəkiclə qapını sındırır və s. Heç olmasa qapını açmazdılar, yaxud özləri silahlanardılar, qoruyucu gödəkcə geyinərdilər. Səfirliyin binasının içərisində ikiqat mühafizə sistemi qurulmalı idi. Bütün bunlar onu göstərir ki, bu sahədə ciddi nöqsanlar var. Biz müvafiq dövlət orqanlarının rəhbərlərini parlamentə dəvət etməliyik və parlamentdə bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdıır”.
Deputat Elşən Musayev Tehrandakı səfirliyimizdə törədilən terror aktından danışarkən bildirdi ki, bu akt İranın simasını, daha doğrusu, simasızlığını göstərdi: "Bütün ölkə İranda baş verən hadisəyə reaksiya verdi, bəyanat yaydı. Amma bir tək ölkədə fəaliyyət göstərən radikal müxalifətdən başqa. Onlar həmişəki kimi susdular. Bildirim ki, həmin qüvvələr digər ölkələr kimi İranın agentləridir. Onlar istəsələr belə danışa bilməzlər. Danışsalar, onların qulaqlarını kəsərlər. Elə buradan deyirəm ki, daş düşsün sizə də, elə siyasətinizə də”.
Deputat Vahid Əhmədov da ölkə gündəminin ən mühüm məsələsindən, Tehrandakı səfirliyimizdə törədilən terror aktından bəhs etdi. "Bir sıra politoloqlar mətbuata açıqlamalarında bildirirlər ki, İran ona görə Ermənistana yaxınlaşır ki, Azərbaycan onu yaxına buraxmır. Mən bu fikirlə razılaşmıram. Müstəqillik əldə etdiyimiz vaxtdan İran öz şirkətlərini Azərbaycanda açıb”.

Millət vəkilinin sözlərinə görə, İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar: "Onlar bunu istəmirdi. İranla əməkdaşlığa son qoyulmalıdır. Nə vaxt ki, İran səfirliyimizə qarşı törədilən hadisəni terror aktı kimi qiymətləndirər, onda hər şey qaydasına düşə bilər”.
Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdəki çıxışında Qərbi Azərbaycan mövzusunda danışdı. Bildirdi ki, dünən Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb: "İlk dəfədir ki, indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi bu səviyyədə beynəlxalq müstəviyə gətirilir. Bu, Azərbaycan xarici siyasətinin növbəti uğurudur və mən bu uğur münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”. Deputat təklif etdi ki, Milli Məclisin yaz sessiyasının işlər planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsi də daxil edilsin: "Elə hesab edirəm ki, qaçqınlarımızın statusu ilə bağlı qanuna ediləcək dəyişiklik Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da mühüm töhfə olacaq”.
Deputat Fazil Mustafa sensasion fikirlər səsləndirdi: "Hazırda Azərbaycanda xüms vergisi adı ilə milyonlarla pullar yığılaraq İrana göndərilir. Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Bizim qanunvericilikdə belə bir şey yoxdur, bunu təcili olaraq gündəmə gətirib müzakirə etməliyik”.
F.Mustafa qeyd etdi ki, İrana ziyarətlərə də qanunvericilik səviyyəsində nəzarət olmalıdır: "Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir. Qeyd edim ki, ölkədə olan İran şəbəkələri İrandakı ziyarətlərə gedənlər arasından seçilir. Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr bu qədər ölkədə fəallaşa bilməsinlər”.
Milli Məclis minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı qanun layihəsini təsdiqlədi. "Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı və birinci oxunuşda qəbul edildi. Qeyd edək ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək. Artım təxminən 100 min pensiyaçını əhatə edəcək.
İclasda "Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişiklik müzakirə olunaraq qəbul edildi. Layihənin müzakirəsi zaman çıxış edən deputat Azay Quliyev bildirdi ki, sosial xarakterli fövqəladə mühitlə bağlı yeni müddəaların qanunvericiliyə gətirilməsi çox önəmli və vacib məsələdir: "Çünki bəzən əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına və əmlakına əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan hadisələr və ya fövqəladə hallar baş verir ki, bunların nəticələrini aradan qaldırmaq üçün hadisənin dəqiq tövsifinə və ya definisiyasına ehtiyac yaranır. Bu həm də ona görə vacibdir ki, bu cür hadisələrdən qaynaqlanan problemlərin təxirəsalınmadan həllinə yönəlik addımların atılması üçün müvafiq dövlət qurumlarının məsuliyyəti və səlahiyyəti müəyyənləşdirilsin”.

A.Quliyev konkret misalla fikrini davam etdirdi: "Bu cür hallarla bağlı konkret bir misalı sizinlə bölüşmək istərdim. Belə ki, bu ilin yanvarın 2-də deputat seçildiyim Binəqədi rayonu 9-cu mikrorayon, Cavadxan küçəsi, 4a saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasında təbii qazın sızması nəticəsində güclü partlayış baş verdi. Nəticədə 6 mənzil tamamilə yararsız vəziyyət düşdü, 1 nəfər həlak oldu və 2 nəfər yaralandı. Mən partlayış baş verən mənzillərdə olarkən gördüm ki, həqiqətən vətəndaşların nəinki mənzilləri, həmçinin əksər ev avadanlıqları və əşyaları da tamamilə yararsız hala düşüb. Hazırda bu ailələri hər şeydən öncə müvəqqəti yaşayış yeri ilə təmin etmək lazımdır, sonra isə onların evləri təmir olunmalı və müvafiq avadanlıqla təchiz olunmalıdır. Lakin bu sahədə qanunvericlikdə olan boşluq səbəbindən, o cümlədən FHN-in və yerli icra hakimiyyətinin büdcəsində müvafiq vəsait nəzərdə tutulmadığından hələlik problemin operativ həlli ilə bağlı müvafiq qərarlar qəbul etmək mümkün olmayıb”. A.Quliyev sığorta şirkətlərinin fəaliyyətindən narazılığını da çatdırdı.
İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılması təsdiqləndi. Qanun layihəsində qeyd olunub ki, hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitib. Dəyişikliklə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır.
Ancaq qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Deputat Etibar Əliyev Milli Məclisdəki çıxışında bildirdi ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi lazımdır. O qeyd etdi ki, vergilər sahəsində yoxlamalar dayandırılıb: "Ancaq bizə müraciətlərdən və ciddi mətbuat orqanlarında rast gəlirik ki, sahibkarlar gömrük orqanından, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən narazıdırlar. Gömrük Komitəsi yenə də inhisarçılıqla məşğuldur. Sahibkarları lazımsız sənədlərin içində boğurlar. Milli Məclis elektron xidmətlərin rasionallaşdırılması məqsədilə qanunlara dəyişikliklərə səs verib. Azərbaycan Akkreditasiya Mərkəzindən sertifikatı olan şirkətlər incidilir. Onların əlini işdən soyudurlar. Düşünürəm ki, sahibkarlara dəstək olan vergi sahəsində aparılan yoxlamaların dayandırılmasına kölgə salınmamalıdır. Bu, "bir addım irəli, iki addım geri" olmamalıdır".
Deputat Razi Nurullayev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış etdi. Bildirdi ki, Torpaq Məcəlləsinə edilən dəyişikliyin ciddi nəticə verəcəyi şübhəlidir: "Örüş və biçənək sahələrinin elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə icarəyə verilməsinə də etirazım yoxdur. Lehinə səs verəcəyəm. Ümumilikdə isə elektron kənd təsərrüfatı yanaşması ciddi deyil. Olsun, amma kənd təsərrüfatı ilə məşğul olan şəxslərin sahələrdə olması daha vacibdir. Monitor qarşısında, məncə, kənd təsərrüfatı olmaz”. Deputat dedi ki, hazırda ölkə boyu örüş və biçənək sahələrinin böyük hissəsi qanunsuz yollarla, yaxud vəzifəsindən sui-istifadə etməklə zəbt edilib: "Elə bələdiyyələr var ki, vətəndaşa ev tikmək üçün torpaq verə bilmir, nəinki hektarlarla örüş və biçənək sahələri versin. Elə adam var ki, bir qarış torpağı yoxdur, elə şəxs var ki, 10, 100, 1000 və on minlərlə hektar torpaq sahəsi var. Minlərlə hektar sahəni necə əldə ediblər? Meşə və dağları kim hasara alıb? Onu sadə kəndli, fəhlə etməyib axı”.
R.Nurullayev onu narahat edən digər problemdən bəhs etdi: "Kənd təsərrüfatı torpaqlarının əsas hissəsi vətəndaşlar tərəfindən ev tikintisi üçün istifadə edilib. Səbəblərdən biri vətəndaşın qanuni yollarla ev tikintisi üçün torpaq ala bilməməsi olub. Torpaq sahələri ya çox baha, ya da bu məqsəd üçün nəzərdə tutulan sahələrin olmaması olub. Vətəndaş isə ucuz torpaq və ucuz ev tikmək məqsədilə kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqda aidiyyəti qurumlara rüşvət, şirinlik verərək ev tikib. Yolu, işığı, suyu və digər rahatlıqları da yox dərəcəsində. Gözəl qanunlar qəbul edirik, amma işlək edə bilirikmi?”
İclasda digər qanun layihələri də müzakirələrdən sonra ilk oxunuşda qəbul edildi./Yeni Müsavat
Xəbər lenti
-
13:55Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi
-
12:13“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
-
10:44Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
23:05“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
17:51Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
15:56Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
15:36"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
12:44Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
15:25İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi
-
12:25Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir
-
11:19Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
-
09:52“MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib
-
17:25XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
16:56“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
15:42“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
14:22Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
11:38Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
-
11:31“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
17:04"İnci" sirketler qrupu ve "KHURSIDE" restoranı Şəhid ailələri və Qazilər üçün iftar süfrəsi açdı
-
15:52"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
11:23PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib
-
11:12Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
-
12:14"Goranboy Meliorasiyya su təsərufatı idarəsinin “rəisi” İlqar Məhərrəmov əhaliyə zülm edir" - ŞİKAYƏT
-
12:07Deputatın təşəbbüsü ilə başlayan “Novruz” yardım aksiyası davam edir
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:22Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:02“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:05PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:22AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:44Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:35Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023
27 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
19 Mart 2023
18 Mart 2023
17 Mart 2023
16 Mart 2023
Digər xəbərlər
-
SİYASƏT
“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
SİYASƏT
Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
SİYASƏT
"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
SİYASƏT
Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
SİYASƏT
XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
SİYASƏT
“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
SİYASƏT
“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