"Soydaşlarımız arasında xüsusi fəallaşma istəyi var" - Fuad Muradov
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun APA -ya müsahibəsi
- Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunanda yəqin ki, ilk olaraq Azərbaycan diasporunun vəziyyətini araşdırıb, məlumat toplamısınız. Siz sədr təyin olunanda Azərbaycan diasporunun vəziyyəti necə idi, sədr təyinatınızdan sonra diaspor təşkilatlarının həyatında nə dəyişib?
- Ölkə Prezidenti böyük etimad göstərib 2018-ci ilin aprel ayında məni Dövlət Komitəsinə sədr təyin etdi. Amma mən Komitə sədri olmamışdan öncə millət vəkili, Milli Məclisin Komitə sədri, müxtəlif ölkələrin parlamentlərarası dostluq qrupunun üzvü kimi xarici səfərlərdə olurdum. Bütün bunlar mənə Azərbaycan diasporu haqqında kifayət qədər informasiya əldə etməyə imkan yaradırdı. Mən xarici səfərlərdə soydaşlarımızla görüşürdüm, onların rəy və təkliflərini dinləyirdim. Yəni, bunları qeyd etməklə bildirmək istəyirəm ki, mən Komitə sədrliyinə nabələd gəlməmişdim, kifayət qədər məlumatlarım var idi. Bununla belə, Komitə sədri kimi diasporla bağlı məsələlər birbaşa vəzifəmiz, bu istiqamətdə dövlət başçısının mühüm tapşırıqları olduğu üçün diasporun fəaliyyətini daha ətraflı təhlil etdik. Mənim sədr təyin edilməyimdən sonra nələrin dəyişdiyini, ümid edirəm ki, bir jurnalist, mətbuat orqanı kimi siz də görürsüz. Soydaşlarımız arasında xüsusi fəallaşma, birgə fəaliyyət istəyi var. İntriqalara son qoyulur, Koordinasiya şuraları yaradılır.
Bizim başlıca hədəflərimizdən biri xaricdə yaşayan soydaşlarımızın birliyidir. Soydaşlarımız da bundan ruhlanaraq dövlətimiz, dövlətçiliyimiz, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyə çalışırlar. 2018-ci ilin fevral ayında Brüsseldə Azərbaycan diasporu Ümumavropa Qarabağ mitinqi təşkil etmişdi, 20-dan çox ölkədən gələnlər var idi, 10 dildə şüarlar səsləndirildi. Bundan başqa, Koordinasiya Şuraları yaradılır, yəni soydaşlarımız özləri birgə fəaliyyət üçün təşəbbüs göstərirlər. Təbii ki, burada Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli sərəncamı ilə "Azərbaycan Diasporuna Dəstək” Fondunun yaradılması da xüsusi qeyd edilməlidir. Fond diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır.
Komitə olaraq, Azərbaycan diasporunun müxtəlif mövzularda təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstəririk. Müvafiq e-mail bazası formalaşdırılıb ki, xəbərləri, informasiyaları e-maillərinə birbaşa göndəririk. Təşkilatların e-mail yaratmaları, sosial şəbəkədə aktiv olmaları, ölkəmiz, xalqımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirilən haqsız, həqiqəti təhrif edən fikirlərə dərhal reaksiya verilməsi üçün bütün mümkün texniki dəstəyi göstəririk. Soydaşlarımızın uğurları Diaspor TV, Diaspor FM, sayt, sosial şəbəkə və s. vasitələrlə cəmiyyətə təbliğ edilir. Həm diaspor təşkilatlarının, həm də Komitənin həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyətinin təmin edilməsi, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət edir.
Bütün bunlar, ölkə Prezidentinin qarşımıza qoyduğu vəzifələrdir. Verilən tapşırıqları vaxtında və maksimum səmərəli şəkildə yerinə yetirməyə çalışırıq. "Vətən uzaqda deyil” şüarı ilə hamıya, xaricdə yaşayan hər bir soydaşımıza qarşı diqqətli olmağa çalışırıq. İstəyirik ki, hər bir soydaşımız yaşadığı yerdən asılı olmayaraq, güclü, qüdrətli Azərbaycan dövlətini öz yanında hiss etsin.
- Ötən ilin iyulunda Azərbaycan Diasporuna Dəstək Fondunun yaradıldığını qeyd etdiniz. Son bir il ərzində Fond hansı işlər görüb? Diaspor təşkilatlarına dəstək hansı formada həyata keçirilir?
- "Azərbaycan Diasporuna Dəstək Fondu” Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli sərəncamı ilə yaradılıb. Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan verir. Dövlət Komitəsinin qarşısında həm Əsasnamə, həm dövlət başçısının tapşırıqları ilə müəyyən vəzifələr qoyulur, bunlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, milli-mədəni irsimizin təbliği, azərbaycançılıq ideologiyasının, milli kimliyimizin qorunması və s. aiddir. "Azərbaycan Diasporuna Dəstək Fondu” da qeyd edilən istiqamətlərdə mümkün dəstəyi göstərir.
- Dünya ölkələrində yaşayan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Dünyada nə qədər azərbaycanlının yaşaması barədə rəhbərlik etdiyiniz komitədə konkret rəqəm varmı?
