Türk dünyası COP29-u Qarabağ Bəyannaməsi ilə qarşılayır

09 İyul 2024, 13:04
09 İyul
2024
13:04
496
1991-ci ildə SSRİ süquta uğradıqdan sonra yenicə müstəqilliyini əldə etmiş Azərbaycan qonşu Ermənistan tərəfindən silahlı təcavüzə məruz qaldı, 1992-ci ildən Şuşa şəhəri də daxil olmaqla, demək olar ki, ərazisinin beşdə biri 30 il müddətində işğal altında saxlanıldı.
İşğal bu ərazilərdən təxminən bir milyon azərbaycanlının kütləvi etnik təmizlənməsi və digər ağır cinayətlərin törədilməsi ilə müşayiət olundu.
1993-cü ildən etibarən ölkəmiz bütün dünyanın bağlı olduğu ümumbəşəri dəyərləri özünün davamlı inkişafında prioritet hesab etməyə başladı. Xüsusilə də, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında tolerantlıq və multikultural dəyərlərə üstünlük verilməklə bütün Azərbaycan cəmiyyəti məhz bu dəyərlərin əsasında formalaşdırıldı.
Bu gün Azərbaycan artıq bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu nümayiş etdirir. Bu əməkdaşlıqlar çərçivəsində son illərdə ölkəmiz özünün çoxvektorlu xarici siyasətində xüsusilə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini prioritet olaraq müəyyən edərək, türk dünyasının ayrılmaz bir parçasına çevrilib.
Heç kəsə sirr deyil ki, Azərbaycan üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən beynəlxalq platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır ki, Azərbaycan bu vaxta qədər təşkilatın yaranması və fəaliyyətində hərtərəfli dəstək nümayiş etdirib.
Yeniləşən dünyamızda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə yaranmış geosiyasi vəziyyətdə türk dövlətlərinin daha dayanıqlı birliyini möhkəmləndirmək Azərbaycanın milli maraqlarını əks etdirir.
Bu gün artıq türk dövlətləri demək olar ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini hazırlamaqdadırlar. Xüsusilə, 2021-ci ildə qəbul edilən "Türk Dünyasına Baxış-2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının təmin olunması, eyni zamanda onların vəhdətinin yaradılmasını diktə edir.
Bu baxımdan, cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, görüşün yekununa dair Bəyannamənin imzalanması türk dünyasının ürəyinin Qarabağla döyündüyünü nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.
Zirvə görüşünün Qarabağın tacı, Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri hesab olunan Şuşa şəhərində keçirilməsi əlbəttə ki, təsadüfi deyildi. Belə ki, tolerant və multikuıtiral Azərbaycanın rəmzinə çevrilən Şuşa 2021-ci ildə "Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. 2022-ci ildə Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar həmin il Azərbaycanda "Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Eyni zamanda Azərbaycan və bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz əyilməz ruhumuzun rəmzi olan Şuşa şəhərində imzalanmışdı.
Prezident İlham Əliyevin türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənə və dəyərlərə söykənən ailə olduğuna yönəlmiş dolğun və məzmunlu çıxışı regional təhlükəsizlik, sabitliyin əldə olunmasında türk dövlətlərinin əhəmiyyətini bir daha ortaya qoydu.
Dövlət başçısının "XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” sözləri, Onun uzaqgörən və hədəfli yanaşması qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın türkdilli dövlətlərin daha da möhkəmlənməsi, təşkilatlanması, eləcə də qarşılarına qoyduğu bütün hədəflərə nail olunmasında ən əsas yol olduğunu göstərməsindən ibarət idi.
Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.
Cari ildə isə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna imza atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.”
Bu istiqamətdə sözsüz ki, həm türk dünyası çərçivəsində, həm də qlobal miqyasda beynəlxalq həmrəyliyin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu baxımdan, beş dövlət başçısı tərəfindən imzalanan, özündə 31 bəndi əks etdirən "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini daha da möhkəmləndirməklə yanaşı, türk dövlətlərinin COP29-un işində yüksək səviyyədə iştirak edərək, qlobal çağırışların müzakirələrində türk baxışını ortaya qoymaları üçün imkan yaradacaqdır.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
Xəbər lenti
-
19:35Mingəçevir Dövlət Universiteti “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur
-
22:31AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
16:24"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
14:40Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
14:36Çinarə Ağayeva
-
14:34Ali Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirilib
-
18:33Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
17:24Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
22:45Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
17:57“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
-
12:33"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:18Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası BƏYANAT yaydı: RUSİYA DƏRHAL ÜZR İSTƏMƏLİDİR
-
15:40ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTO+VİDEO
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
11 İyul 2025
10 İyul 2025
08 İyul 2025
05 İyul 2025
01 İyul 2025
30 İyun 2025
29 İyun 2025
23 İyun 2025
21 İyun 2025
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
Digər xəbərlər
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur
-
SİYASƏT
AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
SİYASƏT
Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
SİYASƏT
Çinarə Ağayeva
-
SİYASƏT
Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
SİYASƏT
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
MANŞET, SİYASƏT
“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota