Paşinyanın “misli görünməmiş” silahları: baş nazir öz xalqını aldadır
09 Dekabr 2019, 12:22
09 Dekabr
2019
12:22
1891
2018-ci ilin mayından 2020-ci ilə qədər (2020-ci il büdcəsi hesaba alınmaqla) Ermənistanın müdafiə xərcləri 66 milyard dram və ya 28 faiz artıb. Bu haqda baş nazir Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı deyib. O, əlavə edib ki, 2018-ci ilin mayından, yəni o hakimiyyətə gələndən bəri Ermənistan "misli görünməmiş miqdarda silah, texnika və sursat” əldə edib.
Jurnalistlər isə parlament kuluarlarında Paşinyanın hansı "misli görünməmiş” silahlardan danışdığını müdafiə nazirinin müavini Qabriel Balayandan soruşublar. O deyib ki, alınan silahların siyahısını açıqlaya bilməz, çünki hərbi sirdir. Bununla belə, Balayan Ermənistanın son iki ildə "intensiv şəkildə yeni, müasir silahlar aldığını” deyib.
Paşinyanın il yarımda Ermənistanın "misli görünməmiş miqdarda” silah sursat əldə etdiyi barədə bəyanatı publikaya hesablanmış reallığa əsaslanmayan bəyanatdır, yoxsa realdır? Ermənistanın imkanları buna yetirmi? Azərbaycanla bu məsələdə ayaqlaşması mümkünmü?
Politoloq Nəzakət Məmmədova "Yeni Müsavat”a bildirdi ki, Paşinyanın açıqlamasının publikaya hesablanmış populist açıqlama olduğunu faktlar sübut edir: "Ermənistanın Azərbaycanla hərbi gücünü müqayisə edərkən, paritetin Azərbaycanın xeyrinə olduğunu istənilən beynəlxalq mənbələr, həmçinin iki ölkənin hərbi büdcəsinin müqayisəsi tərəddüdsüz təsdiq edir. Hətta erməni diasporu bu faktdan istifadə edərək, olduqları ölkələrdə, xüsusilə ABŞ-da hay-küy salır, həyəcan təbili çalaraq kiçik Ermənistanın qüdrətli Azərbaycan tərəfindən sıxışdırıldığını iddia edir, Ermənistana hərbi dəstək göstərilməsinin vacibliyini vurğulayırlar.
2016-cı il aprel döyüşlərindən sonra erməni diasporasının bu təşvişi xüsusilə artmışdır. Azərbaycan ordusunun cəbbəxanasına qəbul edilən bir sıra silah növləri Ermənistanı olduqca narahat edir. Məsələn, Türkiyədən aldığımız "Stealth” texnologiyası ilə hazırlanmış super(ultra)müasir "SOM - B1" qanadlı raketləri hava və raket hücumundan etibarlı müdafiə vasitələri olmaqla Ermənistanda təşviş yaradıb. Onlar üçün hətta məşhur S-400 sistemləri də adi hədəfdir. Hətta erməni ordusunun arsenalındakı ”9K317 Buk-M2" zenit-raket kompleksləri də onları yaxalamaq gücündə deyil. Yaxud Ermənistanın arsenalına hələ 2020-ci ildə daxil olması gözlənilən Su-30 SM qırıcılarının qarşılığında Azərbaycanın daha müasir Su-30 MKA qırıcıları alması gözlənilir. Məhz bu, Ermənistanı narahat edir. Ermənistan "İsgəndər” raketləri ilə Azərbaycanı şantaj edirdi. Azərbaycan Belarusdan "Polonez” reaktiv yaylım atəşi sistemi almaqla, hərbi balansın pozulmasının qarşısını aldı. Nəzərə alsaq ki, Azərbaycan həm də İsraildən LORA operativ-taktiki raket kompleksləri alıb, odur ki, bunlar İrəvanı narahat edən səbəblərdəndir".
