Şamaxıda toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib
25 Noyabr 2022, 14:27
25 Noyabr
2022
14:27
304
Bu gün Şamaxıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə toxumçuluğun inkişafına dair beynəlxalq konfrans keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, toxumçuluq kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biridir. Ölkədə toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir: "Əhalinin artan qida ehtiyaclarının qarşılanması məqsədilə yeni metod və texnologiyalar tətbiq edilməklə kənd təsərrüfatı məhsulları istehsalında məhsuldarlığın artırılması zəruri tələblərdən birinə çevrilib. Toxumçuluq kənd təsərrüfatının çox vacib sahəsi, aqrar sektorun inkişaf dinamiklərini müəyyən edən təşkil edən amillərdən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunmasının prioritet istiqamətlərindən biri toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkilidir”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sahəsinin əhəmiyyətli paya malikdir. Onun sözlərinə görə, məhsuldarlığın aşağı düşməsinin qarşısını almaq məqsədilə ölkəyə idxal olunan bitkiçilik məhsullarının, əkin və səpin materiallarının, toxumların keyfiyyətinə nəzarət gücləndirilib. Azərbaycana idxal olunan toxumların yeni nəsil virus və bakteriyaları yoxlandıqdan sonra yalnız sağlam və təhlükəsizlik göstəriciləri standartlara uyğun olan toxumların ölkəyə gətirilməsinə icazə verilir.
Nazirlər Kabinetinin Aqrar və Ekologiya şöbəsinin müdiri Lətif Qasımov vurğulayıb ki, əsas ərzaq məhsulu kimi strateji məhəmiyyətə malik ərzaqlıq buğda istehsalı xüsusi diqqətdə saxlanılmalıdır: "Təcrübə göstərir ki, düzgün sort və keyfiyyətli toxum seçildikdə, eləcə də lazımi aqrotexniki tədbirlər həyata keçirildikdə ölkəmizdə keyfiyyətli ərzaqlıq buğda istehsalını artırmaq mümkündür. Bu istiqamət üzrə dövlət siyasətinin həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyi və aidiyyati qurumların müsbət fəaliyyəti qeyd edilməlidir. Toxumçuluğun inkişafı sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi bu sahədə həyata keçirilən islahatların əsas istiqamətlərindəndir”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahə, o cümlədən toxumçuluqla bağlı sahibkarlarla keçirilmiş görüşlər və onlar arasında aparılmış sorğular, eləcə də toxumçuluq üzrə KOB subyektlərindən daxil olmuş müraciətlər barədə məlumat verib. Onun sözlərinə görə, KOBİA kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərir və bu məqsədlə müxtəlif beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq edir.
Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Bitki mənşəli istehsal baş idarəsinin müdiri Mehmet Hasdemir ölkəsində toxumçuluq sahəsinin inkişafı istiqamətində görülən tədbirlərdən danışıb, əldə etdikləri təcrübələri konfrans iştirakçıları ilə bölüşüb.
FAO-nun ölkəmizdəki nümayəndəsinin müavini Bariz Mehdiyev təmsil etdiyi təşkilatın Azərbaycan höküməti ilə əməkdaşlığı barədə məlumat verib, birgə icra olunan layihələr, toxumçuluğun inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub.
Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda taxıl, tərəvəz toxumçuluğunun və tingçiliyin inkişafının perspektivləri mövzusunda müzakirələr və təqdimatlar keçirilib. Müzakirələrdə toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!