Yeni mina xəritələri dəqiqdirmi?
08 Dekabr 2021, 10:04
08 Dekabr
2021
10:04
1045
ANAMA məlumatı "məxfi”ləşdirir, ekspertlər isə fərqli düşünürlər
Günel Abbas
Uzunmüddətli danışıqların nəticəsi olaraq dekabrın 4-də Ermənistan tərəfi işğaldan azad olunan digər ərazilərin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etdi. Azərbaycan da öz növbəsində humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verdi. Ancaq Ağdam rayonu üzrə verilən mina xəritəsinin doğruluq payının cəmi 25% olması yeni xəritələrin düzgünlüyü barədə müəyyən şübhələr doğurur. Görəsən, Ermənistanın yeni mina xəritələrinə nə qədər inana bilərik?
Bu və digər suallarımıza cavab tapmaq üçün hərbi ekspert Ədalət Verdiyevlə əlaqə saxladıq. Ekspert "Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, bundan sonra verilən xəritələrin əvvəlkilərdən fərqlənməyəcəyini deyə bilərik: "Ermənistan tərəfi xəritələrin doğru olduğunu desə də, buna zəmanət verməsi haqqında heç bir məlumat yoxdur. Halbuki biz onların verdiyi zəmanətə də inana bilmərik, istənilən halda əldə olunan xəritələr ərazidə yoxlanılmalıdır. Bundan sonra onların reallığa uyğun gəlib, gəlməməsi barədə fikir söyləmək mümkündür.
Ekspert bildirib ki, Ermənistanın atdığı addımların hər birinin altında Rusiya ilə Azərbaycan arasında olan münasibətləri pozmağa cəhd olduğunu müşahidə edirik: "Odur ki, Ermənistanın yenə də bu fəaliyyətləri həyata keçirəcəyinə şübhəmiz yoxdur. Belə faktlar mütləq nəzərə alınmalıdır. Yaxşı olardı ki, Azərbaycan dəqiq xəritələrin əldə edilməsinə əmin olduqdan sonra əsirləri təhvil verərdi. Ancaq inanmıram ki, bunu həyata keçirən şəxslər məsələnin bu tərəfini nəzərə almasın”.
Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, söhbət humanizmdən gedirsə, Azərbaycan verilən əsirlərin qarşılığında mina xəritələrini istəmir: "Məlumdur ki, böyük qayıdışın baş tutması üçün infrastruktur bərpa olunmalıdır. İnfrastrukturların bərpası da mütləq şəkildə minalardan təmizlənmə prosesidir. Həm ANAMA, həm digər qurumlar, həm də xarici mütəxəssislər böyük qayıdışın tezliklə baş tutması üçün minalardan təmizlənmə prosesində əllərindən gələni edirlər. Ümumiyyətlə, mina basdırılma əməliyyatı ya qaranlıqda, ya da dumanlı havada baş tutur. Sonradan bu proseslər xəritələrə köçürülür və hərbi hissələrdə saxlanılır. Ola biməz ki, onlarda mina xəritələri olmasın. Verdikləri xəritənin yüz faiz üst-üstə düşməsi də mümkün deyil”. Deputat qeyd edib ki, xəritələrin verilməsi məsələsi Soçi danışıqlarından sonra baş tutdu və biz humanistlik edərək 10 terrorçunu qaytardıq: "Əsas məsələ ondan ibarətdir ki, bu proseslər Cənubi Qafqaz hərbi dairəsinin nümayəndəsi və keçmiş sülhməramlıların rəhbəri olan general Rüstəm Muradovun başçılığı ilə aparılır. Zənnimcə, onlar da verilən xəritələrin dəqiqliyinin yoxlanmasında daha çox maraqlı olmalıdır. Xaotik şəkildə atılmış müəyyən partlayıcı qurğular var ki, ola bilsin, onların xəritəsi yoxdur. Xüsusi xidmət orqanları tərəfindən birmənalı şəkildə verilən xəritələrin düzgünlüyü yoxlanılmalıdır. Son vaxtlar regiona can atan ATƏT-in Minsk qrupunun üzvləri də bu məsələdə maraqlı olmalıdırlar. Çünki söhbət insan hüquqlarından, günahsız insanların mina qurbanı olmasından gedir. Əgər Qərb insan haqqını ön plana çəkirsə, mütləq şəkildə Ermənistana dəqiq xəritələrin verilməsi üçün təsir göstərməlidir”.
Mina xəritələrinin Mina Təmizləmə Agentliyinə təhvil verilməsi ilə bağlı agentliyin özünə də sorğu ünvanladıq. Ancaq xəritələrlə bağlı məlumatlar məxfi olduğuna görə bu informasiyanı açıqlamadılar.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev