Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
06 Aprel 2024, 10:47
06 Aprel
2024
10:47
358
Deputat: "Bizə qarşı yönəlmiş bütün məkrli niyyətlər fiaskoya uğrayacaq”
Kollektiv Qərblə Azərbaycanın münasibətləri şübhəsiz ki, ölkəmizin haqlı maraqları təmin edilənə, Qarabağ üzərində suverenliyimiz, hərbi qələbəmiz qeyd-şərtsiz tanınanadək qaydaya düşməyəcək. ABŞ başda olmaqla, Qərb düşərgəsində bunu nə qədər tez anlasalar, bir o qədər özləri üçün də yaxşı olar.
Təəssüf ki, bu yöndə Qərbin yetərli və praktik addımlarını görmürük. Əksinə, 44 günlük müharibədən sonra da revanşist hisslərdən qurtula bilməyən Ermənistanı sülhə vadar eləmək əvəzinə, dəfələrlə Azərbaycan əleyhinə sürətlə silahlandırmağa, qızışdırmağa çalışırlar. 5 aprel görüşü də bu qəbildəndir və xoş məram daşımır. Yoxsa məntiqlə ora ən azından, Azərbaycan da dəvət olunardı.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 3-də ABŞ dövlət katibi E.Blinkenlə telefonla danışarkən bu xüsusda narahatlığını bir daha dilə gətirib. Dövlət başçısının qənaətincə, 5 aprel Brüssel görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq. Yəni Azərbaycan tərəfi görüşün təxirə salınmasında israr edib və bu mövqedə tam haqlıdır. Əfsus ki, Qərb bu məsələdə öz gündəliyini irəli aparmaqda israrlıdır.
Dönəmin həssaslığı həm də ondadır ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki III Dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmış ssenari idi. Bu oyunun qaydalarını Prezident İlham Əliyev pozdu. Regionda yeni reallıq və status-kvo yaratdı. Qərb və Ermənistanın havadarları isə bununla barışmaq istəmir.
Lakin Azərbaycan regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyini təmin edib. Bakı heç bir halda Ermənistanın təzədən ayaqlanmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək.
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycana qarşı qurulan bütün planların iflasa uğrayacağına əmindir: "5 aprel görüşü ilə bağlı Amerikanın israrı və bu yolda irəliləməyə qərarlı görünməsi ondan xəbər verir ki, kollektiv Qərb qüvvələri yenə də öz ampluasındadır, bölgədə sülhü əngəlləmək üçün bütün mümkün addımları atırlar, istənilən mövzuya yalnız və yalnız özlərinə sərf edən prizmadan baxırlar.
Üstəlik, Paşinyan hələ də hansı oyunun içində olduğunu, hansı tələ ilə üzbəüz dayandığını dərk eləmir. Eyni zamanda fərqində belə deyil ki, bu gün üzərinə sevinclə, bəh-bəhlə yürüdüyü Qərb işlər bir az tərs gedən kimi verdiyi bütün vədlərin, sözlərin arxasından qaçacaq, müttəfiq dediyini yolun düzündə qoyacaq, ilk fürsətdəcə bunları Ukraynanın, Suriyanın gününə salacaq.
Nəyə hesablanıb məlum gedişlər? Əlbəttə ki, Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə. Və bu avantürist proqramın ssenaristi çox güman ki, Makrondur. Elə onun təhriki ilə də Ermənistan hansısa absurd və abstrakt perspektivlərə inandırılır, Ermənistan ətrafında saxta, süni müdafiə halqası yaradılır, Ermənistanın sülh müqaviləsindən yayındırılması üçün yeni şoular, məzhəkələr qurulur.
Təbii, Rusiya da bu məsələyə münasibətdə sükut mövqeyi sərgiləməyəcək və öz keçmiş vassalı olan Ermənistanın başına məqam düşən kimi "qapaz” endirəcək. Sadəcə, indi başı özünə qarışıb deyə hələ xüsusi fəallıq göstərmir. Ya da prosesin hara qədər gedəcəyini və ya nəyə hesablandığını tam dəqiqləşdirmək istəyir.
Hər halda, Qərbin və Avropanın elədiyi bütün hallarda yanlışdır. Eyni zamanda xoşməramlı deyil. Onların yeganə məqsədi aranı qatmaq, suyu bulandırmaq, bölgədəki sabitliyə, inkişafa kölgə salmaqdır. Amma əmin olsunlar, arzuları yenə də ürəklərində qalacaq. Bizə qarşı yönəlmiş bütün məkrli niyyətlər fiaskoya uğrayacaq. Üstəlik, həmin qüvvələr yekunda anlayacaqlar ki, Azərbaycanın rəyi, sözü, imzası, tərəf kimi mövqeyi olmadan bu regionda heç bir işin həlli mümkün deyil".
Elşən Mansur oğlu Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bu görüşün əvvəlcədən hazırlanan məqsəd üzrə davam etdiyini söylədi: "Brüsseldə Avropa İttifaqı-ABŞ-Ermənistan görüşünün hələ anonsu verilən zaman bu layihənin Cənubi Qafqazda gərginliyə xidmət edəcəyi aydın görünürdü. Amma bütün xəbərdarlıqlara baxmayaraq regionda sülh müqaviləsinin bağlanmasını arxa plana atacaq bir layihənin davam etdirilməsinə qərar verildi. Azərbaycanı narahat edən məhz bu məqamlar idi ki, Prezident İlham Əliyev layihə müəlliflərinə etirazlarını bildirmişdi. Görünür, bu görüşün keçirilməsində qərarlı olduqlarından və onun yaradacağı fəsadları görməzdən gəldiklərindən, yaxud gözlədiklərindən olunan etirazlara əhəmiyyət verilməmişdir. Daha dəqiqi, guya bu görüşün Azərbaycan əleyhinə hər hansı addımlarla nəticələnməyəcəyini və ümumiyyətlə, görüşdə iqtisadi məsələlərlə bağlı müzakirələrin olacağını deməklə Azərbaycanı narahat olmamağa çağırdılar. Əslində isə öncədən bu görüş hansı məqsədlərlə hazırlanmışdısa, həmin məqsədlə də davam edir. Onunla razıyam ki, bu görüş əsasən Rusiyaya qarşı hazırlanıb və Ermənistana Rusiya ilə münasibətlərini, asılılıqlarını minimuma endirmək əsas hədəfdədir. Amma bununla nələrəsə nail olunacağı sual altındadır və hesab edirəm ki, görüşün təşkilatçıları bunu yaxşı bilirlər. Lakin uzun aylardır ki, Ermənistanı Rusiya ilə bağlı kəskin addımlar atmağa çağıranlar, əvəzində rəsmi İrəvanı rahatlayacaq, iqtisadi və siyasi təhlükəsizliyinə təminat verəcək hansısa qarantiyalara söz verməyə məcburdurlar. Bu gün üçün real həyatda tətbiqi çətin olacağını gördüyümdən bu görüşdə müzakirə olunan mövzuları hələlik mənəvi dəstək kimi dəyərləndirə bilərəm. Yəni nə qədər ki, Rusiya Ermənistanda hərbi və iqtisadi cəhətdən mövcuddur, regiondan çıxmaq məcburiyyətində qalmayıb, istənilən təhlükəsizlik çətiri Ermənistanı xilas etməyəcək. Odur ki, hesab edirəm ki, bu görüşün real nəticələrindən doğan fəsadlar Rusiyaya yox, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına təsir edəcək. Belə ki, kağız üzərində, yaxud mənəvi cəhətdən Ermənistana verilən dəstəklər onları arxayınlaşdırır və sülh müqaviləsi şərtlərini istədikləri kimi təklif etməyə həvəsləndirir. Bunun da nəticəsində revanşist qüvvələrin fəallaşmasının, hətta bir çox hallarda bu fəallaşmanın rəsmi İrəvan tərəfindən stimullaşdırılmasının şahidi oluruq. Azərbaycanın təmsil olunmadığı bu görüşdə bizi narahat edən əsas məqamlar budur. Eyni zamanda nə qədər ki, revanşist düşüncəyə xidmət edən fəaliyyət olacaqsa, ona adekvat olan addımların Azərbaycan tərəfindən atılacağını da bilirlər. Azərbaycan Prezidentinə olunan telefon zəngləri də məhz bununla bağlı idi”.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
SİYASƏT, GÜNDƏM
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
SİYASƏT, GÜNDƏM
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
SİYASƏT, GÜNDƏM
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
SİYASƏT, GÜNDƏM
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
SİYASƏT, GÜNDƏM
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev