SON DƏQİQƏ: Adı müxtəlif qalmaqallarda hallanan səfir Qüdsi Osmanovun oğlu həbs edildi

SON DƏQİQƏ: Adı müxtəlif qalmaqallarda hallanan səfir Qüdsi Osmanovun oğlu həbs edildi
Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər.
 
Bu barədə fontanka.ru portalı məlumat yayıb.

Mənbəyə əsasən, iyunun 22-də Osmanov Vyanadan Minskə gəlib və burada onu "Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.

İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.

Rusiya Cinayət Məcəlləsinin 172-ci ("Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.

Virtualaz.org xəbər verir ki, Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.



Virtualaz.org-a müsahibəsində Q.Osmanov oğlunun tutulması barədə xəbəri təsdiq edib: "Bu mənim ilk nikahımdan olan oğlumdur. Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.

Virtualaz.org-da olan məlumata əsasən, Qüdsi Osmanov ilk ailəsi ilə əlaqələri itirib və uzun illər oğlu ilə ünsiyyət qurmayıb. Emil Osmanov problemli uşaq olub və atası onun tərbiyəsində iştirak etməyib.

Qüdsi Osmanov hazırda ikinci dəfə evlidir və ikinci evlilikdən 3 uşağı var.

Xəbər lenti