Prezidentin köməkçisi: "Ermənistanın addımları sülh danışıqlarına və normallaşmaya mənfi təsir göstərir"
16 Avqust 2023, 14:57
16 Avqust
2023
14:57
290
"Ermənistanın addımları sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərir".
"Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib: "Ona görə də səfərimizi bilavasitə Bərdə-Ağdam-Xankəndi yolundan başladıq. Bu səfər çərçivəsində Ağdamda həyata keçirilən yenidənqurma işləri ilə tanış olacağıq. Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib, dağlıq hissəni Aran hissəsi ilə birləşdirib. Hətta 1972-ci ildə Heydər Əliyevin göstərişi ilə burada dəmiryolu xətti salınıb. Yol mədəniyyət və sivilizasiyadır. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ilk gördüyü iş dövlət başçısının göstərişi ilə ərazilərin bərpasına başladı. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir və hazırda üzərində dayanmışıq. Biz həm də Ermənistan istiqamətinə avtomobil və dəmir yolları çəkirik. Biz maneələr yox, məhz yollar qururuq. Məhz bu gün üzərində dayandığımız yolu da Qarabağın erməni sakinlərinin Azərbaycanın iqtisadi, siyasi sosial inteqrasiyası kimi görürük. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır. Eyni zamanda Azərbaycan yüklərin çatdırılması üçün Füzuli-Şuşa yolunu da təklif etmişdi. Hətta Azərbaycanın guya yolları blokladığını iddia etdilər. Halbuki Azərbaycan təkcə avtomobil deyil, dəmir yolları da açır".
H.Hacıyev bildirib ki, hazırda reinteqrasiyadan başqa yol yoxdur: "Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşları kimi görür, onların konstitusional hüquqlarını təmin edir. Amma Ermənistan Azərbaycanın bu addımlarına cavab vermək əvəzinə, Qarabağda yaratdığı separatçı rejim vasitəsilə proseslərə maneə yaradır. Bu da sülh danışıqlarına və iki ölkə arasında münasibətlərin normallaşmasına mənfi təsir göstərən məsələdir. Onlar beynəlxalq təbliğata da başlayıblar, amma faydasızdır. Bu gün məsələ BMT Təhlükəsizlik Şurasında da müzakirə olunacaq. Halbuki BMT TŞ-nin 4 qətnaməsi 25 il masa üzərində qalmışdı və Azərbaycan torpaqlarının işğalını müzakirə edə bilməmişdi, amma indi Ermənistanın əsassız iddialarını müzakirəyə çıxarır. Bir daha bildiririk ki, bu yol Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə istənilən humanitar yükün, o cümlədən Azərbaycandan yardımların daşınması üçün açıqdır".
Xəbər lenti
-
22:54“44 günlük müharibə bizim şərəf və qürur tariximizdir!” - BƏYANAT
-
15:55“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” adlı layihə başa çatdı
-
15:24"Azərişıq" COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək (FOTO)
-
15:21200 il gözlədiyimiz bayram - Zəfər günü
-
14:25“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum təşkil edəcək
-
13:16Çağımızın ideyası dövlət kimliyimizdədir! - DEPUTAT YAZIR
-
10:17Türk Dövlətləri Təşkilatı güclənsin deyə, jurnalistika, ədəbiyyat və mədəniyyətin meydanını genişləndirək
-
15:59“İnstusional öhdəlik”, yoxsa öhdəliklərdən imtina – Leyen Bakıya gəlməkdən niyə imtina edir?
-
11:41Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım
-
11:38İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir
-
11:36KİV: "Donald Tramp ABŞ-nin prezidenti oldu"
-
22:42“Mina problemi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışını yubadır” - RƏY
-
17:28Deputat Ramil Həsən Bərgüşad kəndində seçiciləri ilə görüşüb
-
17:22“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:23“Qərbi Azərbaycana dönüş prosesində gənclərin fəallığının artırılması” adlı layihə keçirilib
-
10:52"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
09:25"Əngəlsiz qayıdış” adlı filmin təqdimatı oldu - FOTOLAR +VİDEO
-
09:58COP29 zamanı bu küçələr avtomobillərin hərəkətinə tam açıq olacaq — SİYAHI
-
09:54Rayon qeydiyyatı olan avtomobillərin COP29 zamanı Bakıya girişinə qadağa qoyulacaq?
-
17:48"Təlxək və yaramaz Şvabe Gürcüstanda da əleyhimizə iş aparırdı..." - DEPUTAT
-
14:23Elşən Musayev: “Məlum qüvvələr xoş deyil, boşməramlıdır”
-
12:56MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
-
11:10Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
-
09:36Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi - FOTO/VİDEO
-
11:58Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub - FOTOLAR +VİDEO
-
10:55“ABAD”ın Şuşa və Laçında təqdimatları reallaşdırılıb
-
11:08"Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu çox vacib addımlar atacaq" - Ramil Həsən (VİDEO)
-
11:05Səyyar ASAN xidmət İsmayıllıda
-
10:20Daşkənddə keçirilən “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” öz işini yekunlaşdırdı - FOTO
-
15:32Sizin əsl simanız bax budur, Avropa! – Deputatdan sərt sözlər...
-
13:52Hikmət Hacıyev: Azərbaycanın iqlim gündəmindəki rolu regional sülh təşəbbüsünün bir hissəsidir
-
10:14QHT Agentliyi qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR
-
17:19QHT “Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihəni icra edəcək
-
16:50Hikmət Hacıyev: "BRICS ədalətli dünya nizamına töhfə verir"
-
14:59Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”
-
14:18COP29 konfransı əməkdaşlarının geyim forması müəyyənləşib
-
12:58“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:13Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
-
10:04Anar Yusifoğlunun 50 illik yubileyi qeyd edildi - VİDEO
-
10:01“Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” baş tutdu – Daşkənddə - FOTO/VİDEO
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - YENİLƏNİB
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
MANŞET, SİYASƏT
İlham Əliyev Rusiyaya səfərə gedib - FOTO
-
MANŞET, SİYASƏT
Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
-
MANŞET, SİYASƏT
Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək
-
MANŞET, SİYASƏT
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
-
MANŞET, SİYASƏT
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib