“Vindzor Kral Atçılıq Şousu”nun 1-ci günü – Təmsilçilərimizin möhtəşəm çıxışı

“Vindzor Kral Atçılıq Şousu”nun 1-ci günü – Təmsilçilərimizin möhtəşəm çıxışı

Mayın 12-də Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi "Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Atçılıq Federasiyasından verilən məlumata görə, Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın

ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik "Odlar yurdu” tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı nəzərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanallarında və internet platformalarında canlı olaraq təqdim olunacaq.

 7News.Az

 

Xəbər lenti