QHT Agentliyi və Vəqflər Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq

QHT Agentliyi və Vəqflər Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq
Məlum olduğu kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və Agentliyin departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti  Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi cənab Burhan Ersoyla görüşüblər. 

Görüşdə Vəqflər Baş İdarəsi ilə QHT Agentliyi arasında imzalanması planlaşdırılan Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu üzərində işlərə başlanması razılaşdırılıb.
 
 

Xəbər lenti