Regionlarda təbliğat xarakterli tədbirlər keçiriləcək-Şuranın dəstəyilə

Regionlarda təbliğat xarakterli tədbirlər keçiriləcək-Şuranın dəstəyilə
"Gənclik və maarifçilik” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Fermerlərin ekoloji təmiz kənd təsərrüfatı istehsalı üzrə maarifləndirilməsi” layihəsinin icrası davam etdirilir. 
 
Ötən dövr ərzində geni dəyişmiş bitkilər, ekoloji təmiz kənd təsərrüfatı istehsalı ilə bağlı ədəbiyyat məlumatları, hüquqi-normativ sənədlər toplanmış, bunların əsasında "Ekoloji təmiz kənd təsərrüfatı istehsalı və genetik modifikasiya olunmuş bitkilər” adlı kitabça və geni dəyişmiş bitkilər, ekoloji təmiz kənd təsərrüfatı istehsalı ilə bağlı mühüm məlumatların toplandığı informasiya xarakterli bukletlər hazırlanıb və çapa təqdim edilib. 
 
Çap materiallarının nəşrindən sonra fermerlərlə 2 regionda təbliğat xarakterli tədbirlər keçiriləcək.
 
 
LOBBİ.Az

Xəbər lenti