Qətər dövləti erməni “qatarında”
17 İyun 2022, 11:40
17 İyun
2022
11:40
611
İslam dövləti hara, məscid dağıdanı qucaqlamaq hara...
Ermənistanın baş naziri Nikol Paşinyanın Qətərə iki günlük rəsmi səfəri zamanı Dohada xüsusi diqqət göstərilib. Doha Beynəlxalq Hava Limanında Paşinyanı xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl-Mureyxi qarşılayıb. Qətərdə Paşinyana və onun nümayəndə heyətinə elə xoş münasibət bəslənib ki, sanki bu ölkə investisiyaların cəlb edilməsi baxımından ən uyğun dövlətdir. İrəvan meri Hraçya Sarkisyan və Qətərin bələdiyyə və şəhərsalma naziri Abdulla bin Əbdüləziz Əl-Subeihi İrəvan və Dohanın qardaş şəhər elan edilməsi haqqında saziş imzalayıblar.
İşğal dövründə məscidlərimizi və mədəni abidələrimizi dağıdıb təhqir edən Ermənistanın baş nazirinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədə belə təmtəraqlı qəbulu, iqtisadi əməkdaşlıq sözləşmələri Qətər dövlətinin səmimiyyətini şübhə altına alır. Hansı ki, eyni regionda yerləşən və ərəb dünyasında böyük çəkiyə malik olan Səudiyyə Ərəbistanı uzun illərdir Ermənistanla diplomatik münasibətlərə malik deyil. Qətər dövləti Ermənistanın Dohada 2019-cu ildə fəaliyyətə başlayan səfirliyinin maliyyə xərclərini üç il müddətinə qarşılamağı öz üzərinə götürmüşdü. Maraqlıdır, Səudiyyənin, necə deyərlər, burnunun dibində yerləşən Birləşmiş Ərəb Əmirliyi, Qətər, İordaniya və digərləri zaman-zaman niyə məhz bu amili nəzərə almayaraq Ermənistanla əlaqələrin qurulmasına xüsusi önəm verir? Adıçəkilən ölkələr Ermənistana münasibətdə niyə Səudiyyə kimi ola bilmir? Bunun səbəbi nə ilə bağlıdır?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev dedi ki, Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə xüsusi qarşılanması meydana bir sıra suallar çıxarır: "Əvvəla, Qətər hara, Ermənistan hara? İkincisi, Qətər investisiya yatırmağa başqa ölkə tapa bilmədimi? Ən nəhayət, Qətər fərqindədirmi ki, 30 il boyunca işğal altındakı Qarabağ torpaqlarında viran qoyulan məscidlər, dini abidələr Ermənistanın ”əsəri", onların vandal təfəkkürünün nəticəsidir? Üstəlik, Qətər də İslam dövlətidir və məntiqlə İslama, məscidə, dini abidələrə olan hücumu həm də özünə olan hücum kimi qiymətləndirməlidir. Görəsən, bunları bir-birinə nə bağlayır? Doha ilə İrəvan arasında hansı məntiqlə, hansı düşüncə ilə qardaşlıq müqaviləsi imzalana bilər? Erməni İslam düşmənidir. Bu minvalla elə İslam dövlətinin də düşmənidir. Beləsinə əl uzatmaq, beləsinin səfirlik xərclərini üzərinə götürmək, beləsinə investisiya yatırımı sözü vermək, beləsini masanın başında oturtmaq nə dərəcədə düzgündür?
Səudiyyə Ərəbistanı uzun illərdir Ermənistanla diplomatik münasibətlər qurmur, onları bir addımlığına belə buraxmır. Düz də edir. Çünki anlayır ki, Ermənistandan ancaq ziyan gələ bilər, bu nadürüstlər İslamın birbaşa düşmənidir. Yaxşı bəs Qətər niyə Səudiyyənin elədiyini edə bilmir, Səudiyyə kimi düzgün və məntiqli düşünə bilmir? Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Bu dünyada bəlkə də Ermənistan qədər etibarsız tərəfdaş yoxdur, ola bilməz. Bunlar, bu erməni vandallar, bu nadürüst dələduzlar münasibət qurmaq üzrə deyil, aldatmaq, badalaq atmaq, kürəkdən vurmaq, dağıtmaq, satmaq, xəyanət etmək üzrə mütəxəssisdirlər. Ona görə də Qətər dövləti, onun rəhbərliyi bu haqda ciddi düşünməli və Ermənistana heç bir sahədə bel bağlamamalıdır".