Ekspert onu da dedi ki, Azərbaycanın Ermənistandan üstünlüyünə təkcə sırf hərbi güc faktoru ilə deyil, həmçinin siyasi və iqtisadi güc amilləri də daxildir: "Çünki ölkənin iqtisadi və siyasi qüdrəti olmadan, hərbi güc baxımdan üstünlük qeyri-mümkündür, bunlar bir-birini tamamlayan amillərdir. Paşinyanın göstərdiyi rəqəmlər isə inandırıcı deyil, o baxımdan ki, o, hakimiyyətə gəlməzdən öncə Serj Sərkisyan rejimi və ”Qarabağ klanı" hərbi xərclərə daha çox vəsait ayırırdı. Məsələn, Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmi məlumatlarına görə, Ermənistanın hərbi xərcləri 2015-ci ildə ümumdaxili məhsulun (ÜDM) 4,25, 2016-cı ildə 4,9, 2017-ci ildə 4,9, 2018-ci ildə 4,2 faizini təşkil edib. Göründüyü kimi, Paşinyan yalnız özündən əvvəlki illərlə müqayisə edib, halbuki, əvvəlki illərdə hərbi xərclərə ÜDM-in daha çox hissəsi cəlb olunub. Üstəlik, ölkənin ağır sosial durumu şəraitində bu günlərdə Paşinyanın öz partiyası tərəfindən parlamentdə müzakirə olunan qanun layihəsi böyük səs-küy yaradıb və Ermənistanda dərin sosial təbəqələşmənin təzahürünün orduya da sirayət etdiyinin göstəricisidir. "Mənim addımım” blokunun təmsilçisi Ayk Sarkisyan 27 yaşadək hərbi mükəlləfiyyətli vətəndaşların 2 il əvəzinə 1 ay hərbi xidmət keçmək və 20 min dollar ödəmək müqabilində həqiqi hərbi xidmətini başa vurmuş sayılmasını təklif edib. Bu, kontraktlı hərbi xidmətə keçidin başlanğıcı ola bilər. Lakin əhalini varlı və yoxsul təbəqəyə bölmək, habelə konstitusiyaya zidd olması baxımdan qanun layihəsinə qarşı çıxanlar çoxdur. Eyni zamanda, Ermənistan əhalisinin sayının azlığı kontrakt əsasında ordu quruculuğuna mane olur. Qanun layihəsinin müəllifi olan fraksiya 2020-ci ildən bu cür sistemə keçməyə tələsdirsə də, Ermənistan Müdafiə Nazirliyi gələn ilin sonunadək qanun qəbul edilməsini təxirə salmağı təklif edir.
Paşinyan Qarabağa son səfəri zamanı etdiyi çıxışında hakimiyyətə gəldiyi dövrü nəzərdə tutaraq, son il yarımda ordu üçün xeyli silah-sursat alındığını qeyd edib. Lakin, Ermənistan ordusu silah alışında Azərbaycandan geri qalır. Bu fakt Stokholm Sülh Tədqiqatları İnstitutunun araşdırmalarında da öz əksini tapıb. Son illərdə Rusiya kimi dünyanın ən böyük silah ixracatçılarından biri olan ölkənin ümumi silah satışının 5 faizi Azərbaycanın payına düşür. Halbuki, əvvəlki 10 ildə bu rəqəm təxminən 0,7 faiz təşkil edirdi. Prezident İlham Əliyev də Rusiyada səfərdə olarkən ölkəmizin 5 milyard dollar məbləğində silah almasını qeyd etmişdi. Ermənistan Azərbaycanın hücum silahları almasından narahatlıq keçirdiyini bəyan edərək, hay-küy salsa da, özü də Rusiyadan bu tip silahlar alır. Həm də KTMT üzvü olduğu üçün "Rosoboroneksport”un vasitəçiliyi olmadan, birbaşa silah almaq imkanına malikdir. Lakin onun silah məsələsində Azərbaycana çatması mümkün deyil".
Qeyd edək ki, Ermənistan 2020-ci ildə müdafiə xərclərini 25.3% artırmağı nəzərdə tutduğunu bəyan edib. Bu isə 625 milyon ABŞ dolları edir. 2018-cu il üçün hərbi xərclər 609 milyon dollar təşkil edib. Bildirilir ki, bu zaman müdafiə xərcləri ÜDM-nin 4%-dən artığını təşkil etməyəcək. Beləliklə, hərbi xərclərin artımı cəmi 16 milyon dollardır. Bu isə Azərbaycanın hərbi xərcləri ilə müqayisəyə belə gəlməz. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq hərbi təhlil mərkəzlərinin başqa hesabatına əsasən, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır.
Azərbaycan gələn il hərbi və müdafiə xərcləri üçün 3 milyard 853 milyon 600 min manat və ya təxminən 2.27 milyard ABŞ dolları nəzərdə tutub. Bu 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur (Cari ildə 3 milyard 187 milyon 600 min manat olub). Yəni bizim hərbi büdcəmiz az qala, Ermənistanın ümumi büdcəsi qədərdir.
LOBBI.Az
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
DÜNYA
“Bu xain təşkilata (FETO) qarşı hamımız ayıq olmalıyıq”
-
DÜNYA, SİYASƏT
Araik Arutunyan istefa verdi
-
DÜNYA
SON DƏQİQƏ: Sinan Oğan qərarını açıqladı
-
DÜNYA, SİYASƏT
“Altılı masa”nı tərk edən Akşenerdən gözlənilməz gediş
-
DÜNYA, SİYASƏT
Kosovoda nə baş verir? Və yaxud Balkanlarda yeni müharibə başlayacaqmı? (TƏHLİL)
-
DÜNYA
Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan edib
-
DÜNYA, SİYASƏT
Peskov: "Paşinyan KTMT-nin işini fiasko kimi şərh edir"
-
DÜNYA, SİYASƏT
“Fransa senatının qətnaməsi beynəlxalq hüquqa ziddir” – TƏHLİL
-
DÜNYA
Dünyada hava yolundan istifadə edən sərnişinlərin sayı 69 faiz artıb