“Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək” - Tələsmək lazım deyil...

18 Fevral 2021, 10:00
18 Fevral
2021
10:00
54
Xəbər verildiyi kimi, fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyan qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndinə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı...
Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa səfərindən sonra Prezident İlham Əliyev bu ölkəyə xəbərdarlıq etmişdi. Dövlət başçısı bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabı sərt olacağını bəyan etmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi də onlarla razılaşdırılmayan bu səfərin 10 noyabr bəyanatına zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, öhdəlikləri rəsmi Yerevanın pozması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə bildirib ki, hər şeyin öz vaxtı var: "Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan 20 min kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən birə hər şeyi həll etmək mümkündürmü?".
Deputatın fikrincə, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək: "10 noyabrda imzalanmış bəyanatda Ermənistanla Qarabağın arasında dəhlizin yaradılması əksini tapıb. Həmin dəhliz yəqin ki, bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq. Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz olacaq və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı yazır. Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, onlar da belə gəlib-gedə bilər".
A.Abbas qeyd edib ki, bir müddət əvvəl Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gələn Fransadan olan jurnalistləri buraxmayıb: "Çünki Azərbaycan hökuməti bildirib ki, Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz".
Deputat əlavə edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, qalıb maneəsiz yaşaya bilərlər: "Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil".
7News.Az
Xəbər lenti
-
17:39İlham Əliyev: “Mən hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm”
-
15:16Qalib ölkə, yüksələn təhsil səviyyəsi və yeni çağırışlar…
-
22:59Paşinyan mühafizəsini Türkiyəyə əmanət edəcək - Sensasion xəbər
-
15:50İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir - FOTO
-
13:56ASGA könüllüləri fevral ayı ərzində NAYORA-nın təşkilatçılığı ilə reallaşan «İctimai Maarifləndirmə» layihəsində fəal iştirak ediblər - FOTOLAR
-
11:38Deputatın 1 illik hesabatı
-
12:486 övladını qoyub döyüşlərə qatılan Vətən müharibəsi iştirakçı
-
15:13Gənclər, biznes ideyalarınızı reallaşdırmaq üçün müraciət müddəti 28 mart tarixinədək uzadıldı
-
11:28Suraxanı rayonunda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
-
11:25Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
11:18Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR
-
19:41Göygöl - Daşkəsəndə şəhid ailələri ziyarət edilir
-
17:11"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev
-
13:27“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:21İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
-
13:15İlham Əliyev və Mehriban Əliyeva dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyinin açılışında
-
13:12İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində
-
16:41BMT-nin qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
-
13:05Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
11:26Şücaəti ilə tarix yazan qəhrəman şəhidimiz Cəlaləddin Fərhadov - FOTOLAR
-
17:29Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
-
15:40Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
15:37Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq
-
13:15İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM
-
11:44Avropa İttifaqı və UNFPA Azərbaycanda ataların uşağa qulluqda iştirakının təşviqi məqsədilə Atalar Məktəbləri yaradır
-
16:56İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
-
16:10İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
-
13:51İlham Əliyev iranlı jurnalistə irad bildirdi: “Dediyinizin arxasında durmalısınız”
-
13:15Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb
-
12:18Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi – VİDEO
-
12:12Gənclər təşkilatları Xocalı soyqırımı barədə həqiqətlərin təbliğinə səfərbər olublar - VİDEO
-
12:00Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu - Prezident açıqladı
-
19:57“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib - MİNGƏÇEVİRDƏ
-
19:49Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Şamaxıda onlayn formatda konfrans keçirilib - FOTOLAR
-
17:30Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri
-
17:08Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb
-
16:41“Pray for Ganja”
-
11:59Azay Quliyev Koncaryanın yalanını ifşa etdi
-
10:54"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda müzakirələr aparılıb
-
16:22Ramil Həsən Türkiyənin Samsun Universiteti ilə birgə keçirilən tədbirdə çıxış edib - XOCALI SOYQIRIMI İLI BAĞLI
05 Mart 2021
04 Mart 2021
03 Mart 2021
02 Mart 2021
01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021
25 Fevral 2021
24 Fevral 2021
Digər xəbərlər
-
SİYASƏT
Qalib ölkə, yüksələn təhsil səviyyəsi və yeni çağırışlar…
-
SİYASƏT
Paşinyan mühafizəsini Türkiyəyə əmanət edəcək - Sensasion xəbər
-
MANŞET, SİYASƏT
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir - FOTO
-
SİYASƏT
Deputatın 1 illik hesabatı
-
SİYASƏT
6 övladını qoyub döyüşlərə qatılan Vətən müharibəsi iştirakçı
-
SİYASƏT
"Elə bir qurum yoxdur ki, orada nöqsan olmasın" - Azay Quliyev
-
SİYASƏT
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva dünyada ilk dəfə Bakıda yaradılan gəmi-muzeyinin açılışında
-
MANŞET, SİYASƏT
İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində