“Vardanyan istifadə olundu və...” - TƏHLİL

"Rejim özü də baş verənlərin yaxşı fərqindədir. Laçın yolunun guya bağlı olması səbəbindən Qarabağdakı Haykanuşun istədiyi saç rəngini tapmadığına görə dələduz Vartanyana qoşulub haray-həşir salanlar Xoyda zəlzələ nəticəsində evləri dağılan, ac-susuz çölün düzündə qalan on minlərlə soydaşımızın üzləşdikləri əsl humanitar fəlakəti görəsən niyə görməzdən gəlirlər?”
Bu sözləri 7NEWS.az-a açıqlamasında millət vəkili Sahib Aliyev deyib: "Bu biganəlik onların da özü heç bir iş görməyən, Azərbaycan və Türkiyənin yardım göstərmələrinin isə qarşısını alan dinsiz rejimlə ortaq "dəyərlər”i bölüşmələrinin, eyni dalğada hərəkət etmələrinin növbəti təsdiqi deyilmi?
Bu təsdiqləmirmi ki, əmmamələnmiş fars şovinizmi əslində onların da marağına cavab verən ideologiyadır, sadəcə dinsiz rejim həddən artıq sərbəstliyə cəhd etdiyi üçün bəzən cəzalandırılır. Aralarındakı bu ziddiyət müvəqqəti və taktiki xarakter daşıyır. Yoxsa nə pəhləvilər Qacarlar dövlətində hakimiyyətə gətirilər, nə də onun adı 1935-ci ildə dəyişdirilib İran, yəni arilər ölkəsi qoyulardı.
Ancaq bütün hallarda ox artıq yaydan çıxıb. Dinsiz rejimin soydaşlarımıza qarşı etdiyi rəzilliklərə bəlli çevrələr çox vaxt göz yumsalar da, bu, uzun davam etməyəcək.
Rejim özü də baş verənlərin yaxşı fərqindədir. Xoydakı zəlzələdən zərər görən soydaşlarımıza yanaşma əslində bizim Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktının nədən qaynaqlandığını da ortaya qoymuş olur. Qüdrətli Azərbaycana, arxasında böyük güclərin dayandığı düşmənini yenmiş qürurlu azərbaycanlıya onlar özlərini yandıracaq od kimi baxırlar. Və Tehrandakı səfirliyimizə basqın edən yaramaz sayaq beyinləri yuyulmuş, formaca azərbaycanlı manqurtlardan terrorçu, ideoloq, təxribatçı, mərsiyəxan, troll və sair yetişdirib öz ağıllarınca odu odla söndürməyə çalışırlar. Alınmayacaq! Azərbaycanı yolundan döndərə bilməyəcəklər. Qarabağ uğrunda savaşda bu xalq region, məzhəb buxovunu sındıraraq artıq millətə çevirilib. İrandakı dinsiz rejim bunu dərk etməlidir.
Şəkildə gördüyünüz evi dağılmış, yəqin ki, ac, soyuqdan titrəyən o körpənin Göy Tanrıya dikilən gözündəki qığılcıma, əl açmağı özünə sığışdırmayıb düyünlədiyi yumruğuna fikir verin. Bilirsinizmi, bu, nə deməkdir? O deməkdir ki, hesab zamanına az qalır, İrandakı dinsiz rejim millətimizə qarşı etdiyi bütün rəzilliklərin bədəlini ödəyəcək!”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hesab edir ki, Vardanyan istifadə olundu və indi kənara atıldı: "Vardanyanın Moskvaya müəmmalı səfəri və onun hələ də Rusiyanın paytaxtında ilişib qalması əslində bu rəzil ünsürün, özünü ”dövlət naziri" adlandıran terrorçunun müəmmalı durumundan, ortalıqda qalmasından xəbər verir. Zatən başqa perspektiv ola da bilməzdi. Adamı puluna görə ortalığa atdılar, vəd verdilər, istifadə etdilər, indi isə "rədd olmaq” zamanıdır. Bu səbəbdən Vardanyan qeyb olub və onun hər gün palaz-palaz verdiyi müsahibələrdən, yazdığı feysbuk statuslarından, absurd açıqlamalarından xəbər-ətər yoxdur.
Üstəlik, Arutyunyanın Moskvaya Vardanyandan daha öncə səfər etməsi diqqətdən qaçmır. Demək ki, bir tülkü digər tülkünün necə deyərlər "torbasını tikib”. Baxmayaraq ki, ikisi də tuladır, əmr quludur və nökər təfəkkürlü varlıqlardır, yenə də qabağa deyəsən, Arutyunyan düşüb və lazım olan dairələri Vardanyanın tam perspektivsizliyinə inandıra bilib.
Hadisələri ilkin mənbə olaraq şərh edən "Qrapark” və "Hraparak” nəşrləri 2 ay öncəyə qədər Vardanyanın maliyyəsi ilə qidalanıb. Hətta bu nəşrlər bir ara yaramaz Vardanyanı "xilas mələyi” belə adlandırırdı. İndi isə onların birdən-birə çönməsi ondan xəbər verir ki, Vardanyanın "birdəfəlik şpris” roluna xitam verilib. Hətta ola bilər, Vardanyan Moskvadan heç qayıtmasın. Bütün "peşka”ların axırı budur...
Araikin saraydaxili münaqişədəki üstünlüyü və Vardanyan üzərində qələbəsi isə heç də onun daha güclü və daha hiyləgər olmasından xəbər vermir. Bunlar ikisi də bir bezin qırağıdır, ikisi də "əl oyuncağı”dır, ikisi də terrorbaşıdır. Sadəcə indiki məqamda yəqin Araik daha uyğun şərtlərlə diz çökməyi, əyilməyi, boyunduruq tapşırıqlarını icra etməyi öz boynuna götürüb, ona görə iki yaramaz arasında bu yaramaza daha çox üstünlük verilib.
Eyni zamanda, Arutyunyanın Moskvadan qayıdan kimi Aramla telefon əlaqəsi saxlaması, özünün "hüquq-mühafizə orqanları” ilə görüş keçirməsi və başqa bir girdirmə nazirinin ağzı ilə "Biz Azərbaycanın yurisdiksiyasında yaşaya bilmərik” fikrini dedirtməsi əslində onun "əlinin-qolunun” açılmasından daha çox düşmüş olduğu panik durum kimi xarakterizə edilməlidir. Çünki Araikin çox güman özü də fərqindədir ki, bütün sərsəmləmələri boşunadır, onun Vardanyandan heç bir fərqi yoxdur və elə perspektivi də, gələcəyi də, aqibəti də eynən Vardanyan kimi olacaq. Yəni fiasko!".
"Separatçılarla bağlı yeni plan işə salınır? Separatçıbaşı Araik Arutunyan və Ruben Vardanyanın sülhməramlıların müşaiyəti altında Moskvaya səfərləri bir neçə gün fərqi ilə başa çatdı və hər iki şəxs növbəti dəfə təlimatlarını və təminatlarını alıb geri qayıtdılar.”
Bu sözləri 7NEWS.az-a açıqlamasında politloq Elçin Mirzəbəyli deyib: " Hətta, uzun müddətdir ki, sükuta qərq olan Samvel Babayanın da Arutunyan və Vardanyanla, təxminən eyni vaxt aralığında Moskvada olduğu və oradan da Xankəndiyə atıldığı barədə məlumatlar var. Hər üç separatçının Xankəndiyə dönər-dönməz "konstitusiya islahatları”ndan söz açmaları isə, təlimatların eyni mənbədən verildiyini düşünməyə əsas verir. Maraqlı məqamlardan biri də Araik Arutunyanın Moskvadan qayıtdıqdan dərhal sonra, Ruben Vardanyanın "neytrallaşdırmaq” istədiyi hədəflərdən biri olan Vitali Balasanyanla bağlı "cinayət işi”nin açılmasına göstəriş verməsidir. Görünür, Balsanyanın taleyi də Moskvada həll olunub.
Araik Arutunyan "konstitusiya islahatları”, yaxud "dəyişiklikləri” haqqında ötəri danışsa da, Samvel Babayanın son açıqlamasında bununla bağlı yer alan məqamlar yeni təlimatlar haqqında müəyyən mülahizələrlə çıxış etməyə əsas verir.
Savvel Babayan deyir ki, separatçıların mövcud "idarəetmə sistemi” qəbul edilən qərarlara görə, məsuliyyətin bir nəfərin üzərinə düşməsinə zəmin yaradır və "idaretmə sistemi”nin bəzi iştirakçıları, dolayısıyla məsuliyyətdən yayınmağa, bir çox hallarda isə qəbul edilən qərarları sabotaj etməyə çalışırlar. Yəni Babayan "məsuliyyətin paylaşılması” üçün separatçıların da Ermənistandakı "idarəçilik modeli”nə keçməsini zəruri sayır.
Araiklə Samvelin "konstitusiya dəyişikliyi” barədə mülahizələri arasında fərq var, şübhəsiz. Hətta biri digərinə alternativ də ola bilər. Amma hər iki mülahizənin vahid mənbədən verilən təlimatlar əsasında dilə gətirildiyini düşünməyə, kifayət qədər əsasın olduğu qənaətindəyəm.
Arutunyan müharibə dövründə "prezident” postunun vakant qalacağı təqdirdə yeni "rəhbər”in "parlament” tərəfindən "seçilməsinə” imkan verən "konstitusiya dəyişikliyi” təşəbbüsü ilə çıxış edib və hətta bununla bağlı müvafiq "qərar” da imzalayıb.
Samvel Babayan da, mahiyyət etibarilə eyni mövqedən, yaxud eyni təlimata uyğun olaraq, təşəbbüs irəli sürur. "Prezident”in "parlament” tərəfindən "seçilməsini”, "hökumət”in isə "parlament seçkiləri”ndə qalib gələn "partiya”, yaxud "partiyalar” tərəfindən "formalaşdırılmasını” zəruri sayır və bunu "qərarlar”ın qəbulu və icrası prosesindən "məsuliyyətin bölüşdürülməsi” ilə əlaqələndirir.
Hesab edirəm ki, hər iki yanaşmada nəzərdə tutulan planın əsas ideyası "məsuliyyətin bölüşdürülməsi” məsələsidir. Çox güman ki, yeni təlimatlarda Araik Arutunyan və Ruben Vardanyan arasında "məsuliyyət”in, dolayısıyla isə "hakimiyyət”in bölüşüdürülməsi ilə bağlı məqamlar da yer alıb və birinci bu prosesi "müharibə” faktorunu, daha doğrusu xofunu qabartmaqla həyata keçirmək niyyətindədir. Vitali Balasanyanın zərərsizləşdirilməsi istiqamətində atılan addımlar da, çox güman ki, bu prosesin tərkib hissəsidir və ola bilsin ki, prosesə müqavimət göstərəcəkləri ehtimal olunan digər şəxslər də Balasanyanla eyni aqibəti yaşasınlar. Separatçıların Ermənistandakı uzantılarının, o cümlədən Serj Sarkisyan, Robert Köçəryan və digərlərinin son proseslərin fonunda sükuta qərq olunmaları da, təsadüfi deyil. Yəqin ki, onlara da "susun” təlimatı verilib.
Beləliklə, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində müharibə xofu altında "məsuliyyətin bölüşdürülməsi” və yaxud hansısa qeyri-populyar qərarın qəbul edilməsində daha çox insanın iştirakını təmin edə biləcək mexanizmin hazırlanması prosesinə başlanılır. Bəlkə də "müharibə” faktirundan Vardanyanın "statusu”nun yüksəldilməsi üçün istifadə ediləcək. Məsələn, separatçılar təxribata əl atacaqlar və təbii ki, bunun cavabı artıqlaması ilə veriləcək. Araik Arutunyanın geri çəkilməsi, Ruben Vardanyanın önə çıxması, qondarma rejimin başına keçməsi üçün üçün imkan yaranacaq. Yaxud bu proses "dəyişikliklər”dən sonra, Ruben Vardanyanın qondarma "hökumət başçısı” statusuna sahiblənməsi ilə yekunlaşacaq və "Ruben” planının birinci mərhələsi başa çatacaq.
Hər halda Xankəndidən, sözün bütün mənalarında "qaçaqMAL” kimi aparılan və eyni qaydada geriyə qaytarılan Ruben Vardanyanla bağlı planın dəyişmədiyi, hələlik şübhə doğrmur. Amma Vardanyan diqqəti əsas ssenaridən yayındırmaq üçün "qurbanlıq keçi” funksiyasını da yerinə yetirə bilər.”
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4
Xəbər lenti
-
13:55Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi
-
12:13“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
-
10:44Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
23:05“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
17:51Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
15:56Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
15:36"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
12:44Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
15:25İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi
-
12:25Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir
-
11:19Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
-
09:52“MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib
-
17:25XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
16:56“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
15:42“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
14:22Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
11:38Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
-
11:31“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
17:04"İnci" sirketler qrupu ve "KHURSIDE" restoranı Şəhid ailələri və Qazilər üçün iftar süfrəsi açdı
-
15:52"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
11:23PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib
-
11:12Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
-
12:14"Goranboy Meliorasiyya su təsərufatı idarəsinin “rəisi” İlqar Məhərrəmov əhaliyə zülm edir" - ŞİKAYƏT
-
12:07Deputatın təşəbbüsü ilə başlayan “Novruz” yardım aksiyası davam edir
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:22Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:02“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:05PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:22AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:44Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:35Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
Digər xəbərlər
-
AZƏRBAYCAN, SİYASƏT
“Vardanyan istifadə olundu və...” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov
-
AZƏRBAYCAN, SİYASƏT
“Azərbaycanın cavabı çox ağır və qəti olacaq” - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
Səbuhi Abbasov ATƏT-in mühüm konfransında iştirak edəcək - VARŞAVADA (FOTO)
-
AZƏRBAYCAN, SİYASƏT
Azərbaycan bu gün dünyanın güclü və inkişaf etmiş ölkələrindən biridir - TƏHLİL
-
AZƏRBAYCAN, SİYASƏT
“ABŞ və Fransa səfirləri dəfələrlə dəvətimizə baxmayaraq, Şuşaya səfərdən imtina edirlər"
-
AZƏRBAYCAN, SİYASƏT
Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır – Millət vəkili
-
AZƏRBAYCAN, SİYASƏT
"Qisas" əməliyyatı Zəfər tariximizin yeni səhifəsidir - Deputat
-
AZƏRBAYCAN, SİYASƏT
Səbuhi Abbasov: “Azərbaycanla Rusiya arasında imzalanan Bəyannamə qarşılıqlı münasibətləri yeni müstəviyə daşıyacaq”