"Yekun qərar və ya kriteriyalar yoxdur" - Əhməd İsmayılov

"Jurnalistlər üçün inşa olunan üçüncü bina ilə bağlı hər hansı bir yekun qərar və ya kriteriyalar yoxdur”.

7News.Az "Report"a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "QəbuldASAN” verilişində "Jurnalistlərin binasında mənzillər nə vaxt veriləcək?” sualını cavablandırarkən deyib.

"Bununla bağlı yeni məlumat olduğu təqdirdə cəmiyyətə və jurnalistlərə məlumat verəcəyik”,- o bildirib.
 
7News.Az

Xəbər lenti