Cahandar Bayoğlu: “Qüdsün bağımsızlığı dünyada dinlərarası düşmənçiliyin sonu olacaq”
"Azərbaycan – Türkiyə Alyansı” (ATA) konfederasiyası ideyasını gündəmə gətirən "Birləşik Azərbaycan Yurdları” Ocağının başqanı Cahandar Bayoğlunun fikirləri son günlərdə Türkiyə, Güney Azərbaycan, Quzey Kıbrıs və Orta Asiyada çox maraqla qarşılanıbdır. İrəli sürülən "Orta Doğunun barış təminatçısı” konsepsiyası bölgə toplumları və dövlətlərinin 1919-cu ildən sonra 100 ildir davam edən təriqət, məzhəb, dövlətlər və toplumlar arası intriqaların, vətəndaş savaşlarının qarşısının alınması kimi dəyərləndirilib. Yüz ildir bölgədə yaşanılan "neoimperializm”in dərin siyasi hədəflərinin durdurulması yolları ilk dəfədir ki, açıq müzakirələrə səbəb olmuşdur. Bütün bunların çalarları ilə açıqlanması üçün Cahandar Bayoğlu ilə bir daha həmin mövzunu müzakirə etdik.
– Cahandar bəy, ötən müsahibənizin sonunda "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyasının Orta Doğu və bölgəmiz üçün barışın təminatçısı olduğunu bildirərək yeni bir dövlətlər blokunun yaranmasına işarə etmişdiniz. Bunu necə izah edərdiniz?
– "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyası ədalətə dayanıqlı, demokratik dəyərlərə sahib olan, dünya sivilizasiyasına yeni tövhələr verən, bəşəriyyət üçün təhlükəli olan terrorizmi, insan alveri, dünya mədəniyyətinin simvolları kimi tarixi maddi-mədəniyyət abidələrini qoruyan, mənəvi və milli dəyərlər üzərində bərqarar olan bir birlik olduğu üçün bölgədə əməkdaşlıq edəcək bütün dövlətlərin bu prinsiplərə əməl etməsindən keçəcəkdir. Biz hesab edirik ki, İraq və Suriya kimi ölkələrdə yaşanılan antiinsani proseslərin bölgədə gücə çevrilən "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyasının iştirakı sayəsində sivil dünyanın birgəliyi ilə müsbət şəkildə sonuclanacağı qaçılmazdır. Bu ölkələrdə olan bütün antiinsani güclər sıradan çıxarıldıqdan sonra, insanlıq, milli və mənəvi dəyərlərə söykənən demokratik institutlar formalaşcaqdır və sonucda xalqların iradəsi ilə gerçəkləşən demokratik dövlətlər qurulacaqdır. Suriya və İraqda qurulan demokratik dövlətlərin təsiri qonşu avtoritar və totalitar rejimlərin demokratikləşməsinə gətirib çıxaracaq. Qətər, İordaniya, Livan, Liviya, Yəmən, Oman, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Tunis, Əlcəzair, Sudan, Mərakeş və Fələstin kimi dövlətlər bu proseslərin içində olacaq. Eyni zamanda Təbriz mərkəzli Azərbaycan Türk Dövlətinin doğusunda olan Pakistan və Əfqanıstanda ciddi dəyişikliklər baş verəcəkdir ki, bu prosesin tərkib hissəsinə çevrilə bilsinlər.
– Bəs bölgədəki İsrail dövlətinin yeri necə olacaq?
– Mövcud şərait və proseslərin dinamikasını izlədikcə İsrail dövləti "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyasına qarşı ola bilməyəcək və onunla əməkdaşlığa üstünlük verəcək. İsrail bir dövlət olaraq Fələstinin sınırlarını tanıyacaq və qarşılıqlı addımları Fələstin atmalı olacaq. Dünyada və bölgədə barışın əbədi təminatı üçün Qüds şəhərinə isə özəl dövlət statusu verilməli, bu dövlətin varlığının qorunması üçün bütün səmavi dinlər adına xristian, müsəlman və yəhudi dünyası ölkələri buraya maddi yardımlar etməlidirlər. Vatikanda olduğu kimi, simvolik olaraq Qüds dövlətinin polisi və təhlükəsizlik qüvvələrinin olması və beynəlxalq subyekt kimi tanınmalı, BMT-nin tam hüquqlu üzvü olmalıdır. Bu amil dünyanın dinlərarası rəqabət və qarşıdurmalardan uzaqlaşdıraraq, bəşəri dəyərlərə üstünlük verərək, yaxşı mənada rəqabətlərin yaranmasına gətirib çıxaracaq. Bu rəqabətlər dünyamızda yaşayan toplumların hər birinin insanlıq uğrunda bəşəriyyətin gözəlləşməsinə gətirməlidir.
– Orta Doğu ölkələrindən fərqli olaraq, Pakistan və Əfqanıstanda baş verəcək prosesləri necə qiymətləndirirsiniz?
– "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyası ilə isti münasibətlərdə olan Pakistan təbii ki, bölgədəki digər dövlətlərdən bir çox müsbət cəhətlərinə görə fərqlənir. Pakistanda demokratik dövlət institutları və hökumətin seçki yolu ilə formalaşması bir gerçəklikdir. Amma, bəşəriyyət üçün terror gücləri Pakistanda əmin-amanlığa, qorxusuz həyat şərtlərinə mane olmaqdadır. Qonşu Hindistanla dini ayrımçılıq adı altında, etnik və milli, eyni zamanda ərazi sorumluluqları yaşanılır. Bu problemlər Pakistanın inkişafı məsələsi istiqamətində ciddi şəkildə maneədir. "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyası bölgədə söz sahibi olmağa başladıqdan sonra, Pakistanla olan sıcaq ilişkilərindən dolayı ortaq əməkdaşlığa üstünlük verilməsi sayəsində bu ölkə üçün problem olan amillər qısa bir zamanda aradan qalxacaq, bölgədə çox ciddi şəkildə aparıcı bir dövlət statusuna malik olacaqdır. Pakistanda baş verən müsbət dəyişikliklər həm də "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyasının yüksəlişi deməkdir. Bunun eyni zamanda Əfqanıstana cidd şəkildə təsiri olacaqdır. Beləliklə də ilk addım kimi terror mənbələri tamamilə darmadağın olunacaq. Təbriz mərkəzli Azərbaycan Türk Dövləti ilə sınır olan bölgələrdə yaşayan Əfqanıstan türklərinin passionarlığı ölkənin sabit və rahat həyat tərzinə keçməsini təmin edəcəkdir. Əfqanıstanda yeni bir siyasi şərait yarandığı üçün demokratik dəyişikliklərin baş verməsi sürətlənəcək, demokratik institutlar da formalaşacaq, dövlət xalq iradəsinə söykənən quruluşla əvəzlənəcəkdir.
– Cahandar bəy, söylədiklərinizin analoji olaraq böyük bir keçmişi vardır. Həm də belə bir ənənə vaxtilə yenicə qurulan Türkiyə Cümhuriyyəti çağında mövcud olmuşdu. Belə ki, Mustafa Kamal Atatürk I Dünya Savaşından sonra öz ölkəsinin ağır şərtlər içində olmasına baxmayaraq, Əfqanıstanda müasir tipli dövlət quruluşu, təhsil, səhiyyə, mədəniyyət, biznes, fabriklər açmaqla və digər sahələrdə gərəkən kadrları ortaya göndərmkəklə demokratik dövlət modelini irəli sürmüşdü.
– Gerçəkdən də Əfqanıstanın bir dövlət olaraq, varlığı, inkişafı istiqamətində Türkiyənin çox böyük rolu olmuşdur. Mustafa Kamal Atatürk Əmənulla Xanın rəhbərliyi altında Əfqanıstanın dövlət müstəqilliyinin tanınması istiqamətində böyük yardımlar etmişdi. Bu dövlətin müstəilliyini tanıyan ilk dövlət də elə Türkiyə Cümhuriyyəti olmuşdur. İlk müasir tipli məktəblərin, universitetlərin, xəstəxanaların, mədəniyyət, ocaqlarının, fabriklərin açılmasında, beynəlxalq əlaqələrinin sivil yolla inkişafında Türkiyə Cümhuriyyətinin xüsusi əməyi olmuşdur. Təəssüflər olsun ki, Mustafa Kamal Atatürkdən sonra, bu ənənə davam etdirilmədi. Harada "neoimperilizm” və "neokolonial” siyasət hökm sürürsə, bilin ki, orada xalqların istismarı var və həyat şərtləri yerli toplumlar üçün dözülməzliklə müşahidə olunur. Yaşadığımız 21-ci yüzilin şərtləri tamamilə fərqli standartları tələb edir. Əfqanıstan və Pakistanda demokratik dövlət modelinin güclənməsi bəşəriyyətin inkişafına təkan verə biləcək böyük bir proses deməkdir. Sömürgəçiliyin sonlanmasının tərkib hissəsi olacaqdır.
– Bu kimi dəyişikliklər baş verdikcə bölgə dövlətlərinin işbirliyini necə görürsünüz?
– "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyasının cazibəsi və təsiri ilə demokratik dəyərlərə söykənən dövlətlər zaman-zaman ATA-nın təşəbbüsü ilə yaradılan Demokratik Dövlətlər Birliyinə qoşulacaqlar. Bu birliyə İsrail, Fələstin, İraq, Pakistan, Əfqanıstan, Suriya və bütün ərəb ölkələri, demokratik Gürcüstanın da daxil olması bölgəsəl tələblərdən biridir.
– Bəs Ermənistanın bu birlikdə yerini necə görürsünüz?
– Bu məsələ daha çox ermənilərin yanaşmasına bağlıdır. Ermənistan adlı ölkə könüllü olaraq Qarabağ məsələsindən imtina edərsə, tarixi türk yurdlarından zaman-zaman qovulan Azərbaycan türklərinin doğma torpaqlarına qayıdışını hüquqi şəkildə təmin edərsə, uluslararası projelərdə iştirak etmək, "Azərbaycan-Türkiyə Alyansı” (ATA) konfederasiyasına inteqrasiya məqbul sayıla bilər. Yox, əgər cılız hisslərindən imtina etməzsə, "Ermənistan” adlı bölgədə qalmayacaqlarını imzalamış olacaqlar. İkinci hal ədalətə dayanıqlı, bəşəri görüşlərə malik olan biz türklər üçün arzu olunmazdır. Çox istərdik ki, ermənilər birinci təklifi seçsinlər və türk ədalətinə sığınsınlar, bölgədə rahat həyat sürsünlər.
– Demokratik Dövlətlər Birliyinin yaranmasını necə dəyərləndirərdiniz?
– Demokratik Dövlətlər Birliyini (DDB) Avropa Birliyinin doğu dünyasında bir model olaraq görürük. ATA-nın liderliyində qurulan bu birliyin hökümətlər, dövlətlərarası və parlamentlərarası çalışqan orqanlar olmaqla ortaq iqtisadi məkana çevrilməlidir.
– Cahandar bəy, Orta Doğunun bir parçası olan Quzey Kıbrız Türk Cümhuriyyəti ilə bağlı fikir səsləndirmədiniz.
– KKTC zatən Azərbaycan-Türkiyə Alyansı (ATA) konfederasiyasının subyektlərindən biridir və ondan ayrı düşünülməməlidir.
(ardı var)
Söhbətləşdi: Ənvər Yusifoğlu
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SİYASƏT
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)