Siyasi hipnoz

21 May 2025, 10:25
21 May
2025
10:25
86
Siyasətbazların sosial şəbəkədəki məsuliyyətsiz şıltaqlıqlarına baxan zaman görünən odur ki, siyasi maarifçiliyə hələ uzun müddət bundan sonra da ehtiyac olacaqdı. "Vətəndaşları peşəkar təhlil maraqlandırmır” kimi zorla yeridilən fikirlər səbəbindən siyasi müstəvidə "ucuz” və "bayağı” şərhlərin sayı durmadan artır. Əlbəttə ki, sözügedən proses təsadüfi deyil və bu, fəsadsız ötməz. Peşəkar siyasi analitikanın meyarları o qədər cılızlaşıb ki, artıq ucuz istehza ilə və ya sadəcə emosional səsləndirilmiş bir neçə "çılpaq” cümlə belə insanlara "sanballı” siyasi fikir kimi təqdim oluna bilir.
Bu fikirlər politoloq Asif Adilin "Siyasi hipnoz” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Sosial şəbəkələr sayəsində müasir dövrümüzdə tamamilə yeni hesab oluna biləcək daha bir peşə növü də kəşf olunub: sifarişli statusbazlar. Belə ki, məhz bu statusbazların canfəşanlığı sayəsində ucuz demaqoqların sözbazlığı kütləyə siyasi fikir, siyasi mövqe və daha təhlükəli olan "vətənpərvərlik” kimi təqdim olunur. Sosial şəbəkə istifadəçilərinin ictimai şüuru isə bu cür siyasi hipnozun təsiri altına düşərək zəhərlənir. Bayağı musiqilər insanın estetik zövqünü korladığı kimi, ucuz siyasi demaqogiya da kütlənin ictimai şüurunu zəhərləyir.
Əlbəttə ki, sözügedən hal bir ayın və hətta bir neçə ilin təzahürü deyil. Siyasi münasibətləri dayazlaşdırmaq və siyasi proseslərin emosiyadan asılılığını artırmaq məqsədilə Qərb uzun onilliklər ərzində məqsədyönlü şəkildə bütün dünyada siyasi analitikanı bəsitləşdirib və tədricən onun tamamilə sıradan çıxarılmasına çalışır. Hər şey ona doğru gedir ki, "siyasi analitika”, "siyasi proqnoz” və "siyasi modelləşmə” tamamilə Qərbin müstəsna hüququ olmalıdır. Sözügedən vəzifə kollektiv Qərbin bilavasitə uzunmüddətli geostrategiyasının davamıdır. Çünki siyasi fikir bəsitləşdikcə siyasətdə emosiyaların payı artır, əhalinin ictimai təfəkküründə isə radikal düşüncə parazitinin inkişafı üçün münbit şərait yaradılır. Qeyd olunan mürəkkəb strategiyanın başlıca hədəfi cəmiyyətin parçalanmasıdır. Saxta demokratik şüarların arxasında çox zaman məhz bu cür qorxunc məqsədlər dayanır. Söhbət milli maraqlardan və dövlətçiliyin qorunmasından gedən zaman romantizm bağışlanmaz sadəlövhlükdür.
Bəli, internet, o cümlədən sosial şəbəkələr müasir dövrün ən mühüm kəşflərindən biridir. Bununla yanaşı, heç tərəddüd etmədən deyə bilərik ki, sosial şəbəkələr yuxarıda bəhs etdiyimiz Qərbin qlobal geostrategiyasının əsas alətidir. Şübhəsiz ki, sosial şəbəkələr vasitəsilə sosial mühəndisliyin ən mürəkkəb əməliyyatları həyata keçirilir. Yaşadığımız informasiya əsri özü belə dolayısı ilə sözügedən mülahizənin təsdiqidir.
Uzun onilliklər ərzində həmin o informasiya texnologiyaları vasitəsilə əhalinin ictimai şüuruna planlı şəkildə yeridilən "Qərb etalonları” sayəsində bir çox məsələlərdə, o cümlədən analitikada birincilik könüllü şəkildə onlara təslim olunurdu. Qərb isə "yumşaq güc” siyasətinin alətlərindən uğurla istifadə edərək təsir coğrafiyasını durmadan genişləndirirdi. Siyasi sistem, qanunverici baza, iqtisadi münasibətlər, dəyərlər sistemi, mədəni baxışlar, ictimai zövq, milli identiklik və digər bu kimi mühüm sosial-siyasi təzahürlər hamısı istisnasız olaraq zaman-zaman yuxarıda bəhs etdiyimiz siyasətin (qlobal manipulyasiyaların) təsiri altında qalmışdı.
Bütün bu təlatüm və streslərdən salamat çıxmağımızın əsas səbəblərindən biri müstəqil siyasət, siyasi iradə, sabitlik və milli birlikdir. Elə ona görə də düşmənləri hər zaman qıcıq edən və onların təxribatlarının hədəfində məhz Azərbaycanın müstəqil siyasəti, dövlət başçısının siyasi iradəsi, ölkəmizdə yaşanan sabitlik və milli birlik mühiti olmuşdur. Bu sadə siyasi həqiqətləri unutmayaq və sadəlövh olmayaq. Bu həqiqətlərin ifşası bizləri öz xəstə ambisiyalarında boğulan yaramaz riyakarların siyasi hipnozundan qoruya bilər.
Vətəndaş onu da bilməlidir ki, gurultulu siyasi demaqogiya hipnoz kimidir, yalnız ayılanda başa düşürsən ki, aldandın. Hipnoza qarşı əsla çıxış etmirik və ola bilsin ki, bu üsul hansısa xəstəliklərin müalicəsində istifadə oluna bilər. Ancaq psixologiya elminə görə, hipnoz təlqinə uyğunluğu olan süni yuxu və ya yuxu-oyanıqlıq arası bir haldır. Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür. Siyasətdə özlərinə yer qoparmış demaqoqların da hədəfi eynidir: kütləni yuxuyabənzər vəziyyətə salaraq öz çirkli manipulyasiyalarını həyata keçirtmək. Radikal təfəkkür sahiblərinin siyasi alətlərinin məzmununa diqqət yetirin: şantaj, təhdid, aclıq, yalan, böhtan, təhqir, küçə iğtişaşlarına çağırış və s. Bunlar hamısı eyniliklə hipnoz kimi manipulyasiya növləridir.
Onların bu cür hipnozlarının hədəfi şəfalandırmaqla əlaqəli deyil. Bu cür siyasi əxlaq sahibləri ucuz demaqogiyadan şarlatan sehrbazların əlində olan sehrli çubuqlar kimi istifadə edirlər. Ancaq dünyanın tarixinə qalib xalq kimi öz adını əbədi olaraq yazmış Azərbaycan xalqına isə sehrbazlıq yox, dövləti və dövlətçiliyi qoruya biləcək Prezident İlham Əliyevin nümayiş etdirdiyi ali siyasi iradə, dayanıqlı inkişafı təmin edən sabitlik və milli birliyimizi qoruyan həmrəylik mühiti lazımdır. Son bir neçə il ərzində ölkəmizdə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti isə həmin bu birliyi və sabitliyi qoruyan əsas ideoloji amildir.
Xəbər lenti
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
Digər xəbərlər
-
SİYASƏT
Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
SİYASƏT
Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
SİYASƏT
Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
SİYASƏT, GÜNDƏM
“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
SİYASƏT
Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
SİYASƏT
“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
SİYASƏT
Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
SİYASƏT
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
SİYASƏT, GÜNDƏM
“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”