Türk Dövlətləri Təşkilatı güclənsin deyə, jurnalistika, ədəbiyyat və mədəniyyətin meydanını genişləndirək

07 Noyabr 2024, 10:17
07 Noyabr
2024
10:17
221
Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsinə ehtiyac var. Təşkilata üzv olan ölkələrin dövlət başçıları arasında səmimi və isti münasibətin olduğu aksiomdur. Bu birlik pramida misalında yuxarıdan aşağıya doğru axın edərsə, türk dövlətlərinin xalqları və cəmiyyətləri başçıların münasibətinə adekvat davranarsa, türk dünyasının sağlam təməllər üzərində tezliklə qurulacağına zərrə də şübhə qalmaz.
Noyabrın 5-i Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Qırğızıstanda keçirilən 11-ci Zirvə görüşündə gündəmi təşkil edən mövzulardan da aydın olur ki, türk ölkələrinin birliyi istiqamətində qəti və təxirəsalınmaz addımlar atılmaqdadır.
Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məntiqə əsaslanaraq 15 il öncə Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişini xatırladıb, təşkilatın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini, iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirib.
Qarşıya ciddi hədəflər qoyulduğunu təsdiqləyən daha bir məqama da diqqət çəkən İlham Əliyev Təşkilatın mövcud büdcəsinin bu hədəflərə çatmaq üçün yetərli olmadığını bildirib. Prezident vurğulayıb ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Azərbaycan hansı addımı atıbsa onu riyazi dəqiqliklə hesablayaraq gerçəkləşdirib və nəticə də həmişə ürəkaçan olub. Təşkilatın inkişafına ayrılan maliyyə dəstəyi də türk dövlətlərinin sıx birliyinə nail olmaq məqsədinə hesablanıb. Təbii ki, təşkilat hədəflərinə doğru irəlilədikcə türk dövlətlərinin maddi və mənəvi dəstəyi də artacaq. Bu dəstəyin genişlənməsi çox vacibdir. Çünki dünyada təhlükələr durmadan artır. İlham Əliyev çıxışında bu müstəviyə diqqət çəkərək vurğulayıb ki, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Prezident Azərbaycanın birliyin inkişafına töhfə verən bəzi önəmli hadisələri də xatırladıb:
- Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Azərbaycan daim səmimi siyasəti ilə özünü türk dünyasının ayrılmaz dövləti kimi təqdim edib. Bu yolda büdrəmədən irəliləyən ölkəmiz Türk Dövlətləri Təşkilatı çərçivəsində tarixi qərarlara imza atıb. Dünyanın qütbləşdiyi bir dövrdə, gücün haqqı əzməyə qalxdığı dünyada hər cəhətdən haqlı olan türk ölkələrinin siyasi hadisələr burulğanı qarşısında birləşməsi reallığını diqtəsidir. Azərbaycan həm Qoşulmama Hərəkatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də digər birliklər daxilində yürütdüyü siyasətlə ölkələrin ortaq maraqları prizmasından çıxış edib. Türk dövlətləri arasındasa münasibətlərsə ortaq maraqlardan daha çox vahid maraqlara söykənir. Türk dövlətlərini birləşdirən dəyər çoxdur, birləşdirməyən dəyərlər heç yoxdur. Macarıstanın da bu birliyə qoşulması onu bir daha sübut edir ki, Türk Dövlətləri Təşkilatı haqqın carçısıdır, "yurdda sülh, cahanda sülh" prinsipinin qoruyucusudur. Belə olduğunu göstərən danılmaz faktlardan biri də Mcarıstan da daxil olmaqla bütün türk ölkələrinin Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün başladığı əks hücumların nəticəsində yaranan 44 günlük Vətən müharibəsini mənəvi cəhətdən dəstəkləməsi idi. Qardaşlıq belə olur.
Qardaşlıq nəm sevincli, həm də kəbərli günlərdə bir-birinin yanında olmaqdır. Prezident İlham Əliyev çıxışında Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirib.
Dövlət başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi ilə bağşlı namizədliyini yekdilliklə dəstəklədiyini xatırladaraq, bu hadisənin beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu söyləyib. İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.
Türk dövlətlərinin xalqları və cəmiyyətlərinin başçıların münasibətinə adekvat davranmasına nail olmağın məsuliyyəti həm də jurnalistikanın üzərinə düşür. Təşkilata üzv olan hər bir ölkənin jurnalist cameəsi bu birliyin sarsılmaz olması istiqamətini fəaliyyətinin əsas meyarına çevirsə, türk dünyasının parıltısı kainata işıq salar, qaranlıqları aydınladar. Yer kürəsinin təhlüklər caynağında əzildiyi bir əsirdə türk birliyinin əzm nümayiş etdirməsinə planetin böyük ehtiyacı var.
Qırğızıstan səfəri çərçivəsində Bişkekdə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyini zaiyarət edən Azərbaycan Prezidenti İlham Əliyevə "Çingiz Aytmatov” ordeni təqdim edilib. Çingiz Aytmatov yaradıcılığına, şəxsiyətinə, türk dünyası ədəbiyyatına həmişə böyük önəm verən İlham Əliyev təbii ki, bu medala layiq görülməliydi. Çingiz Aytmatovun Bakıda heykəli də qoyulub və açılışında Prezident iştirak edib. Bəli türk dünyasının qurulmasında jurnalistika ilə yanaşı ədəbiyyatın, mədəniyyətin rolu böyükdür. Xalqları birləşdirən ədəbiyyat və mədəniyyətdir. Azərbaycan bu xətti də uğurla aprmağı bacaran ölkədir.
Jurnalist Ekspert Mərkəzi
Xəbər lenti
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
MƏDƏNİYYƏT
Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
MƏDƏNİYYƏT
100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
MƏDƏNİYYƏT
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
MƏDƏNİYYƏT
Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
MANŞET, MƏDƏNİYYƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
MƏDƏNİYYƏT
“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
MƏDƏNİYYƏT
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
MƏDƏNİYYƏT
Türk Dövlətləri Təşkilatı güclənsin deyə, jurnalistika, ədəbiyyat və mədəniyyətin meydanını genişləndirək