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Yaxın Şərq siyasətimizdə intensivliyimizi artırmağa çağırdı: "Birincisi, onu qeyd edim ki, Qətər dünya maliyyə sistemində xüsusi yeri və rolu olan, eləcə də Türkiyə ilə sıx əlaqələrə malik dövlətdir. Ona görə bir sıra diplomatik qarşılanma forma və şəkillərinə görə gərək biz Yaxın Şərqdə olan Qətər kimi bir dövlətlə münasibətlərimizi pozmayaq. Eyni sualı çünki bizə də verə bilərlər ki, biz də zaman-zaman Yaxın Şərqdə heç də isti qarşılanmayan, İslam dövlətləri ilə problem yaşayan bəzi dövlət və hökumət nümayəndələrini yüksək səviyyədə qəbul edirik. Bu, diplomatik etiketdir. Daha sonra, hə, biz Ermənistanın diplomatik fəallıqlarını nəzarətdə saxlamalıyıqmı? Əlbəttə! Ermənistanı və erməniləri boş buraxmaq olmaz. Buna görə də Yaxın Şərq siyasətimiz o qədər intensiv olmalıdır ki, bu istiqamətdə çalışan diplomatik heyətlərimiz bir yerdə dayanmamalıdır. Biz qələbənin nəticələrini diplomatik sahədə davam etdirməliyik. Bu sahədə ölkənin ən yüksək siyasi rəhbərliyi ciddi işlər görür. Amma ondan aşağı subordinasiya pilləkənində dayanan diplomatik aparat nə edir? Bu kimi məsələlər həmin diplomatik heyəti hərəkətə keçirməlidir. Qətər rəhbərliyinin Türkiyəyə bir can borcu var. Türkiyə isə bizim ürəyimiz, canımız, qardaşımızdır. Bəs mənə maraqlıdır, bizim xarici siyasəti təhlil etməklə məsul olan analitik dairələrimiz Paşinyanın bu səfəri öncəsi hərəkətə keçdimi? Bir də ərəb dünyasında bəzi qüvvələr də vardır ki, onlar Lourens bulağından qidalanıblar, Osmanlının yenidən qayıdışı onları narahat edir. Biz bəzən elə bilirik ki, ”Beşinci kolon"lar ancaq bizdə var. Xeyr, əziz dostlar, bunlar ərəb dünyasında da vardır. Onlar ingilis, daha sonra isə amerikan təsiri altında olan kifayət qədər maliyyə və siyasi gücü olan dairələrdir. Amma yenə də Qətərin hamisi olan Türkiyənin bu səfəri izləməməsi mümkün deyil. Bəlkə də Paşinyanı rusun əlindən qurtarıb, əlinə qələm verib sülh müqaviləsini imzalatmaq üçün paralel işlər gedir? Bütün bunlarla birgə Paşinyanın bu səfərinin nəticələrinin heçə endirilməsi üçün Azərbaycan diplomatik aparatı işə keçməlidir. Dayanmadan işləməlidir. Ermənistan tullanıb düşsə də Qətərə Azərbaycandan gözəl təkliflər verə bilməz. Azərbaycan ona görə Qətər dövlətinə daha önəmli təkliflər verməlidir. Qətər o dövlətdir ki, ərəblərin birgə blokadası ona heç nə edə bilmədi. Qətəri, Yaxın Şərqi qazanmaq lazımdır. Yaxın Şərq siyasətini şaxələndirmək lazımdır. Yaxın Şərq ancaq bəlli güc mərkəzləri deyil, tez-tez dəyişə bilən bölgədir".
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO