Sosial şəbəkələrdə yayılan bu videoya yol polisi münasibət bildirdi - VİDEO

Sosial şəbəkələrdə yayılan bu videoya yol polisi münasibət bildirdi - VİDEO
Motosiklet sürücüsünün maarifləndirmə məqsədilə hazırladığı videoya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi münasibət bildirib.
İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov bu videonun yayılmasını müsbət qarşılayıb: "Sosial şəbəkələr vasitəsilə yayımlanan motosiklet sürücüsünün təbliğat xarakterli yaydığı bu sujetə biz də qoşuluruq. Sükan arxasında nəinki motosiklet sürücüləri, hətta avtomobil sürücüləri də diqqətin yayınmasına yol versələr bu cür ağır yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olacaqlar. Odur ki, təbliğatı gücləndirmək məqsədi ilə yol polisi bir daha hərəkət iştirakçılarını diqqətli olmağa, sükan arxasında fikri yayındıracaq hərəkətlərə, söhbətlərə yol verməməyə, o cümlədən mobil telefondan istifadə etməməyə səsləyir"./Avtosfer.az


 

Xəbər lenti