- Bu barədə konkret rəqəm söyləmək çətindir. Müxtəlif mənbələrdə fərqli rəqəmlərə rast gəlinir. Amma ümumilikdə dünyadakı 50 milyon azərbaycanlının 10 milyonunun Azərbaycanda, 36 milyonunun qonşu İranda (Cənubi Azərbaycanda) yaşadığını nəzərə alsaq, deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində 4 milyondan çox soydaşımız yaşayır. Onu da qeyd edim ki, Dövlət Komitəsində də bu məsələ diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür.
- Bəzi hallarda istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında narazılıqlar müşahidə olunur. Xaricdəki azərbaycanlıların təşkilatlanması işində əsas problemlər nədən ibarətdir? Azərbaycan diaspor təşkilatlarının vahid cəbhədə birləşə bilməsinə nail olmaq üçün hansı təklifləriniz var və hansı işlər görülür?
- Mən deməzdim ciddi narazılıqlar var, sadəcə fikir ayrılıqları var və bu, fərdi xarakter daşıyır. Bu da təbiidir. Hamı eyni düşünə bilməz və fərqli yanaşmalar normaldır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, yerinə yetirdiyimiz işlər artıq öz bəhrəsini verməkdədir. Dəfələrlə bəyan edilib ki, Dövlət Komitəsi olaraq birgə fəaliyyətə, koordinasiya olunmuş təşəbbüslərə, kollegial qəbul edilmiş qərarlara üstünlük veriləcək. Yəni, soydaşlarımızın birliyi, birgə fəaliyyəti bizim üçün olduqca önəmlidir. Artıq bunun real nəticələri də var. Dünyanın 27 ölkəsində yaşayan soydaşlarımızın təşəbbüsü ilə Koordinasiya şuraları təsis edilib. Artıq soydaşlarımız bu şuralarda birgə layihələrini müzakirə edir, təşəbbüslərini, təkliflərini birgə qərar verərək qəbul edirlər. Koordinasiya şuralarının fəaliyyəti məsələsi Dövlət Komitəsi tərəfindən hazırlanmış Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflərdən biridir və bu istiqamətdə işlər ardıcıl şəkildə aparılır.
- Erməni lobbisinə qarşı mübarizəyə də toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz? Komitə erməni işğalının tanıdılması, eləcə də işğalla bağlı erməni yalanlarının çatdırılması üçün hansısa konsepsiyalar üzərində işləyirmi?
- Bu, bizim gündəlik işimizdir və ən vacib məsələdir. Biz həqiqətləri dünyada təbliğ etməklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair real informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, dünyada ermənilərin yalançı, təxribatçı hərəkətlərinə qarşı da mübarizə aparmalı oluruq. Xaricdə yaşayan soydaşlarımız bu ümummilli məsələyə olduqca həssas yanaşırlar və biz də Dövlət Komitəsi olaraq, mümkün dəstəyi göstəririk. Ermənistan səfirliyinin qarşısında etiraz aksiyaları keçirilir, "Qarabağa azadlıq”, "Xocalıya Ədalət”, "Ermənistan, işğala son qoy” və s. şüarlarla mitinqlər keçirilir. Qondarma Dağlıq Qarabağ rejiminin xaricdə keçirmək istədiyi tədbirlər, Ermənistanın xarici ölkələrdə münaqişəyə dair həqiqətləri təkzib edən tədbirləri və s. ilə bağlı soydaşlarımız dərhal reaksiya verir, öz haqq səslərini ucaldırlar. Yenə deyirəm, ötən il fevralın 23-də soydaşlarımız "Ümumavropa Qarabağ mitinqi” keçirdi. 20-dən çox ölkədən iştirakçı var idi, 10 dildə şüarlar səsləndirildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il çoxsaylı tədbir keçirilir və s. Bunları qeyd etməklə demək istəyirəm ki, bu, hər bir azərbaycanlının, o cümlədən, xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan diasporunun gündəlik işidir.
- Komitə tərəfindən xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq "Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanırdı. Həmin dərsliyin təqdimatı nə zaman keçiriləcək?
- Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycan dili” dərsliyi hazırlanır. Dərslik müvafiq rəylərlə Təhsil Nazirliyinə təqdim edilib. Təhsil Nazirliyinin müsbət rəyi olduqdan sonra kitabın çapı və təqdimatı keçiriləcək. Bu, hələ başlanğıcdır. "Azərbaycan dili” dərsliyi xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün nəzərdə tutulub. Növbəti mərhələlərdə isə daha yuxarı yaşlı soydaşlarımız üçün "Azərbaycan dili” kitablarının hazırlanması nəzərdə tutulur.
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
Digər xəbərlər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Diaspor gəncləri Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb ediblər
-
GƏNCLƏR DİASPORADA
Diaspor Komitəsi xaricdə yaşayan jurnalistlərin müzakirə platformasını yaradır
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Soydaşlarımız Ermənistanın ABŞ-dakı səfirliyi önündə etiraz aksiyası keçiriblər
-
AZƏRBAYCAN, GƏNCLƏR DİASPORADA
Xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin iştirakı ilə onlayn beynəlxalq dəyirmi masa keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
“Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının təqdimatı keçirilib
-
MANŞET, GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
28 May – Respublika Gününə həsr olunmuş virtual bayram tədbiri keçirilib
-
GƏNCLƏR DİASPORADA, DİASPORAMIZ DÜNYADA
Aktauda tələbələrə Xocalı soyqırımından danışılıb
-
GƏNCLƏR DİASPORADA
"Soydaşlarımız arasında xüsusi fəallaşma istəyi var" - Fuad Muradov
-
GƏNCLƏR DİASPORADA
Dövlət Komitəsində İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib