Floridada yaşayn azərbaycanlı həkim (FOTOLAR)
03 İyun 2019, 11:12
03 İyun
2019
11:12
2319
Əməlləri, niyyəti çöhrəsitək gözəldir. Bu vəhdət onu daha mükəmməl, daha ecazkar göstərir. Dinlədikcə istər-istəməz bu xanıma heyran qalırdım. İnsanların uzunömürlü olması üçün neçə illərdir ki, elmi tədqiqatlar aparır. İnanır ki, nə vaxtsa elə bir tibbi vasitə tapılacaq ki, insanlar ondan istifadə edib xeyli yaşayacaqlar. Poeziyanı çox sevir. Gözəl şeir nümunələrini mütaliə etməkdən zövq alır. Səyahət etməyi xoşlayır. Bu günədək Avropa ölkələrinin əksəriyyətinə səfər edib. İndi də Yeni Zelandiyada, Avstraliyada olmağı arzulayır. Elə bir gün olmur ki, evində Azərbaycan mətbəxinin təamlarından hazırlamasın...
Deyir ki, "Mən çox xoşbəxt adamam. Qarşıma həmişə yaxşı insanlar çıxıb. Onlardan yüksək diqqət, ehtiram görmüşəm. Və bu da mənə müsbət enerji verib. Həyatın nə qədər gözəl olduğunu anladıb”...
...Rəhmətlik atası Malik Axundov əslən Masallı rayonunun Qızılağac kəndindən idi. Bakıda layihə insitututlarından birində şöbə müdiri vəzifəsində çalışıb. Anası Şükufə xanım əvvəlcə maliyyə nazirliyində şöbə müdiri olsa da ömrünün son illərində Bakı Səhiyyə İdarəsində maliyyə şöbəsinin müdiri işləyib. Bacısı Səbinə xanım Axundova isə həkim-endokrinoloqdur. Özəl klinikalardan birində çalışır...
Haqqında söhbət açdığım Sevda xanım Axundova Bakıda dünyaya gəlib. 1986-cı ildə 9 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Piraqova adına ikinci Tibb İnsitutuna qəbul olunub. 1992-ci ildə oranın pediatriya fakultəsini müvəffəqiyyətlə başa vurub. Sonra bir il Bakıdakı 6 nömrəli xəstəxanada internatura keçərək pediatr-endokrinoloq ixtisasına yiyələnib. Və həmin xəstəxanada qalaraq 2002-ci ilədək orada öz ixtisası üzrə həkim işləyib. Eyni zamanda Azərbaycan Endokrinologiya Mərkəzində professor Valeh Mirzəzadənin rəhbərliyi altında elmi araşdırmalarla məşğul olub. 2002-ci ildə ailə quraraq Amerikaya gəlib...
...Ömür-gün yoldaşı İsmayıl Davud Suriya əsilli ABŞ vətəndaşıdır. İxtisasca kompyuter üzrə mütəxəsisdir. İki övladı vardır. Qızı Aliyə 16, oğlu Əhməd isə 15 yaşındadırlar. Hər ikisi də xüsusi itedadlı uşaqlar üçün nəzərdə tutulan Kembric proqramına əsasən təhsil alır...
Sevda xanım ABŞ-a gəldikdən bir il sonra Cənubi Kaliforniyadakı Touro Beynəlxalq Universitetinin tibb fakultəsində fəaliyyət göstərən ictimai sağlamlıq üzrə doktoranturaya qəbul olunub. 2006-cı ildə elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD). 2006-cı ildən Florida ştatının Fort Lauderdale şəhərində yaşayır və "Life Extension” şirkətində həkim işləyir. Eyni zamanda elmi tədqiqatlarını davam etdirir...
Deyir ki, "Şirkətimiz əsasən insan ömrünün tibbin vasitəsi ilə uzadılması istiqamətində araşdırmalar aparır. İnanırıq ki, biz buna nail olacağıq”...
İctimai fəaldır. Azərbaycan naminə xeyli işlərdə xidməti olub. Töhfə xanım Eminovanın prezidenti olduğu "Floridanın Azərbaycan-Amerika Asossasiyası”nın təhsil məsələləri üzrə şöbəsinin rəhbəridir. Təşkilatın ərsəyə gətirdiyi tədbirlərdə yaxından iştirak edir. Asossasiyanın fəaliyyətindən ağız dolusu söhbət açıb, Azərbaycan naminə bu günədək gördüyü işləri sadalayır. Onların mahiyyətini dilə gətirir. Ştatın rəhbər orqanları ilə sıx münasibət qurduqlarını söyləyir. Bütün bunları dinlədikcə adamın ürəyi dağa dönür, belə bir soydaşının varlığından qürur hissi keçirirsən…
Az qala unutmuşdum, axı söhbətimin əvvəlində gözəllikdən danışırdım. Bəli, insanın niyyəti və eləcə də əməlləri gözəl olanda ətrafına nur saçır. Bu nur İlahi eşqin təzahürüdür…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xəbər lenti
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024