Şuşada beynəlxalq blogerlər üçün master klass keçirildi

25 Noyabr 2022, 17:48
25 Noyabr
2022
17:48
70
25 noyabr 2022 Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə həyata keçirilən "Show Me Azerbaijan” (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən bloger Şuşa şəhərinə səfər edib.
Qonaqları qarşılayan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin aparıcı mütəxəssisi İsmayıl İsmayılov onlara şəhərin tarixi və mədəni abidələri haqqında, eləcə də şəhərin erməni işğalından azad edilməsində Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq haqqında məlumat verib. Daha sonra blogerlər şəhərin güllələnmiş abidələrini, Natəvanın evini, Şuşa qalasını, Vaqifin məqbərəsini, şəhərin tanınmış bəylərinin evlərini ziyarət ediblər, eləcə də Cıdır düzündə olublar. Xarici blogerlər öz yutub kanallarında Şuşa təəssüratları ilə bağlı bir sıra paylaşımlar ediblər.
D.Bernard eləcə də öz yutub abunəçiləri üçün Şuşadan videopaylaşım edərək, işğal dövründə dağıdılmış evlərlə bağlı təəssüfünü qeyd edib, bu evlərin tezliklə bərpa olunacağına inandığını bildirib. Misirli bloger Əmr Əl-Agizi Şuşada və Füzulidə son müharibənin nəticəsi olaraq evlərin dağıdıldığını, Füzulinin "ruhlar şəhərinə” çevrildiyini bildirib. Indoneziyalı bloger Diska Reşa Putra, qazax Asel Axmetova öz paylaşımlarında diqqəti minalanmış ərazilərə yönəldiblər. İspaniyadan olan bloger Marina Qomez isə Şuşanı "Azərbaycanın böyük musiqiçilər və şairlər şəhəri” adlandıraraq bu şəhərin təbiətinə heyran olduğunu bildirib.
Şuşa səfəri çərçivəsində proqramın ikinci hissəsi olaraq məşhur amerikalı bloger Duqlas Bernardın master klas təlimləri keçirilib. O, müasir dünyada blogerlik sənətinin əhəmiyyətindən, illər ərzində əldə etdiyi təcrübə haqqında danışıb, eləcə də "Show Me Azerbaijan” proqramı haqqında təqdimat edərək, onun Azərbaycan və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı roldan, son zamanlar proqrama olan marağın artmasından bəhs edib. İƏGF Avrasiya Regional Mərkəzinin əməkdaşı Aydan Bağırlı təmsil etdiyi qurum haqda blogerlər qarşısında təqdimatla çıxış edib. Mərkəz təsis olunandan bəri həyata keçirilən beynəlxalq layihələr barədə, xüsusilə, müsəlman gənclərin həmrəyliyi istiqatmətində görülən işlər haqqında məlumat verib.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu ilin "Şuşa ili” elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.
Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, "Show Me Azerbaijan” layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.

Xəbər lenti
-
17:49“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:20DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
11:40Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:12Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:31İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:09Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:53“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:16Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:35Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:42“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:34“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
17:00Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
-
10:29"Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyətdən danışıb" - DEPUTAT
-
17:59Avropa İttifaqı Zəngəzur sərhədinə patrul xidməti göndərdi
-
15:19"Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir" - DEPUTAT
-
14:40“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb
-
13:50“Prezident İlham Əliyevin çıxışı bir çox strateji hədəfləri özündə ehtiva edir” – PARTİYA SƏDRİ
-
11:00“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:40"Çin sözün gerçək anlamında Azərbaycanın dostudur" - Partiya Sədri
-
12:10“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov
-
11:10“Bu müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır” - TƏHLİL
30 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
23 Yanvar 2023
20 Yanvar 2023
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
GÜNDƏM
Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
GÜNDƏM
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, GÜNDƏM
Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
SİYASƏT, GÜNDƏM
İran dövləti neyləyir? - TƏHLİL
-
SİYASƏT, GÜNDƏM
İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
GÜNDƏM
“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
GÜNDƏM
Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
GÜNDƏM
İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama